Səfər Mehdiyevin əndərbadi hesab-kitabı... - NARAZILIQ
Siyaset
Oxunub: 550
31 iy 2019 | 19:45
Səfər Mehdiyevin əndərbadi hesab-kitabı... - NARAZILIQ

Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma xidməti göstərən avtomobillərə rast gəlirik. Buna səbəb son illlər avtomobillərin gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aparılmır.
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: “Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib.

Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır.

Beləliklə, ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi güdürlər, bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi “müəllimlərdir”. Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən avtomobil firması o maşından 5 min dollar qazansın, bizim gömrük onu sadəcə 1 km bu tərəfə buraxmaq üçün 10-15 min qazansın. Belə bir rüsvayçı vəziyyət dünya tarixində görünməmişdir. Belə hallar ölkəmizin nüfuzuna ağır zərbələr vurur.

Bütün bunlardan əlavə, idxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə. Sizə verdiyim fotonümunədəki (bu rəsmi gömrük kalkulyatorudur) dəhşəti dünyada heç bir yerdə görə bilməzsiniz. Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.

E.Bayramlının sözlərinə görə, dəfələrlə bəyan edib ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür: “Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkərə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlament boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri ümzakirəedib müvafiq qanunları və rüsumları dəyişsinlər”
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"