Vaşinqton Azərbaycanı qorumaq üçün hərəkətə keçib - pərdəarxası məqamlar
Siyaset
Oxunub: 508
30 iy 2019 | 18:17
Vaşinqton Azərbaycanı qorumaq üçün hərəkətə keçib - pərdəarxası məqamlar

Azərbaycanın təhlükəsizliyinin qorunmasında Qərbin marağı getdikcə artmaqdadır. Son olaraq, ABŞ prezidenti Donald Trampın 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırması dediklərimizə sübutdur. Təsadüfi deyil ki, bu məbləğ Amerikanın indiyə qədər ayırdığı ən yüksək vəsaitdir və bu vəsait əsasən ölkəmizin cənub sərhədinin gücləndirilməsinə yönəlib.

ABŞ-ın Azərbaycanla bağlı bu marağı müzakirələrə yol açıb. Ehtimallar var ki, rəsmi Vaşinqton İranla mümkün əməliyyata hazırlaşır və bunun üçün rəsmi Bakıya yönəlik şimal və cənubdan dini, ideoloji, hərbi istiqamətlərdən gələ biləcək təhdidləri önləmək dünyanın supergücü üçün əhəmiyyət daşıyır. Bəzi ekspertlərin fikirlərinə görə, Amerika İranın şimal sərhədlərini nəzarətə götürmək istəyir. Bu sərhədi isə Azərbaycan və Xəzər dənizi təşkil edir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: “Ayrılmış maliyyənin bir hissəsi Azərbaycanın İranla sərhədinin gücləndirilməsinə yönəlib. Bura tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları daxildir. Məbləğin digər hissəsi isə Xəzərdə təhlükəsizlik məsələlərinə və insan hüquqlarının inkişafına yönəlib. Birincisi, ABŞ keçmiş illərdən fərqli olaraq, Azərbaycana maliyyə yardımını artırıb. İkincisi, Amerikanın ayırdığı yardımın konkret istiqamətləri də göstərilib. ”Caspian Guard" (“Xəzər keşikçisi”) təhlükəsizlik layihəsi çərçivəsində Azərbaycanın sərhədlərində təhlükəsizliyin artırılmasına, terrorizm təhdidlərinin, həmçinin insan alveri, narkotik ticarəti kimi digər transmilli təhlükələrin qarşısını almağa istiqamətlənib. Digər tərəfdən, Azərbaycanın Xəzərdə həyata keçirdiyi enerji layihələri və onların dünya bazarlarına daşınması Amerikanın da maraqlarına cavab verir. Ona görə də Vaşinqton Azərbaycanın Xəzər dənizindəki enerji layihələrinin təhlükəsizliyinin artırılmasını istəyir və bunun üçün maliyyə ayırır. Amerikanın Azərbaycana ayırdığı maliyyənin İranla əlaqəsi də var. ABŞ-la İran arasında münasibətlər gərgindir. Amerikada siyasi mərkəzlər hesab edir ki, müharibə başlasa, İranın hərbi dairələri Amerikanın bölgədəki müttəfiqlərini və onların regional enerji layihələrini də hədəf ala bilərlər. Ona görə də Amerika müttəfiqlərinə, o cümlədən Azərbaycana dəstəyini artırır.

Rəsmi Bakı Vaşinqtonla münasibətlərin indiki səviyyəsindən razıdır. Ancaq bütün hallarda Azərbaycan-Amerika münasibətləri və ya Azərbaycanın Amerikadan aldığı maliyyə yardımı İrana qarşı yönəlməyib. Azərbaycan İranla münasibətlərdə gərginlik istəmir. Tam əksinə, Azərbaycan Ermənistanın xaricində bütün qonşuları, o cümlədən İranla münasibətlərin hazırkı səviyyəsini qorumaq istəyir. Buna baxmayaraq, rəsmi Bakı bölgədə mümkün gərginlik ocaqlarını da hesablamaq məcburiyyətindədir. Açıq demək lazımdır ki, İranın rəsmi və diplomatik dairələrində ABŞ-Azərbaycan münasibətlərindən narahat olanların sayı az deyil. Bunu mən ötən ayın sonunda İrana səfərim və müxtəlif görüşlərim zamanı da müşahidə etdim. Mən həmsöhbətlərimi inandıra bilmədim ki, ABŞ-Azərbaycan münasibətləri İrana qarşı yönəlməyib. Onlar buna inanmırlar. Ancaq Tehran bizə inanmır deyə, biz müstəqil xarici siyasətimizdən imtina edə bilmərik. Əksinə, biz göstərir və sübut edirik ki, yeni zamanda İranla, İsrail və ABŞ-la normal münasibətləri inkişaf etdirmək olar. Yetər ki, qarşı tərəfin bizə qarşı başqa niyyəti olmasın. Əks halda biz özümüzü hansısa ittifaqlara daxil olmaqla qorumaq məcburiyyətində qalacağıq".

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli ayrılan vəsaitdə Amerikanın pərdəarxası niyyətinin olduğunu düşünür: “ABŞ regionda böyük əməliyyata hazırlaşır. Bunun əlamətlərini Suriyadan sonra İranda görmək mümkündür. Açıq şəkildə deyə bilərik ki, sərhədlər Aralıq dənizi sahilindən Qafqaza qədər uzanacaq. Burda ABŞ-ın ilk və ciddi problemi İrandır. Müharibə baş verəcəyi təqdirdə ən böyük zərər çəkən ölkələrdən biri, şübhəsiz ki, Azərbaycan olacaq. Bu baxımdan biz qaçqın axınını qarşılamağa hazır olmalıyıq. Amma faktiki vəziyyətimiz bu məsələyə imkan vermir. Regionun müharibə meydanına dönməsi həm sərhədlərimizi dağıdacaq, həm də Qərbin dəstəklədiyi beynəlxalq əhəmiyyətə malik enerji layihələri təhlükə altına düşə bilər. Bütün bunları nəzərə alan ABŞ prezidentinin belə bir addım atması başadüşüləndir. Ayrılan yardım Azərbaycanın məhz Sərhəd Qoşunlarının nəzarət etdiyi bölgələri əhatə edir. Bu qərara paralel üç ölkə arasında - Rusiya, Türkiyə və Azərbaycanın viza sistemini ləğv etməsi də bu məsələnin bağlantılarından biridir. Belə görünür ki, ABŞ ciddi addım atacaq. Azərbaycan isə həm viza qərarı ilə, həm də 100 milyonluq yardım avantajı ilə siyasi gedişlərini şaxələndirə biləcək. Hətta bu olaylar imkan verir ki, Azərbaycan Sərhəd Qoşunlarını tam təmin etdikdən sonra Müdafiə Nazirliyinin qüvvələrini Dağlıq Qarabağa yönəldə bilsin. Belə ab-havada proses baş tutsa, Azərbaycan, güman ki, kollektiv müdafiə yolunu seçəcək. Amma hər bir halda qonşuluğumuzda, xüsusilə də Güney Azərbaycanda müharibə yaxşı nəsə vəd etmir”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"