Xarici dövlətlər Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər — MN
Siyaset
Oxunub: 483
27 iy 2019 | 12:54
Xarici dövlətlər Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər — MN

"Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir".
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın hərbi sənaye kompleksi yüksək səviyyədə formalaşıb:
"Bu baxımdan ölkəmizdə keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bunlar dövlətimizin iqtisadi tərəqqisinin göstəricisidir. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyi bu sahədə ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun müasirləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir. Dövlətimizin orduya qayğısı nəticəsində onun beynəlxalq nüfuzu da artıb. Xarici dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi, həmçinin hərbi qurumlar və beynəlxalq təşkilatlarla qarşılıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əksər xarici dövlətlər və nüfuzlu beynəlxalq hərbi təşkilatlar Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər. Bunun bariz nümunəsi kimi xarici ölkə səfirliklərinin Müdafiə Nazirliyi ilə əlaqələrini və NATO rəsmilərinin müxtəlif proqramlar, o cümlədən "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində ölkəmizə dəfələrlə səfərini göstərmək olar".

"Beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti, xarici ölkələrlə mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdəndir. Dövlətimiz beynəlxalq hərbi əməkdaşlığı həyata keçirməklə region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, Avro-atlantik strukturlarla inteqrasiyanı təmin edir", Müdafiə Nazirliyindən bildirilib.
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib