Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ
Siyaset
Oxunub: 487
26 iy 2019 | 20:46
Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ

Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.

Sonradan minimum əmək haqqının 250 manata qaldırılması ilə bağlı qərarın verilməsi və bunun sahibkarlara əlavə xərclərə başa gələcəyini nəzərə alsaq, nazirliklə sahibkarlar arasında yeni gərginlik ocağının yaranacağını ehtimal etmək çətin deyil.

Ötən gün isə Vergilər Nazirliyinin əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq etdiyinə dair məlumat yayılıb. Həmin konsepsiyadan belə nəticə çıxarmaq olar ki, nazirlik sahibkarların vergi bəyannamələrində muzdlu işçilərin əmək haqlarının hətta artırılmış minimum üzrə, yəni 250 manat göstərilməsilə razılaşmaq fikrində deyil.

Sənəddə deyilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir. Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcədə həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur. Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Qeyd olunur ki, təsdiq edilmiş yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir: «Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin olunacaq. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək”.

Bu, o deməkdir ki, nazirliyin müvafiq strukturları sahibkarları fərdi qaydada dəvət edərək, vergi bəyannamələrində əmək haqlarını yüksək göstərmələrini təklif edəcək. Bunun təklif, yoxsa reallıqda tələb olacağını indidən söyləmək çətindir. Ancaq bir şey dəqiqdir ki, xüsusilə də kiçik sahibkarlıq subyektlərinin narahatçılığı üçün ciddi əsaslar yaranır. Çünki göründüyü kimi, sahibkar vergi orqanı ilə razılaşmayacağı təqdirdə “əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək” deyilir.

Məlum olduğu kimi, minimum əməkhaqqının qısa müddətdə kəskin artırılması sahibkarların sosial sığorta ödənişlərini də eyni dərəcədə artırır. Məsələn, 3 işçisi olan hansısa mağaza sahibi əgər minimum əmək haqqı 130 manat olanda təqribən 165 manat sosial sığorta haqqı ödəyirdisə, indi bu məbləğ 320 manatı keçəcək. Ölkədə alıcılıq qabiliyyətinin heç də yaxşılaşmadığı, iqtisadiyyatda və istehlak bazarında hər hansı ciddi müsbət tendensiya müşahidə olunmadığı bir vaxtda, yəni sahibkarın gəlirlərinin artmadığı, hətta azaldığı bir durumda sosial sığorta ödənişlərinin 2 dəfə artması, əlbəttə ki, onun üçün arzuolunan hal deyil. Bu xərclər satışın və xidmətin maya dəyərini çoxaldır, deməli həm də qiymətləri artırmağa vadar edir. Qiymət artımı isə satış və xidmətin kəmiyyətini aşağı sala bilər. Bu da qətiyyən sahibkarın maraqlarına uyğun deyil.

Əlbəttə ki, məmur-oliqarxların iri müəssisə və şirkətlərində doğrudan da əmək haqları və sosial sığortalar üzrə vergidən yayınma hallarının qarşısının alınması doğru addım olardı. Əslində, ən böyük “qara mühasibatlıq” da elə bu cür müəssisələrdədir. Ancaq təəssüf ki, çox vaxt tətbiq edilən yeniliklərdən ən çox onlar yox, sahibi olmayan sahibkarlar əziyyət çəkirlər.

Müstəqil iqtisadçıların bir çoxu haqlı olaraq, sosial sığorta ödənişlərinin minimum əməkhaqqı, yaxud ümumilikdə əmək haqlarının məbləğinə bağlanmasının əleyhinədirlər. Hesab olunur ki, bunun üçün tez-tez dəyişən yox, konkret məbləğ müəyyən edilə bilər. Eyni zamanda, bundan daha artıq məbləğin ödənilməsi də sahibkarla işçinin qarşılıqlı razılaşması əsasında mümkün ola bilər.

Ancaq nazirliyin açıqladığı son konsepsiya göstərir ki, vergi orqanı sahibkarların hətta minimum üzrə, yəni 250 manat əsas götürülərək, sığorta haqqı ödəməsinin əleyhinədir. Baxmayaraq ki, kiçik və mikro sahibkarlıq subyektlərinin böyük əksəriyyəti üçün hətta bu məbləğlə də sığorta haqqı hesablayıb ödəmək böyük çətinlik yaradır. Nəzərə alaq ki, bundan öncə Vergi Məcəlləsinə sadələşmiş vergi ödəyicilərinin bank hesablarına köçürmələrə görə gəlir vergisi ödəyicilərinə çevrilməsinə dair yeni maddənin daxil edilməsi onsuz da bir çox vergi ödəyiciləri üçün əsl baş ağrısına və əlavə xərclərə başa gəlib. Bir tərəfdən də sosial sığorta ödənişlərinin artması heç də yaxşı günlərini yaşamayan kiçik və orta sahibkarlıq subyektlərinin vəziyyətini bir az da çətinləşdirir.

İndi qalır nazirliyin bəyan etdiyi konsepsiyanı reallıqda necə həyata keçirəcəyini gözləmək. Əgər nazirin də bəyan etdiyi kimi, sərt tədbirlərə üstünlük veriləcəksə, Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… \\azpolitika.info\\
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir