Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandı
Siyaset
Oxunub: 498
26 iy 2019 | 09:38
Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandı

Bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən də uzaqlaşdırılıb

“AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.

“Report” xəbər verir ki, söhbət “AB Trading”, “AB Travel”, “AB Skybell”, “Masalt”, “Avto Şop”, “Standard Futbol Klubu” MMC-lərdən, eləcə də “AB Service” firmasından gedir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “AB Standard” şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan “Bank Standard” QSC, fəaliyyətdə olan “Standard Insurance” Sığorta Şirkəti ASC, Standard Lizinq MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir.

Marja.az qeyd edir ki, bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən uzaqlaşdırılıb. Sığorta şirkətinin Direktorlar Şurasının sədri Babayev Rəhman Əlifağa oğlu vəzifədən gedib. Onu bu vəzifədə Məmmədov Nicat Məhərrəm oğlu əvəz edib. Həmçinin Heydərov Oruc Heydər oğlu və Babayev Emin Heydər oğlu Direktorlar Şurasının üzvlüyündən çıxarılıb.
Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandı
Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.

2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə – iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma cənab Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il oktyabrın 30-da Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad olundu.
Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandı
Məlumdur ki, 2016-cı ilin sentyabrında ölkənin ən iri banklarından olan “Bank Standart” ASC-nin lisenziyası ləğv olunub. “Bank Standart” sabiq iqtisadi-inkişaf nazirinin rəhbərlik etdiyi “AB Standart” Holdinqə daxil idi. Holdinqin tərkibində “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” a da vardı. “Standard” futbol klubu 2016-cı ildə Bakı şəhərində yaranmışdır.
Heydər Babayevin ailə şirkəti tam çökür – daha 7 firması bağlandı
Bu komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib.Komandanın adı daha sonra “Standard Bakı” adlandırılıb. 2009/10 mövsümünün yekunlarına əsasən komanda 1-ci Divizyona düşdü. Lakin 2010-cu ildə Standard 1-ci Divizyonda iştirakdan imtina etdi. Futbolçulara azad agent statusu verildi. Komanda dağıldı. Yəni “Standard Football Club” MMC çoxdan fəaliyyətsiz idi və bu ləğvetmə yalnız faktın fiksiyasıdır.

Artıq neçə illərdir ki, H.Babayevin bütün əmlakını satıb ölkədən getmək istədiyi barədə iddialar yayılır. Bildirilirdi ki, H.Babayevin özünün 100 milyon manatdan çox borcu var ki, buraya “Standard Bank”ın müştərilərinə olan borcu daxil deyil.

“Yeni Müsavat”
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR