“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir” - Vilayət Eyvazov
Siyaset
Oxunub: 585
24 iy 2019 | 17:45
“Azərbaycan ən təhlükəsiz dövlətlərdən biridir” - Vilayət Eyvazov

İyulun 23-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Departament direktoru Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir xalqlarımız arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq, təhlükəsizlik şəraitində yaşadıqlarını, ikitərfəli münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin önəmli rolunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövləti rəhbərliyinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyini diqqətə çatdırıb.

Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının hər iki ölkədə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqlarını xatırladan general-polkovnik Vilayət Eyvazov İsrailin aidiyyatı strukturları ilə işgüzar əlaqələrə malik olduğumuzu nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.

İsraildə bir neçə dəfə olduğunu, sonuncu dəfə üç il öncə Təl-Əviv şəhərində təşkil olunmuş beynəlxalq konfrans və sərgidə iştirakını məmnunluqla xatırladan nazir V.Eyvazov səfər çərçivəsində bir çox rəsmilər və müxtəlif qurumların nümayəndələri ilə keçirilən görüşlərin, müzakirə olunan məsələlərin, aparılmış fikir mübadiləsinin onda böyük maraq və xoş təəssürat doğurduğundan söz açıb. Cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində İsrailin hüquq-mühafizə orqanlarının təcrübəsinin öyrənilməsinin çox faydalı olduğu, yəhudi dövlətində uzun müddətdir fəaliyyət göstərən ən müasir texnologiyaların, o cümlədən “Təhlükəsiz şəhər” sisteminin respublikamızda da uğurlu tətbiqi qeyd olunub.

Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonaqlara məlumat verilib. Nazir qeyd edib ki, nəinki MDB məkanında, Şərqi Avropada da ən sabit, təhlükəsiz dövlətlərdən biri kimi tanınan Azərbaycanda ictimai-siyasi stabillikdən, əlverişli kriminogen durumdan respublikamızın vətəndaşları ilə bərabər, ölkəmizə gələn əcnəbilər, burada yaşayaraq çalışan iş adamları, turistlər də yararlanırlar.

Problemlərə toxunarkən Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsinin narahatlıq doğurduğunu, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Ölkəmizə ilk dəfə gəldiyini, səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Yair Kulas Bakının gözəlliyinin və müasirliyinin onda böyük təəssürat oyatmasından, hər iki ölkənin müvafiq qurumları arasında işgüzar əlaqələrin inkişafından, Azərbaycanda yaradılmış tolerantlıq mühitindən razılığını ifadə edib.

Qonaq həmçinin ölkəmizdə ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasının əyani təzahürü kimi son zamanlar İsrail vətəndaşlarının da ölkəmizə ziyarətlərinin artmasının ikitərəfli əlaqələrin inkişafının digər mühüm bir aspekti kimi dəyərləndirib, Azərbaycan vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində respublikamızın daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini diqqətə çatdırıb, bu səfərin əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Səmimilik və işgüzarlıq şəraitində kеçən görüşdə qarşılıqlı maraq dоğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Qəbulda İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav iştirak edib.
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU