Hacı İbrahim ölkədən gedir? – Açıqlama
Siyaset
Oxunub: 408
19 iy 2019 | 14:00
Hacı İbrahim ölkədən gedir? – Açıqlama

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bu günlərdə “Xəzər adaları” layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbaycan Sənaye Korporasiyasına verildiyini açıqlayıb. Əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini ifadə edib.

Bu açıqlamadan sonra iş adamının Azərbaycandakı fəaliyyətini dayandırıb xaricə üz tutacağı iddia olunur. Məsələ ilə bağlı Modern.az-a danışan İbrahim Nehrəmli bu iddiaları yalanlayıb:

“Bəli, mən “Xəzər adaları”nı təhvil verdim. Bununla da həmin mövzu bağlandı. Azərbaycandan getməyimə gəlincə, mən inkişaf edən, günü-gündən güclənən Azərbaycandan kənara getmək fikrində deyiləm. Prezident İlham Əliyevin rəhbərliyi altında yüksələn xətt üzrə inkişaf edən Azərbaycanda görüləcək işlərimiz çoxdur”.

İş adamı bundan sonrakı fəaliyətinin də bizneslə bağlı olacağını bildirib:

“Mən anadan biznesmen doğulmuşam. Biznesin müxtəlif sahələrində fəaliyyətim var. Bundan sonra fəaliyyətim yalnız və yalnız Azərbaycanda, özü də ki, biznes sahəsində olacaq”.

Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaqdı).

Zamanla mətbuatda bu meqalayihə ilə bağlı müxtəlif açıqlamalar verilsə də, onun reallaşması mümkün görünməyib.

Buna görə də layihənin ciddiliyi şübhə altına düşüb. Bu müddətə qədər tikilmiş tikililər də baxımsız və yarımçıq vəziyyətdə qalıb.

Elə bu ərəfədə Rusiyanın “RBK” kanalı “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı xəbər yaydı. Həmin süjetdə dünyanın ən hündür qülləsi olan “Azərbaycan” qülləsinin ( 1050 m) hətta 2019- cu ildə başa çatdırılacağı bildirilib. Bütün arxipelaqın isə 2022-ci ildə başa çatmasının planlaşdırıldığı qeyd edilib.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib