Fizuli Məmmədov: ”RAİ növbəti erməni təxribatının qarşısını aldı”
Siyaset
Oxunub: 541
16 iy 2019 | 16:45
Fizuli Məmmədov: ”RAİ növbəti erməni təxribatının qarşısını aldı”

MeqaFon Rusiya Azərbaycanlıları İttifaqının bəyanatından sonra Qarabağla bağlı qərarını dəyişdi

Bir neçə gün öncə Rusiyanın ikinci ən böyük mobil operatoru olan MeqaFon şikəti Azərbaycanın işğal olunmuş ərazilərini xidmət sahəsinə əlavə edib. Şirkət separatçı rejimin idarəsi altında olan Azərbaycan ərazilərini xidmət xəritəsində "Dağlıq Qarabağ Respublikası" kimi göstərib. Bundan başqa, MeqaFon sözügedən ərazi vahidinin Azərbaycana aid olmadığını vurğulamaq üçün Azərbaycana və “Dağlıq Qarabağ"a fərqli danışıq tarifləri seçib.

Baş verənlərə ilk etiraz Rusiya Azərbaycanlıları İttifaqından gəlib. İttifaqın prezidenti, iş dünyasının tanınan isimlərindən Fizuli Məmmədovun adından yayılan açıqlamada MeqaFon şirkətinin bu addımı Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına yönələn təxribat kimi qiymətləndirib. Açıqlama Rusiya və Azərbaycan mediasında yayılandan bir neçə saat sonra MeqaFon şirkətinin təmsilçisi Fizuli Məmmədovun rəhbərlik etdiyi "İnter Server" şirkətlər qrupu ilə əlaqə saxlayaraq xəritəyə dəyişiklik edildiyini bildirib və yaranan duruma görə üzrxahlıq edib.

Bu haqda Musavat.com-a açıqlama verən Fizuli Məmmədov bildirir ki, hər hansı məsələ ilə bağlı real nəticə əldə edilməsi üçün ilk öncə birlik gərəkdir:”Rusiya Azərbaycanlıları İttifaqı Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı bu cür təxribata heç cür səssiz qala bilməzdi. Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarını işğalçı Ermənistan və Qarabağ separatçıları kimi "Dağlıq Qarabaq Respublikası" adlandırmaq biznes strukturu olan MeqaFon-un səbatsızlığı ilə yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə real kölgə salacaq addım idi. Biz məsələyə dərhal reaksiya verməklə həm Rusiya, həm də Azərbaycan icitmaiyyətinin diqqətini problemə yönəltdik və çox qısa zamanda yanlış qərarın dəyişdirilməsinə nail olduq. Artıq "MeqaFon"un xidmət xəritəsində sözügedən ərazi Qarabağ (Azərbaycan) kimi göstərilir. Ümid edirləm ki, ən qısa zamanda Qarabağın ayrıca ərazi kimi göstərilməsinə də ehtiyac qalmayacaq və biz Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edəcəyik. Rusiya azərbaycanlıları bu təxribatın qarşısını birlik nümayiş etdirərək ala bildi. Qısa zamanda həm paytxaxt Moskvada, həm regionlarda yaşayan soydaşlarımız Rusiya Azərbaycanlıları İttidaqına müraciət edərək məsələnin ictimailəşdirməsini istədilər, belə prinsipial məsələ ilə bağlı susmağı işğalçı tərəfə dəstək kimi qiymətləndirdiklərini dedilər. Bu arada, Moskva vilayətindəki Azərbaycan icmalarına, ictimai fəallar Fərif Bağırova, Sədat Quliyevə, Fərruz Qənbərova, vəkillər Azər Rəfiyevə, Aydın Qurbanova, federasiya subyektlərindəki Azərbaycan diasporlarının rəhbərlərinə prinsipial mövqelərinə görə xüsusi təşəkkürlərimi çatdırıram”.

Fizuli Məmmədovun fikrincə, beynəlxalq məkanda çalışan şirkətlərin bu tip məsələlərdəki ehtiyatsızlığı ilk sırada onların işgüzar nüfuzuna zərbədir: “Biz bu qərarın qəbuledilmə səbəblərindən xəbərsizik. Ehtimal edirik ki, bu, rəhbərlikdə təmsil olunan ermənipərəst qüvvələrin səyi ilə baş verib. Ancaq MeqaFon, eləcə də Emənistanla əməkdaşlıq edən heç bir şirkət Azərbaycanla-Rusiya arasında mehriban qonşuluq, strateji tərtəfdaşlıq münasibətlərinin olduğunu unutmamalıdır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, iki ölkə arasında strateji tərəfdaşlıq və işbirliyi ilə bağlı onlarla sənəd, müqavilə imzalanıb. Bundan başqa, Rusiya Emənistanın işğal etdiyi Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bütün bu faktorlar Rusiya ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərən bütün şirkətlərin, o sıradan MeqaFon-un üzərinə hüquqi və mənəvi məsuliyyət qoyur. Bu məqamların gözardı edilməsi MeqaFon-un işgüzar nüfuzuna da ciddi ziyan vura bilərdi. Bizə müraciət edən soydaşlarımız açıq şəkildə deyirdilər ki, Qarabağın xidmət xəritəsində müstəqil subyekt kimi göstərilməsi davam edərsə, onlar abunəliklərini dayandıracaqlar. MeqaFon Rusiya azərbaycanlıları arasında çox populyar şirkətdir. Rusiyada 2 milyondan artıq soydaşımızın yaşadığını nəzərə aldıqda MeqaFon-un bu yanlış qərara görə ciddi maliyyə itkisi ilə üzləşəcəyini proqnozlaşdırmaq çətin deyildi. Çox cüzi hissəsi məskunlaşan əraziyə görə belə bir qərar qəbul etmək biznes açısından da ciddi yanlışlıq idi”.

Fizuli Məmmədovun sözlərinə görə, bu fakt Rusiya-Azərbaycan münasibətlərindəki bir sıra məqamları üzə çıxarmaqla yanaşı, Rusiya Azərbaycanlıları İttifaqının azərbaycanlılar arasında populyar quruma çevrildiyini də göstərib: ”Rusiya Azərbaycanın şimal qonşusudur və regonda söz sahibi olan dövlətdir. Rəsmi Bakının yürütdüyü siyasət də göstərir ki, Azərbaycan iki ölkə arasında əlaqələrin dinc şəraitdə, mehriban qonşuluq prinsiplərinə uyğun saxlanması üçün öz tərəfindən bütün gərəkli addımları atır. Rusiya nəhəng dövlətdir və region ölkələrinin çoxu, o sıradan Ermənistan Rusiya ilə isti münasibətlər saxlamaqda maraqlıdırlar. Rusiyada illərdir güclü erməni diasporu olması faktını da unutmamalıyıq. Aydındır ki, bu məsələdə Azərbaycanın ona savaş açan Ermənistanla, bütünlükdə Rusiyanın erməni icması ilə maraqları toqquşur. Bu məqamda problemləri gündəmə gətirmək, gərginlik yaradan məqamların aradan qaldırılması üçün təşəbbüs göstərmək sözsüz ki, diaspor qurumlarının üzərinə düşür. Rusiya Azərbaycanlıları İttifaqı olaraq, biz bu tip problemlərin yoluna qoyulmasındakı məsuliyyətimizi anlayır və həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına zidd olan təxribatların qarşısının alınması üçün əlimizdən gələni edirik. Bizi qürurlandıran həm də odur ki, yaranmasından qısa zaman keçməsinə baxmayaraq, Rusiya Azərbaycanlıları İttifaqı soydaşlarımız arasında böyük nüfuz qazanıb və onlar milli məsələlərlə bağlı problem yaranan kimi ilk müraciət ünvanı kimi bizi seçirlər. Düşünürəm, Rusiyanın elmi, mədəni, sosial həyatında ciddi payı olan Rusiya azərbaycanlıları yaşadıqları və inkişafı üçün çalışdıqları Rusiya Federasiyası ilə tarixi vətənləri Azərbaycan arasında münasibətlərin sağlamlaşdırılması üçün səylərini əsirgəməyəcəklər və Rusiya Azərbaycanlıları İttifaqı olaraq biz hər zaman bu təşəbbüslərə dəstək verəcəyik”.

Aygün Muradxanlı,

Musavat.com
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ