BMT ekspertləri Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT TŞ və Baş Assambleyasının qətnamələrini yerinə yetirməyə çağırıblar
Azərbaycana səfərlərin yekunlarına dair hesabatlar BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim olunub
BMT İnsan Hüquqları Şurasının müstəqil ekspertləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərinin işğal edildiyi faktını qeyd edib və BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrini yerinə yetirməyə çağırıblar.
Bu barədə APA-ya Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi Nümayəndəliyindən bildirilib.
Məlumata görə, Cenevrə şəhərində, müvafiq olaraq, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Çaloka Bəyani Azərbaycan Respublikasına etdikləri səfərlərin yekunlarına dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər.
İşçi Qrupunun hesabatının təqdimatı zamanı Qrupun sədri və məruzəçisi Michael K. Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü ifadə edib.
İşçi Qrupu öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulanıb. Bununla yanaşı, İşçi Qrupu, Azərbaycanda biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd ediblər.
Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M.Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.
BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Ç.Bəyani hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, xüsusilə onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edib və hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Xüsusi Məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu qeyd etmiş və bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb.
Xüsusi Məruzəçi, eyni zamanda, Azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını bildirib və bu istiqamətdə Azərbaycan Respublikası Hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi Ç.Bəyani 18-24 may 2014, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycana səfər ediblər.
BMT-nin Məcburi köçkünlər üzrə Xüsusi Məruzəçisi və BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu BMT İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları mexanizminin tərkib hissəsini təşkil edir. Müstəqil ekspertlərdən ibarət olan Xüsusi Prosedurlar institutu BMT İnsan Hüquqları Şurasının müstəqil fakt araşdırıcı və monitorinq mexanizmi hesab olunur.

Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı