“UNESKO-nun qərarı qədim Şəkinin adına layiqdir” — Millət vəkili
Siyaset
Oxunub: 554
9 iy 2019 | 14:39
“UNESKO-nun qərarı qədim Şəkinin adına layiqdir” — Millət vəkili













“Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Şəki mənim bala vətənimdir. Həyatımın daha çox yaddaqalan səhifələrinin xeyli hissəsi bu şəhərlə bağlıdır. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xəbərini böyük sevinc,qürür və fəxarət hissi ilə qarşıladım”.
Bunu Şəkidən millət vəkili seçilən Əli Məsimli bildirib.

Onun sözlərinə görə, UNESKO-nun bu qərarı ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu:

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla,həm də Azərbaycanımız üçün də böyük hadisədir.
Şəki- qədim tariximizin əksər mərhələlərini özündə birləşdirən bənzərsiz bir şəhər-açıq səma altında tarix muzeyidir. Şəki-Azərbaycan dövlətçiliyinin möhtəşəm qalalarından biridir. Şəki ilə yaxından tanışlıq Azərbaycan dövlətinin nə qədər qədim və özünəməxsus dəyərlər daşıyıcısı olan bir dövlət olduğunu göstərir. Şəki- tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir. Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir. Məşhur Türk şairi Nazim Hikmət deyib ki:”Əgər Azərbaycanln başqa qədim tikililər olmasaydı,bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi”. TÜRKSOY tərəfindən Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Şəki şəhəri tarixi abidələri ilə yanaşı səfalı təbiəti, rəngarəng mənzərələri, zəngin mətbəxi, unikal yumor hissi olan hazırcavab insanları və şirin ləhcəsi ilə fərqlənir.

Bu baxımdan Şəkidə təbiət gözəllikləri,qədim tarixi abidələr, özünəxas zəngin mətbəx və duzlu-məzəli yumoru ilə hazırcavab insanlar bir vəhdət təşkil edir. Ona görə də Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəkiyə səyahət həm qədim tarixə, sənətkarlar yurduna səyahət, həm dağlar qoynunda füsünkar təbiətlə təmas şəraitində istirahət- unudulmaz səyahət, həm də zəngin mətbəxi sayəsində “dadlı səyahət” adlandırılır. Bu baxımdan Şəki ilə,xüsusən də onun hikmət əhli ilə yaxından tanış olub, hazırcavablar məktəbindən keçməklə Şəkiyə valeh olmamaq mümkün deyil...”.

Deputat əlavə edib ki, UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə şəkililəri və bütövlükdə xalqımızı təbrik edir: “Şəkililər və bütövlükdə xalqımız üçün xeyirli olsun!”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı