AZƏRBAYCAN KOMMUNİSTLƏRİ OPPORTUNİST ZÜQANOVÇULARI RƏDD EDİRLƏR
Siyaset
Oxunub: 1 460
16 in 2015 | 23:09
MÜSAHİBİMİZ AZƏRBAYCAN KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN KATİBİ ƏDALƏT ABDİNOVDUR

- Ədalət müəllim, son vaxtlar Rusiya və Azərbaycan mətbuatında Gennadi Züqanov və onun rəhbərlik etdiyi partiya opportunizmdə ittiham olunur. Eyni fikir sizin çıxışlarınızda da səslənir. Yeri gəlmişkən, G. Zyuqanovun partiyasının Azərbaycanla nə əlaqəsi var?

- Sov.IKP MK-nın Siyasi Bürosunun üzvü olmuş mərhum Oleq Semyonoviç Şeninin rəhbərliyi ilə 1994-cü ildə Kommunist Partiyaları İttifaqı Sov.İKP (-) yaradılmış və bu təşkilat 1997-ci ildə rəsmi dövlət qeydiyyatından keçmişdir. Həmin təşkilatın kollegial qərarı ilə bu qurum ləğv edilmiş və onun bazasında Sovet İttifaqı Kommunist Partiyası yaradılmış və Sov.İKP () 29 fevral 2004-ü ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Ona görə də G.Züqanovun adını qamarladığı və Azərbaycandan da kommunist hərəkatı üçün əhəmiyyətsiz adamları cəlb etdiyi KPİ Sov.İKP ( - )-nin heç bir hüquqi əsası yoxdur.

Gennadi Züqanovun kooperativi - Rusiya Federasiyası Kommunist Partiyası zəhmətkeşlərin geniş dairələrini siyasətdə xırda burjua baxışı zəhəri ilə zəhərləyir. Bu partiya fəaliyyətə başladığı ilk gündən burjuaziya ilə , kapitalist Rusiya hakimiyyəti ilə əməkdaşlığa başladı - əslində elə bu məqsədlə də yaradılıb. G.Züqanov və onun əlaltıları öz mənafeyi naminə istismar olunan zəhmətkeşləri burjuaziya ilə barışdırmağa can atırlar. RFKP və ona müttəfiq olan keçmiş İttifaq respublikaların bğzi qondarma kommunist partiyalarının iç üzünü xalq əməli işdə gördü və öz təcrübəsi əsasında yəqin etdi ki, onlar zəhmətkeşlərin mənafeyinə xəyanət edirlər. Bu burjua nökərləri faktiki olaraq imperialist quldurları ilə əlbir olublar. Təsadüfi deyildir ki, Azərbaycanda da heç bir nüfuzu olmayan, özfəaliyyət dərnəyi səviyyəsindən də aşağı, bu cür qondarma kommunist partiyası mövcuddur. Maraqlısı odur ki, həmin dərnək partiyanın daxilində də ideyaca və təşkilatca parçalanma prosesi davam edir. İflasa uğramış belə dərnək-partiyadan cüzi sayda olan üzvləri də üz döndərirlər.

Züqanovçular guya marksizm-leninizmi təlimini rəhbər tuturlar, mahiyyətdə isə onlar öz opportunist və təftişçi mövqeyi ilə marksizm leninizmə xəyanət edirlər. Marksist leninçi fikrini, görüşünü, münasibətini asanlıqla və tez-tez dəyişən, dondan-dona girən bu buqələmunlar "demokratiya qayğısına qaldıqlarını nə qədər iddia etsələr də, əslində zəhmətkeş xalqın sinfi düşmənlərinə - imperialistlərə və onların ideoloqlarına kömək edirlər. Belə ikiüzlü, riyakar xameleonların konsepsiyasının obyektiv mənası yeni cəmiyyət qurmaq uğrunda, sosializm ideallarının təntənəsi uğrunda mübarizə aparan zəhmətkeşləri bu mübarizədə tərksilah etməkdən ibarətdir. Bu, Kommunist Partiyasını xalqın həyatı ilə, onun başlıca, əsas mənafeyi ilə bilavasitə əlaqədar olan işlərdən kənar etmək deməkdir. Bu, cəmiyyəti rəhbər qüvvədən, məhrum etmək, zəiflətmək, onun içərisinə pozğunluq salmaq, sosializm quruculuğunu ləngitmək deməkdir. Sosializm quruculuğunun bütün məsələlərini yalnız marksizm-leninizm elmi əsasında düzgün həll etmək olar.

Məhz buna görə də, Azərbaycan Kommunist Partiyası sol qüvvələrin hərəkatında marksizm-leninizmə zidd, primitiv cərəyan olan, zəhmətkeşlərin mənafeyini burjuaziyanın mənafeyinə tabe edən, burjuaziya ilə sazişçiliyi, əməkdaşlığı və inqilabi mübarizədən əl çəkməyi təbliğ edən opportunist Gennadi Züqanovun qondarma kommunist partiyasını qətiyyətlə rədd edir və onların siyasi və əməli cəhətdən zərərli olduğunu ifşa etməyi özünə borc bilir. Yer üzündə sosializm uğrunda mübarizə davam etdiyi üçün Kommunist Partiyasının rəhbər rolu möhkəmlənməli və artmalıdır. Bu nəticə kapitalizmdən sosializmə inqilabi yolla keçilməsi qanunauyğunluqlarını əks etdirir. O, cəmiyyəti inqilabi surətdə dəyişdirmək yolları haqqında marksizm-leninizm təlimindən və digər ölkələrin sosializm qurmaq təcrübəsindən çıxan məntiqi nəticədir.

- Azərbaycan Kommunist Partiyası zəhmətkeşlərin rəhbər və istiqamətverici qüvvəsinə çevrilə bilirmi?

- Kəmetiqadlara və təslimçilərə qarşı, Azərbaycan Kommunist Partiyasını düz yoldan sapdırmağa cəhd edən zyuqanovçulara, sağ opportunistlərə, millətçi təmayülçülərə qarşı kəskin mübarizədə partiyamız sosializm qurmaq haqqında Lenin planını müdafiə edir. Partiyamız fəhlələri, kəndliləri, ziyalıları fədakarlıqla işləyib həmin planı həyata keçirməyə ruhlandırır. Belə olan təqdirdə Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasına cıxacaq, kapitalist ölkələrindən iqtisadi asılılığını tamamilə aradan qaldıracaq. Bunun üçün əzilən insan sinifində coşğunluq, şüurluluq və mütəşəkillik nümunəsi olmalıdır. Biz cəmiyyətin mənəvi həyatının bütün sahələrində sosializm ideologiyasını bərqərar edəcəyik.

Zəhmətkeşlərin mənafeyi uğrunda mübarizə aparan yeganə partiya Sovet İttifaqı Kommunist Partiyası ilə müttəfiq olan Azərbaycan Kommunist Partiyasıdır. Onun nüfuzu və hörməti gündən günə artır. Bu partiyanın sıralarının sürətlə çoxalması bunun əlamətlərindən biridir. V.İ. Leninin sözləri ilə desək, xalqın avanqardı olan, kütlələri öz ardınca apara bilən sinifin əksəriyyəti bizim tərəfimizdədir. Xalqın əksəriyyəti bizimlədir. Hansı yolla gedəcəyini möhkəmcə bilən bir partiyanın vəziyyəti kimi əlverişli cəhət bizim əlimizdədir. Qəti qələbə bizim tərəfimizdədir.

Fəhlə-kəndlilər, zəhmətkeşlər görürlər ki, Azərbaycan Kommunist Partiyası onların ümdə mənafeyinin yeganə, axıradək ardıcıl və mətanətli ifadəcisi və müdafiəçisidir. Azərbaycan Kommunist Partiyası zəhmətkeşlərə sosializm uğrunda mübarizənin aydın proqramını verir, onu siyasi cəhətdən təşkil edir və mənfur kapitalizm üzərinə hücuma hazırlayır. Bizim siyasətimiz təkcə fəhlə - kəndlilərin deyil, bütün zəhmətkeşlərin mənafeyinə uyğundur və onlar bu siyasəti fəal müdafiə edirlər. Azərbaycan Kommunist Partiyası tarixi təşəbbüs göstərmək, inkişaf qanunauyğunluqlarını, sinfi qüvvələrin nisbətini və dövrün xüsusiyyətlərini düzgün nəzərə almaq nümunəsidir. İctimai siyasi prosesin bütün mərhələlərində partiya özünün elmi surətdə işlənib hazırlanmış strategiyasını möhkəm və ardıcıl şəkildə yeridir, çevik və çoxcəhətli taktika işlədir.

Azərbaycanın marksist-leninçi partiyası müdrik və uzaqgörən siyasət yeridir, hərəkətlərində cəsarətlidir, öz işinin haqq işi olduğuna möhkəm inanır, məqsədə çatmaq yolunda əzmlə çalışır. Partiyamız öz tarixi rolunu layiqincə ifa edir. Partiya Mərkəzi Komitənin başçılığı ilə ölkədə əsaslı dəyişiklər yaratmaq və sosializm qurmaq üçün real plan işləyib hazırlamışdır. Burada kapitalizmdən sosializmə bütün keçid dövrü üçün dövlətin siyasəti, sosialist təsərrüfatçılıq prinsipləri dərindən əsaslandırılmışdır. Bu prinsiplər təsərrüfatın mərkəzləşmiş qaydada planlaşdırılmasını zəhmətkeşlərin təşəbbüsünün genişləndirilməsi ilə əlaqələndirməyi, əmtəə-pul münasibətlərindən, təsərrüfat hesabından, əməyə həvəs oyadan maddi və mənəvi amillərdən istifadə etməyi, cəmiyyətin ümumi mənafeyini hər bir müəssisənin ayrıca işçisinin mənafeyi ilə düzgün əlaqələndirməyi tələb edir.

- Azərbaycan burjuaziyasına və onların ideoloqlarına nə demək istərdiniz?

- Harınlaşan Azərbaycan burjuaziyası unutmamalıdır ki, bolşevik partiyasının rəhbərliyi altında 1917-ci ilin oktyabrında qazanılan qələbə bütün dünyanı inqilabi yolla dəyişdirmək, dünya miqyasında kapitalizmdən sosializmə keçmək dövrünü açdı. Bu qələbə bəşəriyyət tarixinin bütün sonrakı gedişinə güclü təsir göstərdi.

Antikommunistlərin nəzərinə çatdırıram ki, Oktyabr təcrübəsi marksizm-leninizmin həyatiliyinə, cəmiyyəti inqilabi yolla dəyişdirmək işində partiyanın rəhbər qüvvə olduğu haqqında Lenin təliminin həyatiliyinə ən inandırıcı sübutdur.

Azərbaycan Kommunist Partiyası istismarçı sinifi yox edəcək, insanın insan tərəfindən istismarına son qoyacaq, zəhmətkeşlərin ittifaqını, ölkənin xalqlarının dostluğunu möhkəmləndirəcək, cəmiyyətin ictimai-siyasi və ideya birliyini yaradacaqdır. Respublikamızda sosializmin qurulması imperializmə qarşı, sülh və demokratiya uğrunda mübarizədə çox mühüm amil olacaqdır. Partiyamız ölkədə iqtisadiyyatın yüksəlişini təşkil etməklə bərabər, sosialist demokratiyasını daha da inkişaf etdirmək, Sovetlərin, həmkarlar ittifaqlarının, komsomolun və zəhmətkeşlərin digər kütləvi təşkilatlarının rolunu yüksəltmək xəttini yeridəcəkdir.

- Kommunist Partiyası olaraq siz, marksizm-leninizmi bütün dövrlər və tarixi şərait üçün dəyişməz bir həqiqət kimi qəbul edilən hökm, müddəa, ehkam kimi baxırsınızmı?

- Xeyir. Kommunist olaraq biz doqmalara əsaslanan qeyri-tənqidi təfəkkürü, ehkamçılığı qəbul etmirik. Azərbaycan Kommunist Partiyası zəngin siyasi rəhbərlik təcrübəsi toplamış və insanların tam nüfuzunu qazanmışdır. Partiyamız marksizm təliminin ümumi müddəalarını sosializm cəmiyyəti qurmaq praktikasına tətbiq etməyə çalışır. Təbii ki, bunun üçün marksizm təlimini yaradıcılıqla inkişaf etdirmək, sosializm quruculuğunun bir sıra böyük nəzəri və əməli problemlərini həll etmək lazım gələcəkdir. Zəhmətkeşlərin həyatında heç elə bir mühüm məsələ olmamışdır ki, partiyamız öz kollektiv zəkasını, öz iradəsini və qüvvəsini onun həllinə sərf etməsin. Azərbaycanın marksist-leninçi partiyasının siyasəti bütün cəmiyyətin pozulmaz ideya-siyasi birliyinə, ictimai orqanizmin bütün tərkib hissələrinin əlaqəli inkişafına, ölkənin durmadan sosializmə doğru irəliləməsinə yönəlmişdir.

Zəhmətkeşlərin rəhbər və istqamətverici qüvvəsi olan Azərbaycan Kommunist Partiyasının rolu və əhəmiyyəti getdikcə artır. Bu heç də, Azərbaycanın burjua təbliğatçılarının iddia etdikləri kimi, kommunistlərin özlərinin subyektiv arzusu ilə deyil, cəmiyyət inkişafının obyektiv tələbatı nəticəsində baş verir. Sosializm qurmaq prosesində vəzifələr nə qədər mürəkkəbləşirsə, şüurluluq, mütəşəkkillik, planlılıq prinsipi cəmiyyətin həyatında bir o qədər böyük əhəmiyyət kəsb edir. Bu prinsipin canlı mücəssəməsi Kommunist Partiyasıdır. Marksizm-leninizm

nəzəriyyəsi ilə silahlanmış Kommunist Partiyası cəmiyyətə irəliyə doğru yol göstərir, sosializm quruculuğu gedişində meydana çıxan iqtisadi, siyasi, ictimai, mədəni, əxlaqi problemlərin və digər problemlərin həlli üçün elmi surətdə əsaslandırılmış üsullar müəyyən edir.

- Kommunist partiyaların fəaliyyətində ən çox yayılan ifadələrin məzmununa kütləviliyə, obyektivliyə və təsirliliyə nail ola bilirsinizmi?

- Həmin ifadələrin məzmunu partiya işinin ayrılmaz hissəsidir. Müasir şəraitdə sosializm qurmaq vəzifələrinin mürəkkəbliyi Azərbaycan Kommunist Partiyasından siyasi rəhbərliyi və təşkilat rəhbərliyini daha yüksək səviyyəyə qaldırmağı tələb edir. Sosializm nəzəriyyəsinin, onun yaradıcılıqla inkişaf etdirilməsi və təbliğinin getdikcə daha böyük əhəmiyyət kəsb etməsini, eyni zamanda zəhmətkeşlərin kommunist tərbiyəsinin zəruriliyini də buraya əlavə etmək lazımdır. Partiya burjua ideologiyasının bütün təzahürləri ilə mübarizəyə çox böyük əhəmiyyət verir.

Azərbaycan Kommunist Partiyası öz siyasətini təcrübə ilə, həyatla daim tutuşdurub yoxlayır, şəraitin dəyişilməsinə uyğun olaraq onu lazımi şəkildə dürüstləşdirir. Partiyamız sosializm quruculuğu istiqamətində hər cür subyektivizm təzahürlərini marksizm-leninizmə yabançı hesab edir və qətiyyətlə pisləyir. Zəhmətkeşlərin rifahı naminə mübarizə partiyamızın iqtisadi siyasətinin ali məqsədidir. Məqsədə nail olmaq üçün partiyanın və onun hər bir təşkilatının siyasi, ideoloji və təşkilat fəaliyyəti daim təkmilləşdirilir. Biz rayon partiya komitələrinin işini dərindən ümumiləşdirir və beynəlxalq kommunist təşkilatların təcrübəsindən yaradıcılıqla istifadə edirik. Partiya işinin üslubunu, formalarını və metodlarını daha da təkmilləşdirmək sosializmin müvəffəqiyətlə qurulması üçün çox mühüm şərtdir.

Respublikamızın marksist-leninçi partiyası öz ideya siyasi işinin səviyyəsini getdikcə yüksəltməyə çox fikir verir. Zəhmətkeşlərin istiqamətverici qüvvəsi olan Azərbaycan Kommunist Partiyasının bütün fəaliyyətinin nəticələri onun ideya-siyasi işinin vüsətindən və məzmunundan çox asılıdır. Ölkəmizdə hər bir adamın marksizm-leninizmə yiyələnməsi, bu böyük təlimə etibarlı kompas kimi baxıb öz əməli fəaliyyətində onu rəhbər tutması vacibdir. Partiya zəhmətkeşləri, xüsusilə gəncləri böyük inqilabi ənənələr, döyüş və əmək ənənələri ruhunda, gələcək müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına məhəbbət və keçmiş SSRİ-nin bütün xalqlarının ən yaxşı mütərəqqi ənənələrinə hörmət, sosialist vətənpərvərliyi və beynəlmiləlçiliyi, xalqlar dostluğu ruhunda, millətçiliyin və şovinizmin hər cür təzahürlərinə qarşı barışmazlıq ruhunda tərbiyə etməyə çalışır.

- Ədalət müəllim, müsahibələrinizdə dəfələrlə qeyd etmisiniz ki, Lenin partiyasının biletini gəzdirən kommunist fərqli insan olmalıdır. Kommunistlərə bu cür imtiyaz verməkdə məqsədiniz nədir?

- Azərbaycan Kommunist Partiyasının nüfuzu və ictimai-siyasi proseslərdə rəhbər rolunun artması hər bir kommunistin partiyanın ölkədə gördüyü işlər üçün məsuliyyətini yüksəldir, onun öhdəsinə böyük vəzifələr qoyur. Sov.İKP MK-nın Baş katibi, Azərbaycanın yaxın dostu olmuş L.İ.Brejnevin Oktyabrın 50 illiyinə həsr edilmiş təntənəli iclasda söylədiyi fikir bu gün də öz aktuallığını saxlayır: "Kommunist adı qarşıya böyük vəzifələr qoyur. Kommunistlərin yalnız bir imtiyazı vardır ki, bu da ümumi işə hamıdan daha çox qüvvə sərf etməkdən, ümumi işin təntənəsi xatirnə hamıdan yaxşı mübarizə aparmaqdan və işləməkdən ibarətdir. Kommunistlərin heç bir xüsusi hüquqları yoxdur, onların yalnız bir hüququ vardır ki, bu da həmişə irəlidə olmaqdan, ən çətin yerlərdə olmaqdan ibarətdir.

Xalqxeber.Az
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər