Qorbaçov, Mütəllibov, Kərimov, Nazarbayev və digərləri...
Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" fraksiyasından olan deputatları baş prokuror Yuri Çaykaya sensasion müraciət göndərərək SSRİ Dövlət Şurasının yaradılmasına və legitimliyinə hüquqi qiymət verməyə çağırıblar.
Virtualaz.org saytı xəbər verir ki, müraciətə əsasən Mixail Qorbaçovun başçılığı ilə yaradılan qeyri-konstitusion hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə dağıdıcı zərbə vurub.
Dövlət Dumasının deputatlarının mövqeyinə görə, SSRİ Dövlət Şurasının tərkibinə daxil olan adamlar RSFSR-in Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə nəzərdə tutulan xüsusi təhlükəli əməl törədiblər və onların əməli dövləti cinayət hesab edilməlidir. Yuri Çaykaya göndərilən müraciətdə bildirilir ki, 1991-ci ildə o vaxtkı SSRİ konstitusiyasına müvafiq dəyişikliklər edilmədən yeni dövlət orqanı-Dövlət Şurası yaradılıb. Həmin orqanının qərarı əsasında Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb.
"Bu qərar SSRİ-dən onun strateji əhəmiyyətli ərazisinin ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub"-müraciətdə deyilir.
Deputatlar bildirir ki, SSRİ Dövlət Şurasının bir sıra addımları və hərəkətləri ölkənin suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə sarsıdıcı zərbə vurub. Bu səbəbdən şuraya daxil olan şəxslərin əməlləri Vətənə xəyanət kimi qiymətləndirilməlidir və onların barəsində cinayət işi qaldırılmalıdır. Çünki bu cür cinayətlərdə vaxt məhdudiyyəti yoxdur.
SSRİ Dövlət Şurası SSRİ-nin "Keçid dövründə SSRİ-nin idarə edilməsi və dövlət hakimiyyəti orqanları" haqda 1991-ci il sentyabrın 5-də qəbul edilmiş qanunu əsasında yaradılıb. Bu orqan SSRİ Konstitusiyasında nəzərdə tutulmamışdı. Qanuna əsasən Dövlət Şurası ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlar qəbul etməli idi.
Bu orqan Konstitusiyada nəzərdə tutulmuş SSRİ Federasiya Şurasının səlahiyyətlərini faktiki olaraq mənimsəyib. Dövlət Şurasının qərarı məcburi xarakter daşıyırdı. Onun tərkibinə SSRİ prezidenti Mixail Qorbaçov və ittifaq respublikalarının rəhbərləri daxil idi.
Dövlət Şurasının son tərkibi aşağıdakı kimi olub:
Şuranın sədri-Qorbaçov Mixail Sergeyeviç (SSRİ prezidenti)
Yeltsin Boris Nikolayeviç (Rusiya prezidenti)
Kravçuk Leonid Makaroviç-Belarus Ali Sovetinin sədri
Akayev Əsgər Akayeviç - Qırğızıstan prezidenti
Nazarbayev Nursultan Abışoviç-Qazaxıstan prezidenti
Kərimov İslam Abduqaniyeviç-Özbəkistan prezidenti
Niyazov Saparmurat Atayeviç - Türkmənistan prezidenti
Ter-Petrosyan Levon Akopoviç-Ermənistan prezidenti
Nabiyev Rahmon Nabiyeviç-Tacikistan prezidenti
Mütəllibov Ayaz Niyazi oğlu
Qeyd edək ki, Putinin partiyasının bu müraciəti Rusiyanın Ukraynadan sonra Baltikyanı respublikaları işğal edə biləcəyinə dair Qərbdə yaranmış xof fonunda edilir. Rusiya donanması, quru və raket qoşunları, aviasiyası müntəzəmolaraq Baltik dənizində, Kalininqrad vilayətində manevrlər keçirir. Litva, Latviya və Estoniyada rusdilli əhali arasında təbliğat gücləndirilib, separatçı meyllərin baş qaldırdığına dair məlumatlar var.
Baltik dənizində manevrlər keçirən NATO gəmilərinə və regionun hava məkanına daxil olan Amerika təyyarələrinə qarşı Rusiya qırıcıları bir-birinin ardınca tarana gedir. Habelə Rusiya Kalininqrad vilayətində nüvə başlıqları daşıya bilən kiçik mənzilli İsgəndər-M ballistik raketlərini yerləşdirib.
İndi "Vahid Rusiya" fraksiyasının Mütəllibov da daxil olmaqla SSRİ Dövlət Şurasının üzvlərinə qarşı cinayət işi qaldırılmasına dair müraciəti Kremlin imperiyanı bərpa etmək səylərinə dəlalət edən növbəti hərəkət hesab oluna bilər. Kremldə SSRİ-nin dağılması ilə hələ də barışmaq istəmirlər və nəhəng dövləti dağıdanlardan qisas yolları axtarırlar.

Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı