Deputatdan erməniyə uduzan güləşçimizi tənqid edənlərə - SƏRT CAVAB
Siyaset
Oxunub: 1 830
16 in 2015 | 15:26
Deputatdan erməniyə uduzan güləşçimizi tənqid edənlərə - SƏRT CAVAB
























"Bu binəva Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub?"

Belə bir axmaq müzakirəni dünyanın hansı ölkəsində gündəmə gətirsən, ağlı başında olan hər kəs gülüb keçər. Ümumiyyətlə, idmanda konkret şəraitdə daha güclü olan qalib gəlir və burada qəribə heç bir şey yoxdur.

Ermənistan idmançılarına qarşı idman yarışlarında qələbə qazanmağa gəldikdə isə, bu hamımız üçün epizodik bir sevinc bəxş edir, vəssalam. Bununla nə Qarabağ qaytarılır, nə digər ərazilərdən erməni qoşunları çıxır, nə də ki, erməni xalqı sınaraq qarşımızda diz çökür.

Azerinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Bakıda birinci Avropa Oyunlarında erməni idmançıya uduzmuş güləşçimiz Həsən Əliyevi tənqid edənlərə xitabən bildirib.

H.Əliyev qeyd edib ki, ölkədə süni patriotik hava yaradılıb:

"Və idmançıları da bunun girovuna çeviriblər, anlamaq mümkün deyil. Erməniyə də, rusa da, almana da qalib gəlmək, qızıl medal qazanmaq əladır, idmançılarımız finalda uduzursa, başqa medallardan da məmnun qalırıq.

Axı hər bir idmançının ayrı-ayrı oyunlarda həm də uduzmaq risqi var. Axı digər tərəf də idmançıdır, onların da gücü, ağlı, taktikası var. Düşüblər Həsən Əliyevin üzərinə ki, niyə erməniyə uduzmusan. Həsən Əliyevi yaxından tanımıram, adını da bu yarışdan ilk dəfədir ki, duyuram.

Anladığım gerçəklik budur ki, o halda gərək hər bir azərbaycanlı küçədə digərini görəndə yaxınlaşıb üzünə sillə ilişdirməlidir ki, niyə Qarabağı uduzmusan? Bu binəva Həsən Əliyev bizim uduzduğumuzdan daha çoxmu şey uduzub?

Yenə onun imkanı var ki, hansısa yarışda revanş götürüb uduzduğunun əvəzini qaytarsın, biz hamımız bir millət olaraq uduzduğumuz Vətən torpağı qədər əvəzolunmaz bir dəyəri qaytarmağa nə qədər iradə sahibiyik ki, bir idmançımızın üzərinə yürüyüb linç etməklə məşğuluq?

İdman yarışını yalançı vətənşivənlər ölüm-dirim savaşına çevirməklə, gələcəkdə az-çox perspektivi olan idmançılarımızı da mənəvi cəhətdən iflic edərək bu minvalla sıradan çıxarırlar.

O zaman Teymur Rəcəbovu Bakıya buraxmayın ki, niyə filan vaxt Aroyana uduzmusan? "Neftçi"nin keçmiş oyunçularına salam verməyin ki, niyə filan vaxt "Ararat"a uduzmusan? İdman yarışlarına bu anormal baxışı dəyişməliyik. Mən əminəm ki, Həsən Əliyev bu səviyyəsiz qınaqlar qarşısında əsl türk xarakteri göstərərək sınmayacaq və elə böyük qələbələrə imza atacaq ki, onu aşağılayan bütün yalançı vətənşivənlər bu günki davranışlarına görə mütləq utanacaqlar".
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi