Əli Əliyev keçmiş partiyasına “yaylım atəşi” açdı - QALMAQAL
Siyaset
Oxunub: 514
3 iy 2019 | 19:19
Əli Əliyev keçmiş partiyasına “yaylım atəşi” açdı - QALMAQAL













Azərbaycan Milli İstiqlal Partiyasının sədri, hazırda VİP rəhbəri olan Əli Əliyev Reaksiya.TV-yə müsahibə verib. Həmin müsahibədə partiya sədri 2005-ci ildə AMİP-in rəhbəri postundan və qurumun üzvlüyündən çıxarılmasına, bu səbəbdən həmin ildən etibarən AMİP lideri Etibar Məmmədovla aralarında yaranan narazılığa toxunub.

Ə.Əliyev E.Məmmədovun bütün “qırmızı xət”ləri keçdiyini bildirərək, nə bu dünyada , nə də o dünyada onu bağışlamayacağını deyir. Onun etdiklərinin düzgün olmadığını bildirən VİP sədri nəyi nəzərdə tutduğunu açıqlamayıb. AMİP liderinin hazırda siyasətdə olmadığını deyən Ə.Əliyev E.Məmmədov aktiv siyasətə qayıdarsa, ondan sonra danışacağını qeyd edib.

Müsahibədən bir hissə: “Həmin şəxslə (Etibar Məmmədovla) uzun bir siyasi yol keçmişəm. Həmin partiyanın üzvlüyündən sədrliyinə qədər yüksəlmişəm. Siyasi mübarizə aparmaq olar. Təbiət etibarı ilə nə yaxşılığı, nə də pisliyi unudan adam deyiləm. 2005-ci ildəki siyasi mübarizədə “qırmızı xət”lər keçilib. O şəxs haqqında bu günə qədər mətbuatda danışmamışam. Siyasi mübarizədə o “qırmızı xət”ləri keçdi. Onun etdikləri düzgün hərəkətlər deyil. Çünki elə şeylər var ki, onları etmək olmaz. O adam siyasətdə yoxdur və haqqında danışmıram. Siyasətə dönəcəyi təqdirdə görəcəksiniz ki, nələr danışacam. Onunla haqq-salamımız yoxdur, ola da bilməz. Onun halallığını verməmişəm, verməyəcəm də - publik şəkildə məndən üzr istəməyənə qədər. O adam mənim üçün yoxdur, əlaqəm ola bilməz. Mənim də, partiyamın da fəaliyyətinə baxın, onun da, partiyasının da fəaliyyətinə baxın. Bilinmir ki, müxalifətdədirlər, ya yox”.

AMİP katibi Əli Orucov keçmiş partiya yoldaşına “Yeni Müsavat”da bu cür cavab verdi: “Mən VİP adlı dərnəyin Əli Əliyevisinin nədən durub durub da, AMİP və onun fəxri lideri Etibar Məmmədov haqqında başından böyük iddialar və fikirlər səsləndirməsinin budəfəki mənasını anlamadım. Adamın adı çəkilməyib, onun ipini tərpədən olmayıb. Görünür ya gündəmdə qalmaq, ya da özünü kimlərəsə təqdim etmək üçün bu addımı atıb. Açığı, Əli Əliyev bizim üçün yoxdur və onun nə deməyi də maraqlı deyil. Lakin bizim hər dəfə hər yoldan ötənə baş qoşmamağımız deyəsən onu bir qədər də cürətləndirib. Əlinin dünyaları xəyanət və satqınlıqlardan, ikiüzlülükdən, saxtalıqdan ibarətdir. Hər nədən danışırsa danışsın, onun doğruluqdan, dürüstlükdən danışmağa haqqı yoxdur. Nankor birisinin halallıqdan danışması da absurddur. Mən onun sayıqlamalarına hansısa uzun-uzadı cavab verməyi lüzum görmürəm. Əli Əliyevin hətta Etibar Məmmədovu fəal siyasətə qayıdacağı təqdirdə şantaj etməsi isə çox ironikdir. Bir də məşhur şerdə deyildiyi kimi: "Nə ağılsızmış səndə olan baş, neylər qartala qarğa atan daş!..”
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”