Bu da Səfər Mehdiyevin komandası... - DGK sədri daha çox yerliləri ilə işləyir...
Siyaset
Oxunub: 553
2 iy 2019 | 22:43
Bu da Səfər Mehdiyevin komandası... - DGK sədri daha çox yerliləri ilə işləyir...













Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin təxminən yarısının doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir.
Yeniavaz.com Komitənin rəsmi saytında yer alan məlumatlara istinadən bildirir ki, sədr, onun müavinləri və aparata daxil olan idarə rəislərinin 47%-i Naxçıvan Müxtar Respublikasında doğulublar.
Məlumat üçün bildirək ki, Gömrük Komitəsi aparatının strukturunda sədr və 5 müavin postu da daxil olmaqla ümumilikdə 30 vəzifə mövcuddur və bu vəzifə sahiblərinin 14-nün doğum yeri kimi Naxçıvan Müxtar Respublikası göstərilir. Sədr də daxil olmaqla Komitənin qeyd olunan vəzifəli şəxslərinin 17%-i və ya 5 nəfəri Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olublar. Bundan başqa Gömrük Komitəsi sədrinin 5 müavinindən 3-ü və ya 60%-i Naxçıvanda doğulublar. Eyni zamanda Komitə rəhbərliyində yer alan və general rütbəsi daşıyan şəxslərin də 62,5%- nin və ya 5 nəfərin Naxçıvanda doğulduğu qeyd olunur.
Onu da bildirək ki, Naxçıvan Müxtar Respublikasının əhalisi ölkənin ümumi əhalisinin 4,6%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin Naxçıvanda doğulan vəzifəli şəxslərinin tam siyahısı:
1. Mehdiyev Səfər Məmməd oğlu - Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant - 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub
2. Hüseynov İsmayil Xəlil oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor - 1974-cü ildə Naxçıvan şəhərində anadan olub.
3. Abdullayev Əsgər Həsən oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
4. Həsənəliyev Rza Cahangir oğlu - Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-leytenant - 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
5. Fuad Əlizadə - Maliyyə və Təchizat İdarəsinin rəisi, polkovnik - 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
6. Məmmədov Abuzər Bağır oğlu - İnfrastrukturun İnkişafı İdarəsinin rəisi, polkovnik-leytenant - 14 may 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndində anadan olub.
7. Cəfərov Simurq Müslüm oğlu - Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik - 1964-cü ilin mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Tivi kəndində anadan olub.
8. Məsum Rəsulov Eynalı oğlu - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, general-mayor - 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
9. Nüsrət Qurbanov Qənbər oğlu - İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi,polkovnik - 15 aprel 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.
10. Novruzov Qulu Novruz oğlu - Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, polkovnik - 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
11. Zalov Rəşad Oruc oğlu - Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik - 18 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.
12. Fərzəliyev Dilavər Məmməd oğlu - Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik - 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olub.
13. Axundov Natiq Sabir oğlu - Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olub.
14. Muxtarov Sənan Əli oğlu - Hüquq Təminatı İdarəsinin rəisi, polkovnik - 1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində anadan olub.
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü