Dövlətin milyardları necə qarət olundu... - Bu, quldur əməliyyatı idi və başında Hacıyev-Mahmudov cütlüyü dururdu
Siyaset
Oxunub: 520
29 in 2019 | 19:47
Dövlətin milyardları necə qarət olundu... - Bu, quldur əməliyyatı idi və başında Hacıyev-Mahmudov cütlüyü dururdu














Cinayət törətmiş şəxsin müdafiə olunmaq hüququ var. Bu işlə vəkilləri məşğul olmalıdır. Əgər cinayət törətmiş şəxs kifayət qədər varlıdırsa, ən peşəkar vəkillərin xidmətindən faydalanıb müdafiəsini təşkil edə bilər. Media qurumları müdafiə ilə bağlı tərəfsiz xəbər verə bilər və bu da normaldır. Ancaq cinayət törətmiş şəxsin əməli məhkəmə qaydasında sübuta yetirilibsə və məhkəmə hökmü qanuni qüvvəsinə minibsə, söhbət həmin şəxsin dustaq kimi hüquqlarının qorunmasından gedə bilər.

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin törətdiyi əməllərinin cinayət olmasının bir qismi 1-ci məhkəmədə sübuta yetirilib, indi isə növbəti əməlləri ilə bağlı məhkəmə prosesi başlayıb. Təbii ki, məsələyə hüquqi qiyməti məhkəmə verəcək. Ancaq bəzi media qurumlarında, xüsusi ilə də özünü müstəqil sayan KİV-lərdə C.Hacıyevin “istedadlı iş adamı” kimi təbliği gedir və belə iddia edirlər ki, oğru bankiri həbs etmədən də istintaq aparmaq olardı.

Ondan başlayaq ki, C.Hacıyev 14 il səhm paketi dövlətə məxsus olan banka rəhbərlik edib. Yəni söhbət dövlət vəsaitlərindən gedir. Bu vəsaitlərin böyük bir qismi oğurlanıb.

Açıq məhkəmə iclaslarında da bildirildiyi kimi, C.Hacıyev bankın Moskva filialı vasitəsilə həyata keçirdiyi veksel əməliyyatları ilə banka 9 milyard dollardan çox ziyan vurub. Veksel əməliyyatlarının rəsmiləşdirilməsi Beynəlxalq Bankın Moskva filialında həyata keçirilib. Vəsaitlər Bakıdan Moskvaya göndərilib, orada da kağız üzərində olan şirkətlərə “yatırılaraq” ofşorlara ötürülüb. Və bəlli olur ki, son nəticədə həmin şirkətlər məhz Cahangir Hacıyevə məxsus idi.

Çoxsaylı faktlardan biri isə - Cahangir Hacıyev Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi - bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. Əslində C.Hacıyevə “istedadlı iş adamı” yox, “istedadlı oğru” demək daha düzgündür.

İddia edirlər ki, MDB-də ölkələrinin istintaq - məhkəmə təcrübəsinin təhlili göstərir ki, bu dövlətlərdə hökmlər ittihamedici xarakterə malikdir, cinayət repressiyası ifrata varır…

-Dövlət bankına məxsus milyardları şəxsi ofşor şirkətlərinə daşıyan şəxsə qarşı başqa cür necə davranılmalı idi?
-122 faizlik devalvasiyanın əsas “memarlarından” olan Hacıyevi necə azadlıqda saxlamaq olardı?
-1000-2000 rüşvət alan müəllim-həkim həbsdə yatırsa, milyardları talan edən bankir hansı haqla azadlıqda olmalı idi?

Düzdür, mən Azərbaycan məhkəmələrinin həmişə ədalətli qərarlar verdiyini iddia etmirəm. Ədalətsiz qərlar da çoxdur. Ümid edək ki, ölkə başçısı tərəfindən məhkəmə-hüquq sistemində başladılan islahatlar bu problemləri aradan qaldıracaq. Artıq bir çox hallarda ölkədə qəti imkan tədbiri kimi həbslə yanaşı, alternativ qəti imkan tədbirlərindən də istifadəyə başlanılıb, azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması ilə bağlı qanunvericiliyə mütərəqqi əlavələr edilib, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı “elektron qolbağ”nın tətbiqinə başlanılıb. Misal üçün, bu ilin aprel ayında geniş ictimai rezonansa səbəb olan, Bakıdakı 162 saylı orta məktəbdə intihar etmiş şagirdin ölümü ilə bağlı həmin məktəbin keçmiş direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edildi, Məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildi... Belə misalları çox göstərmək olar, ancaq konkret olaraq Hacıyevin törətdiyi cinayətin miqyası və ölkənin sistem əhəmiyyətli bankını saldığı vəziyyəti göz önünə alındığında ona qarşı heç bir ədalətsizlikdən söhbət gedə bilməz.
Yaxşı tutaq ki, Azərbaycan məhkəmələri Hacıyevə qarşı qərəzli olub. Bəs ədalətliliyi şübhə doğurmayan Böyük Britaniya hüquq-mühafizə orqanları Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı niyə cinayət işi açıb?

Yeri gəlmişəkən, bu günlərdə, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub. “Westminster Magistrates” məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u isə şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır.

Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, cavahirat əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. İndi Böyük Britaniya məhkəməsi Hacıyevanı həbs etsə, “repressive məhkəmə” sayılacaq?

Yeri gəlmişkən, Z.Hacıyeva bu qanunun əhatə dairəsinə düşən MDB-dən ilk oliqarx ailəsidir. Hacıyevlərin müdafiəçiləri bu fakta görə “fəxr” edə bilərlər.

C.Hacıyevin içərdən göndərdiyi tezislər əsasında onun müsbət imicini yaratmağa çalışan sfarişli yazarlar bəzən oğru bankiri həmin illərdə baş vermiş iqtisadi böhranın qurbanı kimi də təqdim etməyə çalışırlar. Doğrudur, heç kim həmin dövrdə baş vermiş iqtisadi böhranı inkar eləmir. Amma sözügedən iqtisadi böhran C.Hacıyevə bankın əmanətçilərinin, bankda hesablaşma hesabları olan fərdlərin, müxtəlif şirkətlərin hesablarından, səhmdarların vəsaitlərindən, o cümlədən, bankın xarici və daxili borc vəsaitlərinin cinayət yolları ilə şəxsi maraq və məqsədləri naminə oğurlamasına bərat qazandıra bilməz.

C.Hacıyev ifşa olunduqdan sonra dövlət Beynəlxalq Bankın xilas edilməsi üçün əməliyyata başladı, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planı qəbul edildi və dövlət bankın xilasına nail oldu. Sadə dillə desək, Hacıyevin oğurladıqlarının bədəlini dövlət ödədi.

Təkcə bir epizod üzrə Hacıyevin vəzifə səlahiyyətləri aşaraq 100 milyon dolları mənimsəməsi təsdiq olunub. Hazırda onun digər özbaşınalıqlarının, dövlətin sistem əhəmiyyətli bankına vurduğu zərərin ikinci, daha geniş hissəsi araşdırılır. Məhkəmə proseslərinin davam etdiyi indiki vaxtda dövriyyəyə belə yazıların buraxılması, Hacıyevin cinayətlərinə müxtəlif cür haqq qazandırma cəhdləri heç də təsadüfü görünmür.

Hacıyevin müdafiəçiləri iddia edir ki, Beynəlxalq Bank 2001-2015-ci illərdə (ittiham bu dövrü əhatə edir) çoxlu sayda müəssisələr CTC Aqro zavodu, "Inter Tobacco", İnter Glass" zavodu, Oğuz Qlükoza zavodu, BOT ayaqqabı fabriki və s. yaradıb. Bu şirkətlər Beynəlxalq Banka yox, Hacıyevin özünə məxsus olub – bankdan oğurladığı pulları hesabına sözügedən şirkətlərə sərmayə qoyub, ancaq ölkə bu şirkətlərdən bir qəpik də faydalanmayıb.

Nədənsə Hacıyevin müdafiəçiləri onu da xatırlamırlar ki, “istedadlı iş adamı” ölkənin 10 ən yaxşı bankından biri olan “Texnikabank”ı ələ keçirmək üçün qudası, sabiq MTN başçısı Eldar Mahmudovun dəstəyi ilə bankın gerçək sahibi Etibar Əliyevi həbsə atdırdılar, yalnız səhmlərindən imtina etdikdən sonra azadlığa buraxdırdılar. Bu əsil quldur əməliyyatı idi və başında Hacıyev-Mahmudov cütlüyü dururdu.

Məsələ bu qədər sadə və aydındır. \\istiqlal.az\\
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"