“Azərbaycana baxın, SSRİ dövründən daha yaxşı yaşayır” — Rusiyalı professor
Siyaset
Oxunub: 496
29 in 2019 | 13:00
“Azərbaycana baxın, SSRİ dövründən daha yaxşı yaşayır” — Rusiyalı professor













Artıq uzun müddətdir ki, ekspert cəmiyyəti Ermənistan və Rusiya arasındakı ikili münasibətin xarakterini tədqiq edir. Ermənistanın yeni rəhbərliyi sözdə iddia edir ki, xarici siyasət kursu qətiyyən dəyişməyib. Əməldə isə bu daha fərqli görünür. Buna nümunə kimi AŞPA-da keçirilən səsvermə barədə dünən məlumat vermişdik. Bundan əlavə, postsovet məkanındakı ölkələrin mövqeyi də fərqlidir.
“Media.Az” bu və digər məsələlərlə bağlı Sankt-Peterburq dövlət universitetinin beynəlxalq münasibətlər fakultəsinin professoru Nikolay Mejeviçlə söhbət edib.

-Təbii ki, mən hər şeyi Ermənistanın mövqeyinə bağlamaq istəməzdim. Problem daha böyükdür. Məsələ burasındadır ki, Rusiyanın AŞPA-ya qaytarılması məsələsinə postsovet məkanındakı dövlətlər səs vermədi. Amma hamısı yox. Biz Azərbaycanın necə səs verdiyini bilirik.

Gürcüstan, Estoniya, Latviya, Litva, Ukrayna və qismən də Ermənistan kimi dövlətlərdə Rusiyanın imkanları və bu günkü statusu qəbul edilmir. Bunun nə ilə bağlı olduğu ümumi olaraq anlaşılandır. Düşünürəm ki, xarici işlər nazirlikləri milli heyətə heç bir təlimat verməyiblər və buna görə də hamı düşündüyü kimi səs verib. Buna görə də postsovet məkanında ümumi olaraq nəyin baş verdiyini aydınlaşdırmaq lazımdır.

Gəlin, Cənubi Qafqaz regionuna nəzər salaq. Gürcüstan yekdilliklə Qərbi və NATO-nu seçdi. Azərbaycan çox vektorlu siyasət yürüdür. Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinə üzvdür və bununla yanaşı, hakimiyyətə qərbyönümlü komanda gəlib. Elə hiss yaranır ki, Ermənistan iki stulda oturmaq istəyir...

-Sizin Ermənistanla bağlı “iki stul” frazası hansısa çoxşaxəlilik mənasına gəlir. Amma bu halda beynəlxalq təşkilatlara (KTMT və AİB nəzərdə tutulur) üzvlük və obyektiv iqtisadi təcrübə məsələsində ziddiyət üzə çıxır.

Coğrafi, tarixi və digər səbəblərə görə, Azərbaycan Respublikasının Rusiyadan asılılığı azdır, amma xarici ticarətdə Rusiya Federasiyası ilə əlaqələrindən aktiv şəkildə istifadə edir. Gürcüstan Rusiyadan çox asılıdır, Ermənistan isə Rusiyadan tam asılıdır. Bu mənada erməni nümayəndə heyətinin AŞPA-dakı hərəkəti qəribə görünür və müəyyən suallar yaradır.

Mən 1991-ci ilə qayıtmağı təklif edirəm ki, cavaba vacib ştrixlər əlavə edək. Sovet İttifaqının dağılmasına yönəlik hərəkatın başında kimin durduğunu xatırlamaq lazımdır. Sizin oxuculara xatırladım ki, bu məsələdə əsas lider Gürcüstan, Estoniya, Latviya və Litvadır. Buraya Ukraynanın da nisbətən zəif aktivliyini əlavə etmək olar. Bu ölkələr bu gün tamamilə fərqli inkişaf səviyyəsindədirlər. Pribaltika ölkələri daha varlı olmaq istəyirdi. Obyektiv olsaq, bir sıra səbəblər, eyni zamanda Qərbin dəstəyi, ağıllı iqtisadi siyasətlə Pribaltika, əsasən də Estoniya bu gün daha yaxşı yaşayır.

Sonra isə, inkişaf məsələsində hamını (Lüksemburq və İsveçrədən başqa) ötüb keçmək istəyən Ukrayna daha pis yaşayır. Heç nə barədə düşünməyən və heç nəyi hədəfləməyən Moldova SSRİ-də olduğundan da pis yaşayır. Gürcüstan fenomenal səviyyədə geridə qalıb. İndi bütün bunların fonunda SSRİ-nin dağılmasının təşəbbüskarı olmayan Azərbaycana baxaq. Ölkə Sovet İttifaqı dövründən daha yaxşı yaşayır. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrildi. Təbii ki, burada çox vektorlu siyasət və şəxsiyyət faktoru çox vacib rol oynadı. Bütün bunlar Bakıya Cənubi Qafqazdakı vəziyyətə kifayət qədər balanslı baxmağa, qonşularının ciddi problemləri fonunda öz uğurlarını görməyə və özünü daha güvənli hiss etməyə imkan verir.
Qeyd edim ki, SSRİ-nin dağılmasında təşəbbüskar olmayan Qazaxıstanda da vəziyyət eynidir. Nəticədə, Qazaxıstan da məsələdə udan tərəf oldu. Burada da şəxsiyyət faktoru, ağıllı idarəetmə və bir sıra faktorlar rol oynadı. Belarus da özünəxas modeli ilə əvvəlkindən pis yaşamır. Bütün bunlara əlavə olaraq, Ermənistanın coğrafi mövqe məsələsində də bəxti gətirməyib.

-Biz SSRİ mövzusuna toxunduq. Bir çox ekspertin fikrinə əsasən, Sovet İttifaqının dağılma prosesi Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinə iddiaları ilə başladı...

-Dağlıq Qarabağ probleminin Sovet İttifaqının zəiflik indikatoru olduğu barədə tezislə tamamilə razıyam. Mən 1990-cı ildə beynəlxalq münasibətlər plenumunu xatırlayıram. O zaman Mərkəzi Komitənin Marksizm-Leninizm institutunda SSRİ-də milli məsələyə dair ilk ciddi konfrans keçirildi.

Seksiyalardan biri Qarabağ probleminə həsr edilmişdi. Arkadiy İvanoviç Volskiy (məşhur rus və sovet dövlət və ictimai xadimi) çıxış etdi. Mən o zaman Arkadiy Volskiyə “Münaqişənin başa çatma perspektivini necə görürsünüz?” sualını ünvanladım.

Tədbir bağlandı. O, mənə baxdı və dedi: “Münaqişənin başa çatma perspektivini görmürəm”.

SSRİ-nin millətlərarası məsələlərdə zəifliyi sözsüz ki, Sovet İttifaqının parçlanma səbəblərindən biridir“Azərbaycana baxın, SSRİ dövründən daha yaxşı yaşayır” — Rusiyalı professor
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"