ABŞ-ın Azərbaycan planları barədə şok açıqlamalar
Siyaset
Oxunub: 1 309
11 in 2015 | 22:49
"ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da ABŞ diplomatıdır".

ATƏT-in Bakıdakı ofisinin fəaliyyətinin dayandırılması üçün Azərbaycan ATƏT-ə bir ay möhlət verib. Qərb mediası bunu ölkədəki insan hüquqları və media azadlığının tənqidinə cavab adlandırır.

Qərb diplomatlarının "EurActiv" saytına dedikləri isə tamamilə fərqli sözlər deyir.
"Azərbaycan hökuməti ATƏT-ə bildirir ki, ölkə ATƏT-in Layihə Koordinatorunun Bakıda fəaliyyət göstərməsinə daha ehtiyac duymur", - ATƏT-in Vyanadakı baş qərargahına rəsmən təqdim olunmuş diplomatik qeyddə deyilir.

Ofisin bağlanılması üçün verilən müddət iyulun 4-ü bitir ki, bu da ABŞ-ın müstəqillik gününə təsadüf edir.

Yazıda qeyd olunur ki, "Radio Free Europe"-nın xəbərinə görə, Azərbaycanın bu addımı Qərb rəsmiləri və beynəlxalq insan hüquq müdafiəçilərinin ölkədəki insan haqları və media azadlığı ilə bağlı genişlənən tənqidləri ilə bağlıdır.

Lakin Bakıdakı və ATƏT-in Vyanadakı baş qərargahındakı diplomatlar EurActiv-ə bildirib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da ABŞ diplomatıdır. Onlar iddia edir ki, amerikalılar Azərbaycanda hakimiyyət dəyişikliyinə can atırlar.

Müxtəlif mülahizələr müəyyən məqamlarda uyğun gəlir. ATƏT-in Bakıdakı missiyası 2009-cu ildə açılıb, ATƏT-in sabiq səfiri Koray Tarqay mandatı dönəmində müxtəlif çətinliklərlə üzləşib. Məlumata görə, 2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna kimi Targay ABŞ təzyiqi altında ölkə haqqında bəzi tənqidi fikirlər bildirib.

2013-cü ilin yayında, ATƏT-in missiya üzvlərinin müxalifətin qeyri-qanuni nümayişinə qatılan zaman isə bu təzyiqlər pik həddə çatıb. ATƏT-in missiya üzvləri bu cür hadisələri müşahidə edə bilərlər, lakin kənardan. Bildirilir ki, ATƏT-in missiya üzvləri faktiki olaraq nümayişdə iştirak ediblər. Bununla bağlı mübahisə yaranıb, Azərbaycan rəhbərliyi missiyanın fəaliyyətinin dayandırılmasını istəyib.

Xatırlatmaq yerinə düşər ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır.

Ukrayna və Türkiyə missiyanı yeni mandat ilə fəaliyyətdə saxlamaq üçün müdaxilə ediblər. Yeni mandat bunu siyasi bəyannamə etməyə və büronu “ATƏT-in Layihə Koordinatorluğu”na çevirməyə imkan vermir.

Yeni mandat 2013-cü ilin iyulunda qəbul edilib və yeni səfir Aleksis Şahtaxtinski 2014-cü ilin martında Bakıya gəlib. ATƏT-in Layihə Koordinatorluğunun hazırda fəaliyyət göstərən internet səhifəsinin yazdığına görə, onun əsas prioritetləri ATƏT-in öhdəliklərinin uğurla yerinə yetirilməsində Azərbaycana kömək etmək; terrorizmlə mübarizə, Azərbaycanda dini tolerantlığın daha da irəli aparılması, məişət zorakılığı və insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasındakı əməkdaşlığın və yaxşı dövlətçilik layihələrinin inkişafı olub.

Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib.

Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. Nəticədə ATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib.

"EurActiv"ə bildirilib ki, Azərbaycan hökuməti bunu “Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir" deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub.

Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib.
"Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda keçməz”, - deyə diplomat bildirib.

ATƏT-in Bakı missiyasının Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa mandatı yoxdur. Bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur.
"Amerika Azərbaycanı nə qədər çox tənqid edərsə, Azərbaycan bir o qədər çox yaxınlaşacaq Rusiyaya. Amerikanın istəyi budur?", - deyə diplomat bildirib.

Onun sözlərinə görə, Azərbaycan mükəmməl ölkə deyil, lakin heç bir ölkə mükəmməl deyil: "Əgər Qərb buradakı vəziyyəti yaxşılaşdırmaq istəyirsə, o zaman çevrilişə deyil tədricən inkişaf etməsinə kömək etməlidir".

Əslində neft və qazla zəngin olan Azərbaycan heç bir super güc ölkəsinə yaxınlaşmaq, nə də Aİ ilə assosiasiya sazişi bağlamaq istəmir. Azərbaycan Avropa ilə Asiya arasında, eləcə də Müsəlman və Xristian dünyası arasında körpü rolunu oynamaq istəyir.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi