Bankı çökən keçmiş nazir xəstəlik də tutar bir yandan... - DOSYE
Siyaset
Oxunub: 548
28 in 2019 | 18:49
Bankı çökən keçmiş nazir xəstəlik də tutar bir yandan... - DOSYE














Səhhəti yenidən pisləşən sabiq vergilər naziri Fazil Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. O, həkim nəzarətindədir.

Sabiq nazirin yeznəsi, Binəqədinin icra başçısı olmuş Xaləddin İsgəndərov unikal.org-a bildirib ki, F.Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub: “Xəstəxanaya yerləşdiyi gün Fazil müəllimin səhhətində ciddi problem var idi, əməliyyat olundu. Həkimlərin səyi nəticəsində hazırda səhhətində yaranan problem aradan qaldırılıb, evə buraxılıb. Ev şəraitində müalicəsini davam etdirir”.

Qastrit - mədənin selikli qişasının iltihabı olub, insanlar arasında yayılmasına görə göz xəstəliklərindən sonra ikinci yeri tutur.

Əksər hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Qastritin inkişafına təsir göstərən bir neçə amil var. Bunlardan ən başlıcası qeyri-düzgün və vaxtsız qidalanmadır. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir.

17 il vergilər naziri işləmiş F.Məmmədovun qaraciyərində də problemlər var. Həmçinin qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir. Keçmiş nazirin səhhətindəki problemlərin orqanizmindəki radioaktiv şüalarla bağlı olduğu da iddia olunur.

İddiaya görə, 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb.

Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədov bu statusdan heç zaman istifadə etməyib.

Maraqlı məqam odur ki, F.Məmmədovun tərcümeyi-halında doğrudan da həmin “boşluq” görünür. Vikipediyada əks olunan tərcümeyi-hala görə 1985-87-ci illərdə F.Məmmədov əsgəri xidmətdə olub. Bəs hərbi xidməti harada keçib? Bu sualların cavabını keçmiş nazirin tərcümeyi-halında tapmaq mümkün deyil.

Yada salaq ki, bir müddət əvvəl F.Məmmədov “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir.

Bu, adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur.

Onu da yada salaq ki, son günlər mətbuatda F.Məmmədova məxsus biznes strukturlarında, o cümlədən “AtaBank”da gedən proseslərlə bağlı məlumatlar yayılır.

Bu xəbərlərdə sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının - bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri qeyd olunur.

Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib ediblər.

F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə “AtaBank”da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: “Bir müddət öncə hər bir bank kimi ”AtaBank" da öz illik maliyyə vəziyyətini açıqlayaraq, 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi. Lakin təcrübəli iqtisadçılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar.

2018-ci il üzrə əvvəlki illə müqayisədə “AtaBank”ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında 3 ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb”.
“Yeni Müsavat”
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"