Hansı nazirlər yol üstündədir? - İDDİA
Siyaset
Oxunub: 539
25 in 2019 | 17:00
Hansı nazirlər yol üstündədir? - İDDİA













Prezident İlham Əliyevin son kadr təyinatlarında personalar peşəkarlıq, təcrübə və sədaqətlilik baxımından uğurlu seçim idi.

Keçmiş nazir Namiq Abbasov, sabiq MTN-çi İlham İsmayılov kimi professionallar Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsini doğru qərar kimi qiymətləndirdilər.

Vilayət Eyvazovun DİN-nin 1-ci şəxsi təyin olunması da yerindəydi. Onun təcrübəsi, sistemin içində I müavin postunda qazandığı səriştə nazir olmasını şərtləndirirdi. Eks baş nazir Artur Rasi-zadə də təyinatları yüksək dəyərləndirib.

Lakin güc strukturlarında aparılan kadr dəyişiklikləri, rotasiya qaydasında həyata keçirilən təyinatlarla paralel humanitar blokda da yeniləmələrə zərurət var.

Ölkədə gedən sosialyönümlü islahatların tempi ilə ayaqlaşan, sosial sferadakı ədalətsizliklərə son qoya bilən kadrlar təyin olunmalıdır.

Reportyor.info-nun xəbərinə görə, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra dəyişən Nazirlər Kabinetinin yeni üzvləri hökuməti doğrultmadı.

Ceyhun Bayramovun təhsil, Sahil Babayevin sosial təminat, Mikayıl Cabbarovun vergi, Səfər Mehdiyevin gömrük sektorunda inqilabi irəliləyişlər əldə etdiyi görünmür.

İnam Kərimov da ümidləri tam doğrulda bilməyib, aqrar sektorda problemlər mürəkkəbdir, mövsümi meyvələr fantastik bahadır.

Rövşən Rzayevin məcburi köçkünlərin problemləri, komitədə keçmiş sədr dövründə olan əyər-əskikliklərin aradan qaldırılması bağlı hansısa ciddi fəaliyyəti müşahidə olunmur.

Habelə, Qoşqar Təhməzlinin qida sektorunda nələrə nail olduğunu görmək mümkün deyil. Turizm sektorunda fərqlənə bilməyən Fuad Nağıyev, diaspor komitəsində Fuad Muradov ötən dövrdə özlərini təsdiqləyə bilməyiblər.

Xüsusilə təhsil, səhiyyə, sosial təminat sahələrində nazir dəyişikliləri labüddür. Eynilə Mikayıl Cabbarov da vergi sistemi üçün peşəkar sayılmır.

Azərbaycan hakimiyyəti yanvardan sonra dəyişən üzünü çoxlarının bəyəndiyini gördü. Müxalifətdən, müstəqil mediadan, Qərb təşkilatlarından pozitiv mesajlar gəlməkdəydi. Amma yetərli olmayan islahatların ruhuna adekvat fəaliyyət göstərməyən yuxarıda adı çəkilən məmurlardır.

Onlar aprel seçkisindən sonra etimad göstərilmişdi. İslahatçı nazirlər kimi təqdim olunurdular. Amma bir il kifayət elədi ki, özlərini doğrultmayan yeni təyinatlarla vidalaşmaq labüddür. C.Bayramovla təhsilin uçuruma, S.Babayevlə sosial sahələrin dibə yuvarlanması qaçılmazdır.

Əslində, prezident də M.Cabbarova, R.Rzayevə, Q.Təhməzliyə və digərlərinə möhlət verib, sınaq müddətindədirlər. İndi kapital toplamış, oliqarxlaşmış, kök atmış nazirlər olmayacaq, prezident kadr islahatlarını öz iradəsi ilə həyata keçirir.

Analitiklərin fikrincə, yumşalma taktikası neytral seçicinin rəğbətini qazandı. Sosial – iqtisadi kursda yeni yanaşma gələcəyə bir ümid doğurdu.

Məhkəmə, gömrük, səhiyyədə ciddi dəyişikliklər ola bilər. Kataklizmlərin əleyhinə olan, islahatlar yolu ilə dəyişiklik istəyən mötədillər üçün belə yanaşma təqdirəlayiqdir.

2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq.

Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı.

Neft-qaz siyasəti sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi.

Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi.

Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi.

Bu xronoloji ardıcıllığa baxmayaraq, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bank sədri Elman Rüstəmov kimi iqtisadi blokda olan məmurların da oturduğu kreslo özlərinə xidmət edir, kabinet adamlarına çevrilib.

Ölkənin iqtisadi həyatına təkan verməli olan hər üç nazirin əməlləri son bir ildə heç nə ilə yadda qalmayıb. Bu durğunluqdan, seytnotdan çıxmaq vaxtıdır.

Əgər əhalinin böyük bir qismi hakimiyyətdə olan liderləri sevmirsə, bu, dəyişiklik qaçılmazdır mənasına gəlmir. Sadəcə, dəyişiklik üçün potensial var deməkdir. Hakimiyyətin mühafizəkar qanadı tarana sürüklədiyi siyasətlə birinci növbədə prezident İlham Əliyevi mürəkkəb prosesin məngənəsinə gətirib çıxarmışdı: lazımsız adamların həbs olunması, heç bir siyasi çəkisi və dəyişikliyə təsir gücü olmayan fəalların tutulmasına görə beynəlxalq tənqidlər, Azərbaycanın adının ildə iki dəfə siyasi məhbus hesabatlarında Çad, Nigeriya, Çin və s. respublikalarla yanaşə çəkilməsi heç də içəridəki qrupların adına söz gətirmirdi, birbaşa prezidenti hədəfə çıxarırdı.

Eynilə sosial-iqtisadi sferada kəsici-deşici, əzici-boğucu siyasəti özünü mənfi tərəfdən göstərirdi. Ona görə yanvardan başlamış sosialyönümlü dəyişiklikləri, siyasi islahatları, xalqla təmasları tormozlamaq mümkün olmayacaq.

Bundan başqa, Azərbaycanda “fevral inqilabı” adlanan son sosialyönümlü islahatları nəzərə alaraq diqqət çəkir ki, sıravi deputatın aldığı məvacib belə artımla birlikdə dövlət qulluqçularının maaşından qat-qat yüksəkdir.

Hazırda hansı həkim, müəllim, hansı sıravi bank əməkdaşı, polis işçisi, hansı hərbçi, hansı və hansı neftçi, mühəndis ayda sıravi deputatın 2 min 598 manatını alır?

Hakimiyyət bu parlamentlə tezliklə vidalaşmaq istəyində görünür. Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi də məhz bu niyyətdən doğur. Payızda yeni seçkilər olacağı istisna deyil.

İqtidar daha ciddi, xalqla hökumət arasında qarşıdurma yaradacaq açıqlamalar verməyən Milli Məclis formalaşdırmaq istəyir. Bunun üçün 2019-cu ildə erkən seçkilər olacağı haqda proqnozlar səslənməkdədir.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest