Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı
Siyaset
Oxunub: 538
25 in 2019 | 19:21
Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı














Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşündən danışıb.
Azərtac xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikası və Çeçenistan Respublikası arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni birgə layihələrin hazırlanaraq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

“Bizim aramızda qısa və təsadüfi görüş oldu. Ramzan Kadırov çox xoş, səmimi və pozitiv insandır” deyən Leyla Əliyeva Çeçenistan başçısının bu görüşdən sonra özünün “Vkontakte” səhifəsində Azərbaycan haqqında yazdığı sözlərdən sevindiyini qeyd edib.

Leyla Əliyeva Çeçenistana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: “Biz birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik. Həmçinin himayəyə ehtiyacı olan uşaqlarla bağlı birgə fəaliyyət göstərmək olar.

Ümidvaram ki, Heydər Əliyev Fondunun adından həmin respublikaya səfərim və bu cür birgə layihələrdə iştirakım mümkün olacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib: “Mən bilirəm ki, Çeçenistanda musiqiyə böyük qiymət verirlər, axı məhz musiqi dünyanı gözəlləşdirir. Ona görə də bu respublikada konsert də təşkil etmək olar”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Minskdə keçirdiyi görüş haqqında Çeçenistan rəhbərinin Vkontakte səhifəsində bəhs edilib. Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan ən yaxın qonşu və Rusiya üçün dost ölkədir. O yazıb:

“Dövlətlərimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr yaranıb və inkişaf edir. Bu, Rusiya və Azərbaycanın liderləri – prezidentlər Vladimir Putin və İlham Əliyevin böyük xidmətlərinin nəticəsidir. Mənimlə İlham Heydər oğlu arasında olduqca səmimi münasibətlər formalaşıb. Ona görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməyimə çox şad oldum.

Leyla İlham qızı gözəl təhsilli, ziyalı qız kimi bütün həyatını dünyada xeyirxahlıq və şəfqət ideyalarının yayılmasına həsr edib və bu yolda böyük uğurlar əldə edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

Leyla İlham qızı şeirlər yazır, jurnal redaktorudur. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına kömək edir. Mən İlham Heydər oğlu ilə görüşlərimlə bağlı öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm.

Biz Azərbaycan və Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılıq əldə etdik. Bu il Leyla İlham qızını Qroznıda qarşılamağa şad olacağıq, mədəni, idman və humanitar əlaqələri genişləndirəcəyik”.Leyla Əliyeva Ramzan Kadırovla görüşündən danışdı
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər