Eldar Mahmudovun oğlunun adı növbəti qalmaqalda
Siyaset
Oxunub: 348
20 in 2019 | 14:00
Eldar Mahmudovun oğlunun adı növbəti qalmaqalda














Anar Mahmudovun adı sahibkarın əmlakının zorla əlindən alınmasında hallanır; sabiq nazir oğlunun qayınanasının Azərbaycana ekstradisiya məsələsi yenidən gündəmdə

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adı yenidən gündəmdədir. Bu dəfə Anar Mahmudov atasının vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

“Günəş” müəssisəsinin təsisçisi Əsgər Məmmədov iddia edir ki, Anar Mahmudov atasının vəzifəsinə güvənərək əmlakını onun əlindən alıb. Söhbət Bakıda Nobel prospekti – 20 c saylı ünvanda yerləşən binanın 5 və 6-cı mərtəbələrindəki 364.2 və 368.8 kvadratmetrlik qeyri-yaşayış sahələrindən gedir. 2008-ci ilin yanvarında Bakıda 6 saylı notariat kontorunda Ə.Məmmədovla sabiq nazirin oğlu arasında müqavilə imzalanıb. Müqavilədə yazılıb ki, Ə.Məmmədov həmin əmlakları A.Mahmudova bağışlayır. 2012-ci ilin iyununda A.Mahmudov sözügedən əmlaklara öz adına mülkiyyət çıxarışları da alıb. E.Mahmudov vəzifədən çıxarılan bir müddət sonra Ə.Məmmədov həmin əmlakları geri almaq qərarına gəlib və bu məqsədlə məhkəməyə üz tutub. Yasamal Rayon Məhkəməsində keçmiş nazir oğluna qarşı iddia qaldıran Ə.Məmmədov yazır ki, əslində 730 kvadratmetrdən çox sahəsi olan əmlakları A.Məmmədova bağışlamamışdı, zorla əlindən alınmışdı. “Günəş” rəhbərinin sözlərinə görə, o əmlakların təxminən 1 milyon 600 min manat qiyməti vardı: “O, əslində, bağışlanma deyildi, alqı-satqı idi. Amma atasının vəzifəsindən sui-istifadə eləyib pulu vermədi. Əmlakımı əlimdən aldı”. Ə.Məmmədov həm bağışlanma müqaviləsinin, həm də onun əsasında A.Mahmudova verilmiş mülkiyyət sənədlərinin ləğvi barədə qərar çıxarılmasını istəyib.

Yasamal Rayon Məhkəməsi iddianı rədd edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verən Ə.Məmmədovun iddiası təmin olunub. Apelyasiya Məhkəməsi bağışlanma müqaviləsinin etibarsız sayılması, A.Mahmudovun adına verilən çıxarışların ləğvi barədə qərar çıxarıb. Üstəlik, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, həmin əmlaklara “Günəş” müəssisəsinin adına mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilsin. Bu dəfə sabiq nazirin oğlu qərardan narazı qalıb və vəkili vasitəsilə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə A.Mahmudovun kasasiya şikayətini təmin edib – Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılmaq üçün həmin instansiyaya qaytarılıb.

Bakı Apelyasiya Məhkəməsi bu mübahisəyə yenidən baxıb. Bu dəfə isə A.Mahmudovun xeyrinə qərar çıxarıb. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra onun oğlu Anar Mahmudovun – hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir- adı mətbuatda dəfələrlə hallanıb. Sonuncu dəfə Anar Mahmudovun adı ötən il Böyük Britaniyada “MEA Capital Limited” adlı maliyyə şirkəti təsis etməsindən sonra mətbuatda hallanmağa başlanmışdı. Yayılan xəbərlərə görə, Anar Mahmudovun şirkəti Londonda 2018-ci ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və insiallarlarını əks etdirir: Mahmudov Eldar və Anar. Həmin günlərdə belə xəbərlər vardı ki, Eldar Mahmudovun əlinin altında olan dəstə tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılan pullar əsasən bu şirkətdə cəmləşib.

İddia olunurdu ki, “MEA Capital Limited” şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin vaxtilə rəhbəri olduğu Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub. Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb. Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məbləğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb. Yaxın günlərdə Zamirə Hacıyevanın taleyinə də aydınlıq gələcək. Onun Azərbaycan ekstradisiya edilə biləcəyi xəbərləri də var. Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana qədər Zamirə Hacıyeva ev dustaqlığındadır. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib, əmlakları müsadirə olunub. Bir qismi isə cəzasının bir hissəsini çəkəndən sonra azadlığa çıxıb. Təxminən 2 il sonra – 2017-ci ilin noyabrında sabiq nazir E.Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

Musavat.com
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər