Mixail Qusman: “Bakıdakı evimizdə 11 millətin nümayəndəsi yaşayırdı”
Siyaset
Oxunub: 711
4 in 2019 | 14:30
Mixail Qusman: “Bakıdakı evimizdə 11 millətin nümayəndəsi yaşayırdı”












Rusiyanın məşhur teleaparıcısı hesab edir ki, Bakı dünyanın ən dinamik inkişaf edən beş şəhərindən biridir

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakı ilə bağlı xatirələrini bölüşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu barədə “Paxlava production” layihəsinə verdiyi müsahibədə danışıb.

Qeyd edək ki, bu layihə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları və tələbələri olan Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanov tərəfindən həyata keçirilir. Onlar Rusiyada yaşayan məşhur azərbaycanlılarla müsahibə hazırlayaraq öz səhifələrində yayırlar. Bu dəfə onların qonağı Mixail Qusman olub.

“Mən dünyanı kifayət qədər çox gəzirəm. Müxtəlif şəhərlərdə çox şey görürəm: həm postsovet məkanında, həm də uzaq xaricdə. Bakıda baş verən dəyişiklikləri, müsbət istiqamətdə inkişafı, çox az şəhərlə müqayisə etmək olar. İnkişafın dinamikliyi baxımından, demək olar ki, Bakı daha müasir və parlaq vəziyyətə gətirilmiş şəhərlərin ilk beşliyinə daxildir” – deyə Qusman bildirib.

O, həmçinin Bakıda keçən uşaqlıq illərini xatırlayıb. Deyib ki, Bakıda kiçik üç mərtəbəli bir evdə böyüyüb. O evdə 11 millətin nümayəndəsi yaşayırmış. Qusman xatırlayır ki, bayramlarda hər kəs öz evində müxtəlif şirniyyatlar hazırlayırdı və qonşular bir-birilərinə pay verirdilər.

“Mən bizə gətirilən Azərbaycan şirniyyatları ilə böyümüşəm. Ona görə də, onlar mənim üçün həmişə bayram rəmzləridir. Azərbaycan mətbəxini çox gözəl bilirəm. Və qətiyyən şişirtmədən hesab edirəm ki, Azərbaycan mətbəxi yer üzünün ən yaxşı mətbəxidir. İnanın, mən bütün mətbəxləri görmüşəm. O mətbəx böyük sayılır ki, bütün mətbəx zəncirini tamamlasın. Məsələn, onun öz içkiləri, müxtəlif növ qəlyanaltıları, şorbaları, isti yeməkləri və şirniyyatları olsun. Azərbaycan mətbəxində bunların hamısı mükəmməl şəkildə mövcuddur” – deyə Qusman etiraf edib.

Mixail Qusman 1950-ci ildə Bakıda tibbi xidmət podpolkovnikinin, Böyük Vətən Müharibəsi illərində Xəzər Hərbi Donanmasının baş terapevti olmuş Solomon Qusmanın ailəsində anadan olub. Anası Lola Barsuk əvvəllər aktrisa, sonralar isə tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti-red.) professoru olub. Mixail Qusman özü də anasının professoru olduğu ali məktəbi, eləcə də Ali Partiya məktəbini bitirib. Bir müddət Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsində sədr müavini işləyib. Sonra Moskvaya köçən Qusman orada bir sıra nüfuzlu KİV-lərdə rəhbər vəzifələrdə çalışıb, jurnalist, tərcüməçi, radio və televiziya aparıcısı kimi məşhurlaşıb. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib.

Qusman Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest