Diplomatik korpusda qalmaqal; səfir geri çağırıldı
Səfir Arif Məmmədovun "Facebook"da məmurları tənqid etməsi XİN-in bəzi əməkdaşları tərəfindən dəstəklənib
Xarici İşlər Nazirilyində təhqiqat başlayıb, hökumətə qarşı çıxanların cəzalandırılacağı gözlənilir
Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayədəsi vəzifəsini daşıyan Arif Məmmədovun "Facebook" səhifəsində yazdığı status qalmaqala səbəb olub.
Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra A.Məmmədov belə bir status paylaşıb.
"Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar".
Onun daha bir qeydində Avropa Oyunları məşəlini Bakıda xalq artisti İlhamə Quliyevanın daşıyacağı barədə xəbərə ironiya edilir.
A.Məmmədov səhifəsində paylaşdığı fotosuna yazılan şərhlərə belə bir əlavə edib: "Təxminən 20 ildir Avropada normal adamların arasında və düzgün qidalanma… 3 gün Bakıda oldum və artıq qocaldım..."
Virtualaz.org saytı isə öz mənbələrinə istinad edərək məlumat yayıb ki, artıq anti-hakimyyət çıxışlarına görə iki səfirin geri çağırılması proseduru başlayıb.
XİN Arif Məmmədovun geri çağırılacağı barədə İKT-yə məlumat verib. Tezliklə onun səfir vəzifəsindən azad olunacağına dair fərmanın imzalanacağı gözlənilir. Bundan əvvəl isə Prezident XİN əməkdaşı Anar Mədətlinin (o, səfir Arif Məmmədovun Facebook statusunu like edənlərdən biridir) atası, Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanındakı daimi nümayəndəsi Eynulla Mədətlinin vəzifəsindən azad edilməsinə dair fərman verib.
Xatırladaq ki, onun oğlu Anar Mədətli Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşıdır. Saytın iddiasına görə XİN-dəki hakimiyyət əleyhidarları arasında Belçikadakı səfirliyin daha iki əməkdaşı yer alır. Bunlar Fərəh Gözəlova və Ramiz Vəliyevdir.
Xəbərdə daha sonra hərəkatın bütün üzvləri, o cümlədən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin barəsində xidməti təhqiqat başlanıldığı iddia olunur.
YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov diplomatın ünvanına sərt ifadələr işlədib. Deputat “Trend” agentliyinə deyib: «Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır. Bu adamın qanında erməni qanı var. O deyir ki, "3 gün Azərbaycanda qaldım, mən qocaldım". 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər.
Bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir. Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq uşaq bağçasını ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var.
Arif Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir. Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.
"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır", - deyə H. Hacıyev APA-ya bildirib.

Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO