Özünü nazir kürsüsündə görür... - İDDİA
Siyaset
Oxunub: 599
1 in 2019 | 20:17
Özünü nazir kürsüsündə görür... - İDDİA













Son vaxtlar Milli Məclisdə büdcə oğurluqları və mənimsənilən vəsaitlər ətrafında müzakirələr, eyni zamanda rəqəmlərin açıqlanması Maliyyə Nazirliyində yoxlamaların aparılmasını gündəmə gətirib. Bu barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Həmin məlumatlara görə, Samir Şərifovun fəaliyyəti təftiş ediləcək. Belə ki, Milli Məclisdə deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının hesabatına əsasən, büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadə büdcədən 90 milyon manatın səmərəsiz xərcləndiyini deyib. Bunlar təsadüfi deyil və nazirliklə bağlı ciddi addımlar atılması planlaşdırılır. Bizdə olan məlumata görə, Samir Şərifov hətta vəzifəsini də itirə bilər, onun yerinə isə müavini Azər Bayramov iddialıdır. Amma nazirlikdə yoxlama aparılsa, Azər Bayramov da çıxılmaz duruma düşəcək. Çünki adı mənimsəmələrdə hallanan şəxslərdə biri də özüdür. Həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Hər halda pul mövzusu ciddi məsələdir və mənimsəmələrin demək olar ki, az qismi açıqlanır, böyük mənada yeyintiərin olduğu deyilir. Bunu da, yəqin, heç kəsə bağışlamayacaqlar. Deyilənə görə son günlər Azər Bayramov faktiki özünü qorumaqla və Samir Şərifovdan sonra özünü bu vəzifəyə təyin etditmək üçün əlaqələrindən maxsimum yararlanmaqla məşğuldur.
Xatırladaq ki, A.Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qayınıdır və vəzifə yüksəlişində onun xidmətləri xüsusidir. E.İsgəndərov “nurçu qalmaqalı”na görə tutduğu vəzifədən azad edilib. İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovun da gedəcəyi fikrinə düşübmüş. Hətta həmin dönəmdə Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş.
Azər Bayramovun ikinci çətin durumu Beynəlxalq Bankla bağlı qalmaqalda yaşanıb. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Xatırladaq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı.
Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır. A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir. Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər. Elə bu səbəbdən də Azər Bayramov nazir kürsüsünə oturmaq üçün hazırlaşır və onun bu arzusuna çata bilməsi üçün qarşıda elə də maneə görünmür. Baş verənləri yaxından müşahidə edən adının çəkilməsini istəməyən ekspert bizimdovr.az-a bildirib ki, Azər Bayramovun maliyyə naziri olması daha perespektivlidir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. \\bizimdovr.az\\
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər