Nazir: “Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanılıb”
Siyaset
Oxunub: 550
1 in 2019 | 12:11
Nazir: “Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanılıb”













“Azərbaycanda təhsil sistemində yeni bir yanaşma tətbiq edilir. Təbii ki, dərsliklərin həcmi həftəlik dərs yükünə bağlıdır. Amma hazırda tətbiq edilən yeni yanaşmaya əsasən, həcmi çox olan ana dili və riyaziyyat dərslikləri iki hissədən ibarət olacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu yanaşma artıq həyata keçirilmə üzrədir: “Bu yanaşmanın özünü doğrultmasından asılı olaraq yekun qərar qəbul olunacaq. Dərsliklərin məzmununun təkmilləşdirilməsi prosesi qanunverciliyə uyğun olaraq həyata keçirilir. Dərsliklər dörd ildən bir tamhəcmli formada yenidən çap olunan zaman yeni redaksiyada təqdim edilir. Bu müddət ərzində yığılmış təkliflər nəzərə alınır”.

C.Bayramov Azərbaycanda yeni proqrama uyğun olaraq ümumtəhsilin bütün səviyyələrində 1-ci sinifdən 11-ci sinifə qədər yeni dərsliklərin tətbiqinin həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində bu proqram artıq 11-ci siniflərə şamil edilib. O, bununla da bu tipli dərsliklərin yenilənməsi prosesinin başa çatdığını vurğulayıb.

Nazir Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanıldığını bildirib: “Təhsil Nazirliyi alternativ olaraq qanunvericiliyə uyğun olaraq edilmiş dəyişikliyə əsasən ehtiyat dərsliklərin yaradılması işinə başlayıb. Ehtiyat dərsliklərin yaradılması ilk olaraq ibtidai təhsil pilləsindən başlanılıb. Hazırda 1-ci siniflər üçün ana dili və riyaziyyat fənləri üzrə ehtiyat dərslikləri yaradılıb. Artıq bir il ərzində yüzdən çox məktəbdə bu prosesin tətbiqinə başlanılıb. Növbəti ildə də bu prosesin pilot səviyyəsində tətbiqi planlaşdırılır. Gələn il 2-ci siniflər üçün ana dili və riyaziyyat dərsliklərinin pilot səviyyədə tətbiqi nəzərdə tutulub”.
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb