“Bakı möhtəşəm futbol yarışına yüksək səviyyədə ev sahibliyi etdi” — Millət vəkili
Siyaset
Oxunub: 521
30 may 2019 | 16:39
“Bakı möhtəşəm futbol yarışına yüksək səviyyədə ev sahibliyi etdi” — Millət vəkili













Mən də mayın 29-da keçirilən "Arsenal” – "Çelsi” qarşılaşmasında hansısa komandaya azarkeşlik etmək üçün deyil, həmin yarışı bir futbol bayramı kimi görmək üçün Olimpiya Stadionuna getmişdim.
Bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, komandalardan hansının qalib gəlməsi onun üçün əhəmiyyətli deyildi.

“Orada gözəl bir oyuna, Avropa futbol mədəniyyətinə, futbolun yaxşı mənada təbliğinə şahidlik etdim. Eyni zamanda dünənki yarışda stadionda on minlərlə xarici turist gördüm. Müxtəlif ölkələrin bayraqları dalğalanır, xarici dillərdə mahnılar oxunur, danışılırdı. Əlil arabasında xaricdən Azərbaycana məhz bu yarışı izləmək üçün gələn azarkeşi, turisti, həmçinin yaşlı bir ingilis qadınının oyunu böyük həyəcanla izlədiyini gördüm”, - deyə millət vəkili bildirib.

Millət vəkili deyib ki, təşkilatçılıq işləri bütün parametrlər üzrə ən yüksək səviyyədə olub:
“Oyunun təşkili yüksək səviyyədə idi. Təhlükəsizlik qaydaları da tam normal idi. Tamaşaçılar öz yerlərini tapana qədər onlara könüllülərdən ibarət böyük bir dəstənin xidmət göstərməsi yüksək səviyyədə idi. Düşünürəm ki, belə bir fonda böyük maraq və həyəcanla izlənilən, ədalətli bir oyun keçdi. "Çelsi”nin qələbəsi onun haqqı idi. Həm oyuna qədər, həm də oyundan sonra çoxminli tamaşaçıların nəqliyyatla stadiona və ya əksinə stadiondan metroya qədər daşınması, mənzil başına çatdırılması da yüksək səviyyədə təşkil edilmişdi. Mən özüm Qara Qarayev metrostansiyasından stadiona və oyun qurtarandan sonra geriyə - evə gəldim. Metropolitenin işi də yüksək səviyyədə idi, bütün əməkdaşlar sərnişinlərə xidmət etmək üçün səfərbər olmuşdular.Ümumiyyətlə, Bakı möhtəşəm futbol yarışına yüksək səviyyədə ev sahibliyi etdi”.

A.Mirzəzadə əlavə edib ki, Bakı Olimpiya Stadionunda dünən baş tutan "Arsenal” – "Çelsi” qarşılaşması təkcə Azərbaycan futbol tarixində deyil, UEFA tarixində də yaddaqalan yer tutacaq.

Bununla belə deputat qeyd edib ki, futbol oyunu ərəfəsində xaricdən bəzi anti-Azərbaycan qüvvələr bu qarşılaşmanı gözdən salmağa çalışdılar, alınacağı təqdirdə oyunun başqa şəhərə keçirilməsinə dair maksimum güc ortaya qoydular:

“Lakin onların bütün bu cəhdləri uğursuz oldu. Azərbaycanın paytaxtı Bakı şəhərindəki 68 min tamaşaçı tutumlu Olimpiya Stadionunda möhtəşəm futbol yarışı baş tutdu. Bununla da dünya bir daha Azərbaycanın artan gücünü, müasir dövlət olduğunu gördü”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest