"Akim Bədəlov hər şeyi bacarır və heç kimi də saymır" - Şəhid akademikin qızından Prezidentə müraciət
Siyaset
Oxunub: 604
25 may 2019 | 19:30
"Akim Bədəlov hər şeyi bacarır və heç kimi də saymır" - Şəhid akademikin qızından Prezidentə müraciət













2019-cu il ölkə əhalisinin taleyində doğrudan da sosial islahatlar ili kimi qalacaq və illər sonra da prezident İlham Əliyevin məmləkət insanının güzəranının yaxşılaşması istiqamətində atdığı çeşidli addımlar məmnunluqla xatırlanacaq. Eyni zamanda ölkənin tanınmış ziyalılarının, dövlət xadimlərinin, peşə və sənət adamlarının təltif edilməsi, mükafat, prezident təqaüdü və mənzillərlə təmin edilməsi baxımından da 2019-ci ilin müstəqillik tariximizin ən yaddaqalan ili kimi tarixə düşəcəyi şəksizdir.

Üstəlik, ölkənin ali rəhbərliyinin istər media və sosial şəbəkələrdə ictimailəşdirilən, istərsə də əhali ilə görüşlərdə dilə gətirilən problemlərin də qısa zamanda həllini tapmasa vətəndaşların dövlətə, onun rəhbərliyinə inamını xeyli artırıb.

Bu baxımdan Moderator.az 1991-ci il noyabrın 20-də Qarakənd faciəsində həlak olan Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, sabiq Dövlət Katibi Tofiq İsmayılovun ailə üzvlərinin bir neçə il öncə mətbuatda dilə gətirilən mənzil problemlərinin həllini tapıb-tapmaması və son dövrlər cəmiyyətdə yaranmış nikbin ovqatın təsiri altında ölkə rəhbərliyinə yenidən müraciət edib-etməmələri ilə maraqlanıb.

Hələ 2015-ci ildə ölkə başçısına müraciət edən T.İsmaylovun qızı Səbinə İsmayılova bu dəfə Moderator.az-a açıqlamasında hələ də evlə təmin olunmadıqlarını bildirib:

“Müraciətlərimizin heç bir nəticəsi olmadı, çünki yazılanlar ölkə başçısına çatmır. Allahdan istəyim odur ki, bu məsələni prezident İlham Əliyevlə, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva bilsin. Heç şübhəm yoxdur ki, onlar Vətən yolunda Şəhid olan Tofiq İsmayılovun ailəsinin üzləşdikləri problemləri, sıxıntıları bilsəydilər, biganə qalmazdılar. Amma müraciətlərimiz onlara çatdırılmır. Artıq yorulmuşam, insan nə qədər onu-bunun evində yaşayar? Tofiq müəllimin həyat yoldaşı Lalə xanım 72 yaşında kirayədə yaşayır. Bu düzgündürmü?”.

Səbinə İsmayılova mərhum atasına məxsus olsa da sonradan əllərindən çıxan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi ətrafında vaxtilə yaranan qalmaqala da aydınlıq gətirib:

“Akim Bədəlov hər şeyi bacarır və heç kimi də saymır. Yanvarın 14-də ölkə başçısı tərəfindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edildi və Akim Bədəlov da işdən azad edildi. Ölkə başçısına yenidən müraciət etmək fikirim var, amma bilmirəm necə edim, çünki müraciətlərim ölkə başçısına çatmır. Çalışırlar ki, bunun qarşısını alsınlar. Mənə prezidentdən başqa heç kim kömək edə bilməz, çünki Akim Bədəlovun ətrafı, qohumları, bacıları, bacılarının uşaqları hamısı vəzifədədir. İmkan onlarda olduğu üçün Tofiq müəllimin ailəsini əllərdə qoyublar. Hər yerdə də özlərinə adam tapıb mənə problem yaradırlar”.

S.İsmayılova bəzi saytların onun müraciətindən sui-istifadə etdiyini də vurğulayıb:

“Müraciətlərimə fasilə verməyimin səbəbi var. Gördüm ki, hamı sizin sayt kimi dürüst deyil, siz nə var onu olduğu kimi yazıb işıqlandırdınız. Amma jurnalistlər var ki, yazını sayta qoyduqdan iki saat sonra onu götürüb məni satırlar. Ona görə mənə təsir edən o oldu ki, bunlar məndən istifadə edib Akim Bədəlovdan pul alıb saytdan yazı çıxarırlar. T.İsmayılovun övladı olaraq mənim də öz prinsipim var. Sözsüz ki, Tofiq müəllim sağ olsaydı, bunlar olmazdı. Bizi atasız, arxasız görüb başımıza bu oyunu açırlar. Amma sizdən xahiş edirəm ki, mənim müraciətimi yenidən işıqlandırın”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest