“Belə beynəlxalq yarışlardan qazanan ancaq Azərbaycan olur” — Millət vəkili
Siyaset
Oxunub: 566
25 may 2019 | 12:17
“Belə beynəlxalq yarışlardan qazanan ancaq Azərbaycan olur” — Millət vəkili













Anti-Azərbaycan qüvvələrin və erməni lobbisinin UEFA-nın mayın 29-da keçiriləcək final matçı ərəfəsində ölkəmizə qarşı həyata keçirdiyi iyrənc qarayaxma kampaniyası, nəticədə əks effket verərək özlərinə qarşı çevrildi.
Bunu açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, artıq xalqımızda bu qüvvələrə qarşı bir psixoloji immunitet yaranıb.

“Xalqımız bu qüvvələrin hans məkrli planlarına xidmət etdiyindən artıq xəbərdardır. Xalıqmız yaxşı bilir ki, bu qüvvələr hər dəfə Azərbaycanda istər mötəbər mədəniyyət, istərsə də beynəlxalq idman yarışları ərəfəsində ölkəmizə qarşı ən müxtəlif səviyyələrdə qarayaxma kampaniyasına başlayaraq, bundan siyasi manipulyasiya vasitəsi kimi istifadə edirlər. Ona görə də xalqımız onların səsləndirdiyi əsassız, heç bir arqumentə söykənməyən iddialara inanmır və onun ardınca getmir. Əksinə, bu iddiaları qətiyyətlə rədd edir. Xalq yaxşı bilir ki, bu qüvvələrin əsas məqsədi Azərbaycanın imicinə xələl gətirməklə, ölkədə böyük zəhmətlər hesabına qurulan sabitliyə zərbə vurmaqdır. Çünki Ermənistanın həyata keçirdiyi işçğalçılıq syasəti nəticəsində sözügedən ölkədə heç vaxt sabitlik və təhlükəsizlik mövcud olmayıb. Müstəqilliyinin ilk illərindən Ermənistanda hər zaman xaos və böhran hökm sürüb. Bunun əksinə olaraq, Azərbaycan dinamik inkişaf edir, sabitlik və təhlükəsizlik hökm sürür. Bu səbəbdən də Azərbaycan davamlı olaraq uğurlara imza atır. Dünyadakı mövqeyi getdikcə möhkəmlənir, nüfuzu artır. O baxımdan da beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanda ən yüksəksəviyyəli tədbirlərini keçirməkdə maraqlı olur. Bu uğur isə düşmənlərimizi narahat etməyə bilməz və başlayırlar bu uğurlara kölgə salmağa... Ancaq onların bu niyyətlərini bundan öncəki kimi, növbəti dəfə də iflasa uğrayacaq”, - deputat bildirib.

Deputat əlavə edib ki, heç uzağa getməyək:

“UEFA-nın final oyunu ilə bağlı qarayaxma kampaniyasının həyata keçirildiyi bir zamanda UEFA İcraiyyə Komitəsi öz toplantısını Bakıda keçirmək qərarına gəlib”.

M.İbrahimqızı sadəcə son illərdə idmandan bir siyasi təzyiq aləti kimi istifadə edilməsindən təəssüfləndiyini dilə gətirib:
“Bir zamanlar mədəniyyət və idmanın dünyada sülhün, əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin bərpa olunmasında müstəsna rolu qeyd edilərək, ondan istifadə olunurdu. Elə UEFA futboldan “Say no to racism» şüarı altında rasizmə və irqçiliyə qarşı çıxış edirdi. Ancaq bu gün futboldan və idmanın digər növlərindən təzyiq vasitəsi kimi istifadə edirlər. Bu isə təəssüf doğurur. Bu yolverilməz haldır. Bunun acı nəticəsini sonda yenə beynəlxalq aləm çəkəcək”.
Ermənistanın və erməni lobbisinin İngiltərənin “Arsenal” komandasındakı oyunçu Henrix Mxitaryanından Azərbaycana qarşı qarayaxma kampaniyasında bir vasitə kimi istifadə etməsi məsələsinə aydınlıq gətirən M. İbrahimqızı deyib ki, artıq bu proses əks effekt vermyə başlayıb:

“Dünya birliyi ermənilərin bu hərəkətini açıqca qınamağa başlayıb. Digər tərəfdən isə dünyaca məhşur futbolçular azarkeşləri Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunduğunu, o cümlədən final oyununa ən yüksək səviyyədə hazırlıq işlərinin getdiyni qeyd edirlər. Biz gündə sosial şəbəkələrdə belə halların şahidi oluruq. Elə bu günlərdə “Arsenal”ın Türk millətindən olan oyunçusu Məsut Özil bir zamanlar Bakıda olduğu fotolardan kollaj yaradaraq Azərbaycan haqqında yüksək fikirlər səsləndirib. Bu faktları artırmaq olar. Bu bir daha ermənilərin növbəti çirkin niyyəti bu dəfədə sabun köpüyü effektini vermiş oldu”.

“Amnesty İnternational” təşkilatının Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsi barədə qərəzli fikirlərinə gəldikdə deputat bildirib ki, Azərbaycan xalqı “Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir: “

Əgər bu təşkilat başqa bir mövqe sərgiləsəydi zatən bizi çaşqınlığa salardı. Bu təşkilat öz köhnə ənənəsinə “sadiqliyini” nümayiç etdirərək ölkəmizə qarşı heş bir obyektivliyə, arqumentə sığmayan qərəzli mövqeyini növbəti dəfə səsləndirib. O bu dəfə də öz absurd fikirləri ilə özünü gündəmə gətirməyə çalışıb. Bu bir daha göstərir ki, bəzi özünü beynəlxalq səviyyəli qurum hesab edən təşkilatlar bu hərəkətləri ilə manipulysiya edərək, hansısa pisniyyətli qüvvələrin sifarişlərini icra edirlər. “Amnesty İnternational” təşkilatı da onlardan biridir. Ancaq bir daha bəyan edirəm ki, onların dedikləri effekt vemrəyəcək. Xalqımız ayıqdır və birliyimizi qorumaqla belə məkrli planların arxasına nə dayandığını ifşa edərək, onların niyyətlərini puça çıxaracağıq”.
Final oyununun Bakıda keçirilməsinin əhəmiyyətinə və ölkəmizə verəcəyi dvidentlərə gəldikdə isə M.İbrahimqızı deyib ki, ümumiyyətlə idman, incəsənət və mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idmançılarımızın, incəsənət və mədəniyyət xadimlərimizin xarici ölkələrdə keçirilən yarışlarda, tədbirlərə iştirakı, beynəlxalq səviyyəli tədbirlərə isə ev sahibliyi etməsi ümumiyyətlə Azərbaycanın xarici diplomatıiyasının əsas prioritetlərindən biri hesab olunur:
“Çünki idman, incəsənət, mədəniyyət bir xalqın, dövlətin dünyaya hərtərəfli baxımdan tanıdılması istiqamətində müstəsna əhəmiyyətə malikdir. Bu eyni zamanda ölkənin dünya ölkələri ilə daha sıx əməkdaşlıq edilməsində, ticari-iqtisadi əlaqələrin qurulmasında, turizmin, müxtəlif xidmət sektorlarının inkişafı, dünyaya inteqrasiya olunması baxımıdan da müstəsna rola malikdir. UEFA-nın final matçının Bakıda keçirilməsi faktına gəldikdə isə deyə bilərəm ki, bildiyiniz kimi futbol dünyada ən sevilən idman növlərindən biridir və bu oyunu daha çox azarkeş izləyir. Belə bir oyunun Bakıda keçirilməsinin Azərbaycanın inkişafının, mədəniyyətinin, ölkəmiz haqqında daha geniş məlumat əldə etmək , o cümlədən dünyada daha yaxından tanıdılması baxımından müstəsna əhəmiyyəti olacaq. Bu eyni zamanda Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri olan turizmin, digər xidmət sektorunun inkişafına öz töhfəsini verəcək. Bura gələn xarici qonaqlar ölkəmizin inkişafını, sabitliyi öz gözləri ilə görəcək. Bu da çox önəmli məsələdir. Ümumilikdə UEFA-nın final oyununun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəımlənməsi ilə yanaşı, nufuzunun artmasına gətirib çıxaracaq.

Belə mötəbər yarışların Azərbaycanda keçirilməsi növbəti mötəbər tədbirlərin keçirilməsinə şərait yaradacaq. Belə tədbirlər Azərbaycanın dünyda etibarlı tərəfdaş ölkə imicinin formalaşmasında öz töhfəsini verən bir addımdır. Ona görə də belə mötbər yarışların keçirilməsi barədə qərarların verilməsi isə mühüm əhəmiyyət kəsb edir. Ola bilsin ki, kimlərsə bunu başqa cür yozsunlar. Ancaq əslində bu səhv yanaşmadır. Bundan ancaq qazanan Azərbaycan olur”.
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO