“Ermənistanın ictimai-siyasi ab-havasından qan iyi gəlir” — Politoloq
Siyaset
Oxunub: 568
21 may 2019 | 18:46
“Ermənistanın ictimai-siyasi ab-havasından qan iyi gəlir” — Politoloq














“Ermənistanda ölkədaxili ziddiyət get-gedə artır. Bəzi erməni ekspertlərin fikrinə əsasən, vəziyyət sabitləşməsə, hazırda gedən prosseslər vətəndaş qarşıdurması ilə nəticələnə bilər. Baş nazir Nikol Paşinyan və tərəfdarları indiki hadisələri “inqlabın ikinci mərhələsi”, əleyhidarları isə “inqilabi hərci mərclik” olaraq qiymətləndirirlər”.
Bunu açıqlamasında politoloq Fuad Hilalov bildirib.

Onun sözlərinə görə, bu hadisələr mayın 18-i İrəvan məhkəməsi keçmiş prezidenti Robert Koçaryanı zaminlə azadlığa buraxılması ilə başlayıb:
“Ona zamin duranlar isə Dağlıq Qarabağ separatçılarının indiki və keçmiş rəhblərləri Bako Saakyan və Arkadiy Qukasyandırlar. Bundan bir gün sonra baş nazir Nikol Paşinyan öz tərəfdarlarını bütün ölkəboyu məhkəmlərin giriş çııxışlarını kəsməyə çağırdı. Koçaryan tərəfdarları və əleyhidarları isə etiraz aksiyalarına başlayıblar”.

Hadisələrin gələcək inkişaf tendensiyasına toxunan politoloq bildirib ki, özünü demokratik və hüqüqun üstünlüyü prinsiplərinin ən qatı tərəfdarı kimi göstərməyə çalışan Paşinyan birbaşa məhkəmələrin işinə müdaxilə edir və bunun üçün zorakılığa çağırır:
“Onun diktator adlandırdığı Serj Sarqsyanın dövründə belə bir hadisəni təsəvvürə belə gətirmək olmazdı. Çünkü bunu diktatura rejimləri belə etmirlər. Hər dəfə dara düşən kimi xalqı hakimiyyətə çağırmaq isə Paşinyanda adət halını alır. Xalq artıq ona verə biləcəyi bütün dəstəyi bir il bundan əvvəl verib. Onun emossional cığallığı isə başqa mətləblərdən xəbər verir. Koçaryan üçün zamin duranlar Arkadiy Qukasyan və Bako Saakyandır – Qarabağ separatçılarını başçıları. Onlar Robert Koçaryan və Serj Sarkisyanın liderləri olduqları Qarabağ klanın əsas üzvləridir. Yəni, Paşinyanın tərəfdlarlarının ən qatı düşmənləri olan Qarabağ klanı revanşa hazırlaşır. Qukasyan və Saakyanın Koçaryanın bu qədər dəstəkləməsinin bir başqa səbəbi də var: Məlumdur ki Koçaryana qarşı əsas ittihamlardan biri 2008-ci ilin mart ayında İrəvan küçələrindəki etirazçılara atəş açılması faktıdır. Atəş əmrini Koçaryan versə də atəş açan əsgərlər o vaxt Dağlıq Qarabağdan, Qukasyan və Saakyanın tapşırığı ilə gəlmişdilər. Yəni bu cinayət işinin bir ucunun gedib onlara da toxunacağı ehtimalları güclüdür. Diğər tərəfdən, bəzilərinin dediyi kimi İrəvan məhkəmələrin müstəqil qərar verməsi ehtimalı da gülüncdür. Sadəcə olaraq erməni hakimləri cəmiyyətdə baş verənləri yeni güc balansını sövqi təbii ilə hiss edərək Qarabağ klanının tərəfini saxlayırlar. Cəmiyyətdə güc balansı isə həqiqətən dəyişir”.

Politoloq onu da bildirib ki, düz bir il bundan əvvəl qansız dövlət çevrilişi ilə hakimiyyətə gələn N.Paşinyanın reytinqi ilk dövrlərdə 80%-dən çox idisə hal hazırda bu reytiq sürətlə əriyir:

“Bunun səbəbi hakimiyyətə gələndən sonra xalqa verilən vəədlərinin bircəciyini belə yerinə yetirməməsidir. İqtisadi vəziyyət Paşinyandan əvvəlki dövrdən ancaq mənfi yöndə fərqlənir. Paşinyan komandası cani dildən özlərini islahatçı, liberal qərb yönümlü adamlar olaraq göstərməyə çalışsalar da, Qərbdəki ağaları onlara quru tərifdən başqa heç nə vermir. Vəd olunan milyardlarla investisiyalardan hələ ki xəbər yoxdur. İslahatlar da keçirilmədi. Korrupsiyaya qarşı mübarizə vəədləri onunla nəticələndi ki, bu yaxınlarda Paşinyanın sorosçu komanda üzvlərindən biri külli miqdarda korrupsiya faktında günahlandırıldı. Keçmiş rejim mənsublarından və onlara yaxın oliqarxların cəzlandırılmasına gəldikdə mütləq əksəriyyətin nifrət etdiyi və heç bir siyasi inzibati gücü olmayan general Manvel Qriqoryanın həbsini nəzərə almasaq, Koçaryan, cinayət işi açılan yeganə yüksək çinli keçmiş məmur idi ki, onun həbsi də konkret olaraq fiaskoya uğradı. Və artıq erməni cəmiyyəti Koçaryan məsələsinə görə iki yerə ayrılıb. Bir tərəfdən, hər gün reytinqi azalan Paşinyanın hələ də tərəfini saxlayan və Koçaryanı cinayətlərdə ittiham edənlər, digər tərəfdən isə onu qəhrəmanlaşdıran Qarabağ klanının tərəfdarları...
Bir il əvvəl hakimiyyət dəyişikliyi qansız baş versə də hal-hazırda Ermənistan ictimai siyasi ab havasından qan iyi gəlir”.
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü