“Azərbaycan Ordusunun Günnüt zəfəri hələ də İrəvanı ciddi narahat edir” — Deputat
Siyaset
Oxunub: 535
20 may 2019 | 17:43
“Azərbaycan Ordusunun Günnüt zəfəri hələ də İrəvanı ciddi narahat edir” — Deputat














Naxçıvandakı Günnüt əməliyyatından bir il keçir. 2018-cı il mayın 20-dən 27-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Naxşıvandakı Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya və Qaraqaya dağı azad olunub. Bu uğurlu hərbi əməliyyat zamanı 11.000 hektarlıq ərazi işğaldan azad olunub və Ermənistanın Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.
Azərbaycan ordusunun uğurlu Günnüt əməliyyatı barədə mövqeyini açqılayan deputat Mirkazım Kazımov bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır və torpaqlarının 20 faizi işğal altındadır:

“Bu gün Azərbaycanın ən aktual problemi bu işğal faktını aradan qaldırmaqdır. Azərbaycan işğal faktının aradan qaldırılmaq məqsədi ilə 25 ildən artıqdır ki, danışıqlar aparır. Ancaq bununla parallel olaraq ordusunu da gücləndirir. Azərbaycan sülhsevər ölkə olaraq işğal faktının sülh yolu ilə həllinə sadiqliyini hər zaman bəyan edib və bu gün də həmin prinsipinə sadiqliyini nümayiş etdirir. Ancaq işğalçı Ermənistan öz havadarlarına arxalanaraq BMT TŞ-nin və digər beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələri icra etməkdən boyun qaçıraraq, destruktiv mövqe sərgiləməklə işğal siyasətini davam etdirir. Ancaq dünya birliyi də onu bilməlidir ki, Azərbaycan işğal faktı ilə razılaşmayacaq və hansı yolla olur-olsunərazilərini geri qaytaracaq. Ona görə də ordusunu gücləndirir. Artıq Azərbaycan ordusu dünyanın seçilib-sayılan ordularından hesab olunur. Bunu 2016-ci il Aprel döyüşləri və 2018-ci ilin mayın 20-də Günnüt əməliyyatı bunun bariz nümunəsidir”.

Deputat əlavə edib ki, Azərbaycan ordusu bir il öncə düşmən nəzarətində olan Günnüt istiqamətində uğrulu hərbi əməliyyat həyata keçirməklə, itki vermədən Günnüt kəndini, bir neçə strateji əhəmiyyətə malik yüksəklikləri nəzarətinə keçirdi:
“Bu döyüşlərin ən mühüm uğuru ondan ibarət oldu ki, döyüşlər nəticəsində Azərbaycan ordusu Ermənistanın yaşayış məntəqələrinə, o cümlədən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə və müşahidə altında saxlamaq imkanını qazandırdı. Bax bu cür strateji mövqelərin Azərbaycan ordusnun nəzarətinə keçməsinin digər əhəmiyyəti ondan ibarətdir ki, həmin mövqelərdən İrəvana çox qısa hava məsafəsi var. Bu isə təbii olaraq İrəvanı ciddi narahat edir”.

Deputat bildirib ki, bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir:

“Qarşı tərəf artıq Azərbaycan ordusunun gücünü bilir. Bilir ki, Azərbaycan ordusu işğal altında olan torpaqları hər an işğaldan azad etmək iqtidarındadır. Bunu ermənilərə havadarlıq edən qüvvələr də yaxşı anlayır. Çünki Naxçıvan əməliyyatı bunu göstərdi. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etməyə hazırdır. İstər 2016-ci ild Lələtəpə, istərsə də 2018-ci il Günnüt əməliyyatı erməni və onun ordusu haqqındakı mifi darmadağın etdi. Odur ki, Ermənistan bunlardan nəticə çıxarmalı və danışıqlar yolu ilə münaqişənin həllinə nail olmalıdır. Bir daha bildirirəm ki, Azərbaycan Prezidenti də dəfələrlə mötəbər tribunalardan çıxış edərək ölkəmizin sülhsevər ölkə olduğunu və ölkələrin, xalqların mehriban, qarşılıqlı maraqlar əsasənda rifah halında yaşmasını bəyan edib. Azərbaycan bu prinsiöi əsas tuturaq problemin hələ də sülh yolu ilə həllinə inanaraq danışıqları davam etdirir. Ancaq bu işğal faktı da uzun çəkə bilməz. Hər bir məsələnin bir həddi var. Əgər danışıqlar nəticə verməzsə, Azərbaycan beynəlxalq hüququn ona verdiyi prinsiplərdən yararlanaraq alternativ variantlardan istifadə etməklə problemi həll etməyə çalışacaq. Biz işğal faktı ilə barışmayacağıq”.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı