“Beynəlxalq idman təşkilatları özləri Azərbaycanda belə tədbirlərin keçirilməsində maraqlıdırlar” — Millət vəkili
Siyaset
Oxunub: 521
20 may 2019 | 16:50
“Beynəlxalq idman təşkilatları özləri Azərbaycanda belə tədbirlərin keçirilməsində maraqlıdırlar” — Millət vəkili













“Təəssüflər olsun ki, son illərdə dünyada idmandan siyasi təzyiq vasitə kimi istifadə olunması halları ilə rastlaşırıq. Bəzi beynəlxalq güclər idmandan siyasi təzyiq aləti kimi istifadə edərək müxtəlif ölkələrə hansısa formada təzyiqlər edirlər. Bu yol verilməz haldır”.
Bu fikri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev UEFA-nın final matçının Bakıda keçirilməsi ərəfəsində bəzi güclərin anti-Azərbaycan təbliğatı haqqında mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda keçirilən mötbər idman yarışları və digər tədbirlər zamanı bu qüvvələr aktivləşərək Azərbaycanı hədəf seçməyə başlayırlar.

“Azərbaycan gənc ölkə olsa da, artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Çünki müstəqilliyini yenicə elən edən bir ölkənin dünyada tanınması və mövqeyinin möhkəmlənməsində, öz potensialını dünyaya təqdim etməsində idmanın müstəsna rolu var.Ulu Öndərin idmana diqqət və qayğısı nəticəsində ölkədə idman qısa zamanda inkişaf etməklə, beynəlxalq yarışlarda ardıcıl uğrular əldə etməyə başladı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməyə başlandı. Onu qeyd etmək lazımdır ki, cənab İlham Əliyev Prezident olmamışdan idman sahəsinə böyük diqqət və qayğı göstərirdi, onun inkişafında əvəzsiz rol oynayırdı. Bundan sonra Azərbaycan davamlı olaraq beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə başladı və bu sahədə böyük təcrübə əldə etdi. Eyni zamanda bu tədbirlərin yüksək təşkilatçılıq qabliyyəti və təhlükəsiz şəraitdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmlətdi.
Ü.Quliyev əlavə edib ki, artıq beynəlxalq idman təşkilatları özləri Azərbaycnda belə tədbirlərin keçirilməsində maraqlı oldular:

“Bunun bir sıra zəruri səbəbləri var idi. Bu da Azərbaycanın belə tədbirləri yüksək səviyyədə təşlkil etmək qabliyyəti, o cümlədən ölkədəki sabitlik və təhlükəsizliyin hökm sürməsi idi . Burada Azərbaycanın hərtərəfli inkişafı da müstəsna rol oynayırdı.

Təbii ki, Azərbaycan kimi gənc bir ölkənin belə bir uğurlara imza atması ölkəmizi sevməyən qüvvələri narahat etməyə bilməzdi. Çünki onlar yaxşı anlayır və bilirlər ki, UEFA-nın Bakıda keçiriləcək final matçı yüksək səviyyədə keçəcək və bu Azərbaycana əlavə dividentlər gətirəcək, onun beynəlxalq aləmdəki nüfuzunun artmasına və möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, anti-Azərbaycan qüvvələr bu uğura kölgə salmaq üçün əvvəlcədən belə təbliğat kampaniyasına start veriblər. Bu öncə də söylədiyim kimi həmin güclərin idmandan bir siyasi alət kimi istifadə edərək Azərbaycanın uğurlarına kölgə salmaqdır. Ancaq bütün bunlara rəğmən Bakıda keçirləcək final matçı möhtəşəm səviyyədə təşkil olunacaq və Azərbaycanı sevməyən qüvvələrin o məkrli niyyətləri baş tutmayacaq. Bu cür təzyiqlər və maneələrlə Azərbaycanın tutduğu inkişaf yolundan geri döndərmək mümkün deyil. Hələ Azərbaycan budan da mötəbər yarışlara ən yüksək səviyyədə ev sahibliyi edəcək”.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...