“Böyük yarışların bizdə keçirilməsi erməni lobbisinin yuxusuna haram qatır” — Deputat
Siyaset
Oxunub: 623
18 may 2019 | 13:00
“Böyük yarışların bizdə keçirilməsi erməni lobbisinin yuxusuna haram qatır” — Deputat












“Azərbaycan strateji inkişaf konsepsiyasına uyğun olaraq qarşısında duran hədəflərə doğru inamla addımlaması, təbii ki, Azərbaycanı sevməyənləri və düşmənlərimizi ciddi narahat edir. Ona görə də, bu qüvvələr hər vasitə ilə bu inkişafa mane olmağa çalışırlar”.
Bunu açıqlamasında deputat İlham Məmmədov son günlərdə Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nın 10 illik yubleyi zamanı yaşanan olaylara, istərsə də mayın 29-da Bakıda UEFA-nın final matçının keçirilməsi ilə bağlı yarışlar ərəfəsində ölkəmizə qaşrı başladılan əks təbliğat kampaniyasına mövqeyini açıqlayarkən deyib.

İlk olaraq “Şərq tərəfdaşlığı”nın 10 illik yubleyinin yekun bəyyannaməsindəki ərazi bütövlüyü ilə bağlı məsələyə toxunan deputat bildirib ki, bununla ərazi bütövlüyü məsələsinin Azərbaycan üçün necə həssas məsələ olmasını dünyaya mesaj vermiş olduq:

“Əslində Azərbaycan belə bir mövqe sərgiləməklə beynəlxalq hüquq normalarına və prinsiplərinə sədaqətini nümayiş etdirmiş oldu”.

Azərbaycan Prezidentinin Brüssel səfərinin yekunlarına toxunan deputat bildirib ki, bu səfər təkcə Azərbaycan üçün deyil, Avropa İttifaqı üçün də mühüm əhəmiyyət kəsb edir.

“Bu səfər qarşılqılı maraqlar baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ailəsinə daha sıx inteqrasiya edib, Avropa dəyərlərini əxz etmək, bu bazarda mövqeyini möhkəmlətmək istəyirsə, Aİ də Azərbaycan timsalında özünün enerji təhlükəsizliiynin təmin olunmasında, o cümlədən Şərqlə Qərb arasında daha məqbul, qısa, etibarlı nəqliyyat kommunikasiya yolundan istifadə etmək üçün mühüm tərəfdaş əldə etmiş olur. Çünki Azərbaycan Prezidentinin uzaqgörən siaysəti nəticəsində Azərbaycan həm Avropanın enerji təhlükəsizlinin təmin olunması baxımından, həm də Şəqrlə Qərb arasında etibarlı körpü yaradılması baxımından mühüm infrastruktur layihələri həyata keçirib.Bu layihələr hesabına Qərbədən Şəqrə və əksinə daha qısa yol qət etməklə yüklərin “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə daşımaq mümkündür. Təbii ki, Azərbaycanın belə mühüm layihələrin əsas parçası olması və uğura imza atması, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisini ciddi narahat edir. Ona görə də hər vasitə ilə bizə qarşı qarayaxma kampaniyasını həyata keçirirlər”,- deputat bildirib.

Deputat əlavə edib ki, bu məqsədlə də Azərbaycan Prezidentinin Brüsselə səfəri zamanı ermənilərin əlində alət olan 2-3 nəfərdən istifadə etməyə çalışdı:
“Erməni lobbisi və anti-Azəbaycan qüvvələrin əlində alətə çevrilən bu məxluqların hərəkəti lap küçə itinin hərəkətinə bənzəyir. Onların bu hərəkəti hətta yerli polis tərəfindən ikrahla qarşılandı və onun ictimai asayişi pozması iradı bildirildi. Onlar bu istəyinə nail ola bilmədilər. Amma bunun əksi olaraq orada yaşayan çoxsaylı soydaşlarımız Azərbaycan Prezidentinin Brüsselə səfərini alqışladılar. Ona səfərini qürur hissi ilə qarşılayaraq buna böyük önəm verdilər.
Burada bir məqamı da qeyd etmək istərdim ki, artıq Avropada məskunlaşan və bir zamanlar Azərbaycana müxalif mövqe sərgiləyən insanların da bir qisminin indiyədək etikləri hərəkətinin səhv olduğunu anlamağa başlayaraq, bu səhv yoldan geri dönməyə başlayıblar. Onlar da artıq Azərbaycanın tutudğu yolun doğru olduğunu başa düşməyə başlayıblar. Başa düşdülər ki, əgər xaricdəki anti-Azərbaycan qüvvələrin bu cür maneçilikləri olmazsa, Azərbaycan daha ciddi uğurlara imza ata bilər. Ona görə dəbu səhv yoldan dönərək üzr istədiklərini bəyan edirlər”.

UEFA-nın mayın 29-da final matşının Bakıda keçirilməsi ərəfəsində ölkəmizə qarşı başladılan proseslərə mövqeyini açıqlayan İ.Məmmədov deyib ki, belə bir idman yarışının Bakıda keçirilməsinin mühüm əhəmiyyəti var:

“Bu oyun Azərbaycanın necə inkişaf etdiyini və mötəbər oyunlarını keçirmək qabliyyətinə malik olduğunu dünyaya nümyiş etdirməsi, yuxarıda söylədiyim həmin Azərbaycanı sevməyən qüvvələrin, erməni lobbisininin yuxusuna haram qatır. Çünki bu oyunu izləmək üçün ölkəmizə minlərlə xarici futbol azarkeşi və turistlər səfər edəcək, bundan əlavə olaraq dünya bu oyunları izləyəcək. Belə bir oyunun Bakıda keçirilməsi Azərbaycanı dünyaya tanıtdırmaq baxımından müstəsna rol oynayacaq. İstər ölkəmizə gələn qonaqlar, istərsə də izləyicilər Azərbaycanın necə inkişaf edən, sabit və təhlükəsiz bir ölkə olduğunu görəcəklər. Bu isə həmin qüvvələri narahat etdiyindən, əlaltıları ilə bərabər bu dəfə özləri də əks təbliğat kampaniyasına başlayıblar.
Bəri başdan deyim ki, onların səsləndridyi arqumentlərin hamısı absurd və əsası olmayan fikirlərdir. Artıq biz onların bu iyrənc kampaniyalarına bir növ öyrənci olmuşuq. İndiyədək Azərbaycanda keçirilən mötbər idman yarışları və digər mahni müsabiyələri zamanı şahidi olmuşuq. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır. Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar.

Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, Azərbaycan öz inkişaf yolundandır və qarşısına qoyduğu hədəflərinə doğru irəliləyəcək. Bu manelərlə Azərbaycanı inkişaf yolundan döndərə bilməyəcəklər.

Bu gün Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar”.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...