Sabiq nazir var-dövlətini qorumaq üçün iqtisadi manipulyasiyalara baş vurur - İDDİA
Siyaset
Oxunub: 607
17 may 2019 | 22:19
Sabiq nazir var-dövlətini qorumaq üçün iqtisadi manipulyasiyalara baş vurur - İDDİA













Sabiq vergilər naziri Fazil Məmmədov “gizli” biznesini əlində saxlamaq üçün çabalar göstərir. O, bunun üçün hər vasitəyə əl atır, özünün barəsində mətbuata “dosye”lər belə ötürmək kimi üsullara baş vurmağı məqbul sayır. Belə görüntü yaratmağa çalışır ki, guya müflis olub, işləri və səhhəti qaydasında deyil...

Faktiki isə F.Məmmədovun biznes imperiyasının sərhədləri kiçilmir, nazir postunda topladığı kapital hər ötən gün artır. Onun xaricdə hotelləri, istirahət mərkəzləri, zavodları, bazarları və genişprofilli biznesi var.

Bu haqda ötənlərdə yazdığımızdan Fazil Məmmədovun necə “müflis” olmasına diqqət edək.

Son günlər mətbuatda Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən “AtaBank”da gedən proseslərlə bağlı məlumatlar yayılır.

Bu məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının - bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin “AtaBank”ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri qeyd olunur. Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib. Yayılan məlumatlarda “AtaBank”da növbəti qanunsuzluqların baş verdiyi iddia olunur. Belə ki, sabiq nazir Fazil Məmmədovun biznes strukturlarında ciddi problemlərin yaşandığı bildirilir. “AtaHoldinq” və “Synergy Group”da maliyyə və idarəetmə böhranın hökm sürdüyü də iddia edilir.


Belə bir məqamda Fazil Məmmədov özünün ciddi sağlamlıq problemlərinin olmasını önə çəkməklə şirkətlərə faktiki nəzarət edə bilmədiyi fikrini formalaşdırmağa çalışır. Hətta bunun inandırıcı olması üçün keçmiş nazirə məxsus olan şirkətlər arasındakı borc probleminin məhkəməyə daşınmasına da diqqət çəkilir.

Buna dair yayılan məlumatda qeyd edilir ki, “AtaHoldinq”ə daxil olan “”AtaSığorta şirkəti ödənilməmiş 9 min 918 manat sığorta haqqına görə “Synergy Group”u məhkəməyə veribmiş. Sitat: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq, həmin vəsaitin ”Synergy Group"dan tutularaq “AtaSığorta”nın xeyrinə ödənilməsi qət edilmişdi. Hər zaman iri maliyyə qurumu kimi təqdim edilən “Synergy Group”un cəmi 9 min 918 manat sığorta haqqını ödəyə bilməməsi, buna görə də eyni şəxsə məxsus digər şirkət tərəfindən məhkəməyə verilməsi sabiq nazirin şirkətlərində idarəetmənin iflic hala düşməsini, sahibsizliyin hökm sürməsini əyani göstərir".

Əla gedişdir! Amma inanan olubmu?

Ardı da var. Oxuyaq: ““AtaBank”dakı problemlər ictimailəşdikdən sonra “AtaSığorta”da da analoji proseslər getməyə başlayıb. Belə ki, “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bir neçə gün əvvəl öz ərizəsi ilə işdən çıxıb. 15 ildən çox F.Məmmədovun şirkətlərində çalışmış M.Əliyevin məhz indiki anda işdən ayrılmasının səbəbi artıq bu şirkətlərin iflas həddində olması ilə bağlıdır".

F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə “AtaBank”da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: “Bir müddət öncə hər bir bank kimi ”AtaBank" da öz illik maliyyə vəziyyətini açıqlayaraq, 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi. Lakin təcrübəli iqtisadçılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar. Belə ki, 2018-ci il üzrə əvvəlki illə müqayisədə “AtaBank”ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında 3 ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb.

Bankın 435 milyon 893 min manat öhdəliyi vardır ki, onun 20 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bankın mənfəət və zərər hesabatına əsasən, 2019-cu ilin birinci rübündə faiz gəlirləri illik müqayisədə 19,1% azalaraq 8 milyon 627 min manat, faiz xərcləri 12% azalaraq 5 milyon 620 min manat, qeyri-faiz gəlirləri 60% azalaraq 917 min manat, qeyri-faiz xərcləri isə 8% azalaraq 5 milyon 297 min manat təşkil edib.

Bank əməliyyatda da zərər edib. Belə ki, “AtaBank”ın 2019-cu ilin birinci rübündə əməliyyat zərəri 1 milyon 373 min manat olub. Halbuki bank 2018-ci ilin birinci rübündə 833 min manat əməliyyat mənfəəti əldə etmişdi.

Bank 2019-cu ilin birinci rübündə aktivlər üzrə ehtiyatlardan 1 milyon 500 min manat vəsaiti geri çəkdiyi üçün bu rübdə 127 min manat xalis mənfəət əldə edib. Əks halda, bankın rəsmən zərərlə işlədiyi təsbit olunmalı idi. Beləliklə də bank üzrə mütəxəssislərin fikrincə, “AtaBank”ın təqdim etdiyi maliyyə hesabatı onun mövcud likvidlik və dayanıqlıq vəziyyəti ilə qətiyyən uyğun gəlmir".

Sabiq nazirin adı keçən yazılarda qeyd olunur ki, o, biznesində yaranan problemləri həll etmək niyyətində deyil. Sabiq nazirin iflic vəziyyətə düşmüş bankı müştəriləri, dövlət orqanları və digər kreditorları ilə birlikdə baş-başa qoyduğu, bununla bağlı yaranacaq məsuliyyəti də idarəetmədə olanların üzərinə yönəldəcəyi bildirilir.

Belə informasiyaları təhlil etdikdə Fazil Məmmədova məxsus şirkətlərin dövri olaraq müflis elan edilməsi fikrinin ictimaiyyətə təlqin edilməsi üçün iş aparıldığı göz önünə gəlir. Belə xəbərlər sabiq nazirin qanunsuz kommersiya fəaliyyətini ört-basdır etməyə, əldə etdiklərini qoruyub saxlamağa xidmət edir. Maraqlıdır ki, Fazil Məmmədov vəzifədə olarkən də özü haqda belə xəbərlərin yayılmasına pis baxmırdı. 2016-cı ildə, vergilər naziri postunu tutarkən Fazil Məmmədova məxsus “Yeni Həyat” MMC müflis elan edilmişdi. O dövrdə bu xəbər tez bir zamanda mətbuatın gündəmini zəbt etmişdi. Az sonra isə “Yeni Həyat” yenidən başqa ad altında fəaliyyətini davam etdirməyə başlamışdı. Bu hərəkətlilikdən belə aydın olurdu ki, Fazil Məmmədov iqtisadi manipulyasiya ilə məşğul olur. Yəni forma dəyişsə də məzmun dəyişməyib. Belə müflis olma sırf Fazil Məmmədovun maraqları daxilində, nəzarəti altında aparılıb. Bu baxımdan hazırda müşahidə edilən gedişatın da sabiq nazirin nəzarətindən kənar olması inandırıcı görünmür...
“Yeni Müsavat”
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı