“Azərbaycan dünyada qonaqpərvər bir ölkə kimi tanınır” — Millət vəkili
Siyaset
Oxunub: 555
13 may 2019 | 15:00
“Azərbaycan dünyada qonaqpərvər bir ölkə kimi tanınır” — Millət vəkili















“Son illərdə Azərbaycanda beynəlxalq səviyyəli idman yarışları və digər mötbər tədbrilər keçirilən zaman anti-Azərbaycan qüvvələrin ölkəmizi hədəf seçərək, əks-təbliğat kampaniyası aparmasının şahidiyik. Təəssüflər olsun ki, anti-Azərbaycan və ölkəmizin inkişafını gözügötürməyən qüvvələr tərəfindən belə bir kampaniyaya UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində də start verilib. Məqsəd də aydındır. Çünki Azərbaycan gənc dövlət olmasına baxmayaraq belə mötbər yarışları ən yüksək səviyyədə keçirməyi bacarır və belə bir təcrübə qazanıb. Belə yüksəksəviyyəli oyunların və tədbirlərin keçirilməsi elə də asan deyil. Bunun üçün yüksək təşkilatçılıq bacarığı və qabliyyəti tələb olunur. Azərbaycan isə belə tədbriləri yüksək səviyyədə təşkil edib keçirə bilir. Bax onları qıcıqlandıran budur”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Rüstəm Xəlilov deyib.

Onun sözlərinə görə, isətər bəzi Qərb mediasında gedən yazılar, istər Böyük Britaniya Xarici İşlər Nazirliyi, istərsə də “Liverpul” komandasının baş məqçisinin verdiyi açıqlamalar və sair bu dediklərimi sübut edir:

“Azərbaycan UEFA-nın final oyununa da yüksək səviyyədə hazırlaşıb və bu məqsədlə bütün lazımi təşkilati işlər görülüb. Artıq Dövlət Turizm Agentliyi digər dövlət strukturları, o cümlədən AZAL, AFFA ilə birgə UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsinə tam hazır olduqlarını və ölkəmizə gələcək turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradıldığını bəyan ediblər. Final yarışlarını izləmək üçün ölkəyə gələn turistlərin və azarkeşlərin viza alması proseduru sadələşdirilib. Qonaqların yerləşdirilməsi, qidalanması, onların təhlükəsizliyi məsələləri ən yüksək səviyyədə təminat verilib.

Bundan başqa 29-30 may tarixlərində “AZAL” aviaşirkəti tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa uçuşları ilə yanaşı, xarici azarkeşlər üçün 40-dan çox çarter reysi təşkil olunacaq. Paralel olaraq finalçı klublar və UEFA Avropa Liqası ilə AZAL arasında əlavə çarter reyslərinin təşkili ilə bağlı danışıqlar aparılır”.

R.Xəlilov əlavə edib ki, bütün bunlar səsləndirilən fikirlərin oyunların təşkili, onun keçirilməsi, qonlarının yerləşdiriməsi, təhlükəsizliyi ilə bağlı məsələlər deyil:
”Yəni kimsə təhlükəsizliklə bağlı hər hansı irad bildirə bilməz. Birincisi, ona görə ki, Azərbaycan dünyada qonaqpərvər bir ölkə kimi tanınır və qonağa böyük hörmət var. Digər tərəfdən Azərbaycanda sabitliqk və təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Oyunla əlaqədar olaraq təhlükəsizlik və hüquq-mühafizə orqanları təhlükəsizliklə bağlı olaraq əlavə tədbirlər həyata keçirməkdədir. İkincisi, son illərdə mütəmadi o ildə bir və ya bir neçə dəfə belə mötbər tədbrilər keçirilir və Azərbaycan bu sahədə böyük təcrübə qazanıb. Buna misal olaraq biz “Avrovizyon-2012” Beynəlxalq musiqi festivalını, Birinci Avropa oyunlarını, Dördüncü İslam Həmrəylik Oyunlarını, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ" – "Çelsi" futbol oyununu və sair qeyd edə bilərik. Həmin tədbrilərdə iştirak edən xarici turistlər və qonaqlar Bakıda və ölkəmizdəki sabitlik və təhlükəsizlikdən, onlara göstərilən diqqət və qonaqpərvərlikdən məmnun qalıblar. UEFA-nın final oyunu zamanı da belə olacaq və qonaqlar Bakıda keçiriləcək oyun və təşkilatıçılq və qonaqpərvərlikdən məmnun qalacaqlar. Mən buna əminəm”.

O, qeyd edib ki, sadəcə bu Azərbaycanı gözügötürməyən qüvvələr tərəfindən ortaya atılan ürəkbulandırıcı fikirlərdir və onların bu niyyətləri puça çıxacaq:

“Onlar niyyətlərinə nail ola bilməyəcəklər. Bundan əvvəl keçirilən mötbər oyunlar kimi UEFA-nın final oyunu da yüksək səviyyədə keçiriləcək və bu oyun Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə öz töhfəsini vermiş olacaq”.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO