"Uğurlu bir dövlətə sahib olduğumuz üçün Heydər Əliyevə borcluyuq" — Prezidentin köməkçisi
Siyaset
Oxunub: 531
4 may 2019 | 14:18
"Uğurlu bir dövlətə sahib olduğumuz üçün Heydər Əliyevə borcluyuq" — Prezidentin köməkçisi















"Azərbaycan müstəqillik qazanmasından keçən 28 ilə yaxın müddət ərzində çox mürəkkəb, enişli-yoxuşlu, çağırışlar və təhlükələrlə dolu yol qət edib. Bizi sevindirən odur ki, xalqımız bu yolu mətanətlə keçərək öz ayaqları üzərində durmağı bacarıb, dövlətimiz güclənib, ölkədə tam sabitlik, asayiş təmin edilib, iqtisadiyyatımız yüksəlib, sosial sahədə ciddi islahatlar aparılıb”.
Bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov deyib.

Onun sözlərinə görə, olduqca çətin bir regionda yerləşən Azərbaycan müstəqil xarici siyasət həyata keçirir: “Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik bizim uğurlarımızın əsas şərtidir. Bu gəlişigözəl sözlər deyil, reallıqdır. Düzdür, bu reallığı qəbul etməyən, onu hər fürsətdə inkar edən qüvvələr də var. Zənnimcə, bunun başlıca səbəbi 90-ci illərin əvvəlinin xaos dövründən bugünkü inkişaf etmiş Azərbaycana miras qalmış bu qaragüruhçu müxalifətin reallıq hissini itirməsidir. Bu insanlar real həyatda özlərini belə görə bilmirlər, buna görə də yalnız virtual aləmdə müəyyən sığınacaq tapıblar. Təbii olaraq, belə insanlardan mövcud vəziyyətə düzgün qiymət verməyi tələb etməyin də mənası yoxdur. Lakin sadə bir təhlil deməyə əsas verir ki, ölkəmizin əldə etdiyi tarixi uğurlar bu gün olmaya da bilərdi. Azərbaycan öz dövlət müstəqilliyini itirə də bilərdi, iqtisadi cəhətdən başqa dövlətlərdən tam asılı, borc içərisində boğulan dövlətə də çevrilə bilərdi. Bu gün iflas etmiş deyil, uğurlu bir dövlətə sahib olduğumuz üçün məhz dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bunu hər birimiz, ilk növbədə, gənc nəsil dərk etməlidir”.

F.Ələsgərov qeyd edib ki, əsas vəzifə dövləti daha da inkişaf etdirmək, siyasi, sosial, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanmaq, həmrəy olmaq, müstəqilliyi daha da möhkəmlətməkdir: “Prezident İlham Əliyev ölkəmizi məhz bu yolla aparır. Hər birimiz bu yolda dövlət başçısının yanında dayanmalı və ona dəstək olmalıyıq”.
"Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə edib", - deyə qeyd edib.

O bildirib ki, bu islahatlar bu gün də davam etdirilir: "2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb. Bu fərman son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamıdır. Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulub. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaq".
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO