“İqtisadi baxımdan çox güclü mediaya sahibik” – Əflatun Amaşov
Siyaset
Oxunub: 561
3 may 2019 | 19:46
“İqtisadi baxımdan çox güclü mediaya sahibik” – Əflatun Amaşov















Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mətbuat azadlığı bəşəri mahiyyət və Azərbaycan reallığı” mövzusunda konfrans keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, 1999-cu ildə Afrika jurnalistləri üçün konfrans düzənlənib və həmin konfransda Afrika jurnalistikasına beynəlxalq təşkilatların köməyi müzakirə olunub:

“Artıq o zamandan 3 may tarixi hər il önəmli gün kimi qeyd olunur. Bir məsələni qeyd edim ki, media cəmiyyətdə baş verən xəbərləri çatdırmalıdır”.

Şura sədri qeyd edib ki, Azərbaycan mediası müstəqil mediadır:

“Cəmiyyətdə nə hadisə baş verirsə, dərhal müzakirəyə çıxarılır. Bu müzakirə istər mətbuat, istərsə də sosial şəbəkə vasitəsilə aparılır. Bu da Azərbaycanda media azadlığından irəli gəlir. Təbii ki, mediamızda bəzi problemlər də var. Amma iqtisadi baxımdan çox güclü mediaya sahibik. Azərbaycan mediası heç bir zaman basqılara məruz qalmır. Biz bu yaxınlarda monitorinq keçirdik. Nəticələrini ictimaiyyətə təqdim edəcəyik”.

Ə.Amaşov qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatilinin tapılmasının üçün hüquq-mühafizə orqanlarına müraciət edib:

“Bilirsiniz ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzeti ilə başlayır. Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Elmar Hüseynovun qatillərin tapılması istiqamətində köməklik göstərsinlər və qatilin kimliyini müəyyənləşdirib ona layiq olduğu cəzanı versinlər”.

Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Mirzəyevin sözlərinə görə, bu gün BMT səviyyəsində dezinformasiyalarla bağlı jurnalistikanın seçim qarşısında olduğu vurğulanır: “Hazırda jurnalistika sahəsində həqiqətlə yalan arasında mübarizə gedir. Bu da onsuz da neqativ halların baş verdiyi qlobal dünyada mənfi hadisələrə səbəb olur. Dünyanın supergücləri qarşı-qarşıya gəlməli olur. Hesab edirəm ki, həqiqəti olduğu kimi çatdırmaq üçün mətbuatın üzərinə məsuliyyət düşür”.

MŞ-nın İdarə Heyətinim üzvü Azər Həsrət çıxışında Azərbaycan jurnalistlərinin qətlə yetirilməsinə toxunub.

O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Salatın Əsgərova və daha 6 jurnalistimiz qətlə yetirilib:

“Bundan əlavə Azərbaycanın daha iki jurnalisti Dağlıq Qarabağda qətlə yetirilib. Azərbaycan əsgəri isə bir dəfə də olsa belə erməni jurnalistinə atəş atmayıb. Mən eyni zamanda təəssüf hissi ilə qətlə jurnalist Elmar Hüseynovun üzərində siyasi manipulyasiyaların olduğunu demək istəyirəm. Onun adından manipulyasiya edib qrant almağa son qoyulmalıdır. Ona görə də bu məsələlərə son qoymaq lazımdır. Əgər kimsə qrant almaq istəyirsə, alsın. Amma çağırışlara son qoysun”.

Daha sonra tədbirdə, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev çıxış ediblər/Report.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO