Rusiya azərbaycanlılarından yeni birlik modeli: Moskvada yeni diaspor qurumu yaranır
Siyaset
Oxunub: 581
26 apr 2019 | 13:00
Rusiya azərbaycanlılarından yeni birlik modeli: Moskvada yeni diaspor qurumu yaranır















Moskvada Rusiya Azərbaycanlılarının I Forumu üzrə son hazırlıqlar başlayıb. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov toplantının baş tutacağı Prezident Oteldə “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğlu və heyətinə Forum haqqında ilk açıqlamalarını verib.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı il keçiriləcək Forum Rusiya azərbaycanlılarının paytaxt Moskva və Moskva vilayətində fəaliyyət gəstərən qurumlarının son illərdə bir araya gələcəyi ilk tədbir olacaq. Fizuli Məmmədov bildirib ki, əsas məqsəd Rusiyada diaspor məsələsindəki boşluğu aradan qaldırmaq, uzun illər bu ölkədə fəaliyyət göstərən azərbaycanlıların sağlam müzakirələr apara, ortaq qərarlar qəbul edəcəyi birlik modelini yaratmaqdır.

Rusiya azərbaycanlılarından yeni birlik modeli: Moskvada yeni diaspor qurumu yaranır






Fizulu Məmmədov bildirib ki, aprelin 27-də başlayacaq forum bir gün davam edəcək. Müzakirələrdən sonra qurultayın keçirilməsi üzürə təşkilat komitəsi yaradılacaq:”Foruma Rusiyanın elmi elitasına daxil olan alimlər, hüquqşünaslar, iş dünyasının təmsilçiləri, uğurlu diaspor fəaliyyəti təcrübəsi olan soydaşlarımız dəvət olunub. Ümid edirəm, biz ən qısa zamanda birmənalı olaraq Rusiyadakı azərbaycanlıların maraqlarını qoruyacaq nüfuzlu bir qurum yarada biləcəyik”.

Musavat.com xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv edildikdən sonra Rusiyadakı azərbaycanlıları bir çətir altında birləşdirəcək qurum yoxdur. Fəaliyyətdə olan qurumlar arasında isə ən müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları var. Fizuli Məmmədov bildirib ki, yeni birliyi bu müzakirələrin azərbaycanlılar üçün müsbət təşəbbüslərə dönəcəyi platforma kimi görür:”Hüquq müstəvisində bütün işlər Rusiya qanunvericiliyinə tam uyğun şəkildə nizamlanıb. Bu məqsədlə biz Rusiya Federasiyasının ən ünlü vəkilləri ilə işbirliyi qurmuşuq. Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən məhkəmə qərarı ilə ləğv edilib. Biz bu təcrübəni xüsusilə nəzərə alaraq qərarlarımızı Rusiya Federasiyasının milli azlıqlar, onların ölkə içərisində fəaliyyətini tənzimləyən, eləcə də ictimai qurumların yaradılması ilə bağlı bütün qanunvericiliyi detallı incələdikdən sonra qəbul etmişik. Fikrimcə, biz həyatını Moskva və Moskva vilayətinin elm, biznes, mədəniyyət dünyasına həsr edən soydaşlarımızı bir araya gətirə, arzu etdiyimiz diaspor təşkilatı yarada biləcəyik”.

Aygün Muradxanlı, Musavat.com
Moskva

Rusiya azərbaycanlılarından yeni birlik modeli: Moskvada yeni diaspor qurumu yaranır
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO