Kılıçdaroğluna hücum edənlər kimlərdir? – Video
Siyaset / Video
Oxunub: 747
22 apr 2019 | 11:42
Kılıçdaroğluna hücum edənlər kimlərdir? – Video















Ankarada şəhid cənazəsində yumruqlanan CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərin kimliyi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, polis artıq 6 nəfərin şəxsiyyətini müəyyən edib. Hazırda onların tutulması istiqamətində iş aparılır. Ankara Baş Prokurorluğu insidentlə bağlı “terror və təşkilatlanmış hücum” adı altında istintaqa başlayıb.

Çubuk əyalətində yaşayan kəndlilər isə hücum edənlərin Akkuzulu olmadıqlarını bildiriblər:

“Onlar bizim kəndin sakinləri deyil. Yaddırlar. Provaksiya törədiblər. Bura şəhidin evidir. Şəhidə hörmət edilib dua oxunur. Ayıb deyilmi?”.

Ankara meri Vasip Şahin isə təhlükəsizlik tədbirlərinin görüldüyünü, hücum edənlərlə bağlı lazımi addımların atılacağını bildirib. İcra başçısı Kılıçdaroğlu ilə daim əlaqədə olduqlarını deyib.

CHP-də isə fövqəladə iclas keçirilib, vəkillər Ankaraya çağrılıb.

Kılıçdaroğlu baş ofisdə açıqlamasında bunları deyib:

“Mənə edilən hücum Türkiyənin birliyinə və bərabərliyinə edilən hücumdur. 82 milyonu qucaqlayan bir partiyanın lideriyəm. Vaxtilə PKK-nın hücumuna məruz qalmışdım. Bu gün də bənzər hadisəni yaşadım. Bir addım belə geri atmayacağam”.

MHP lideri Dövlət Baxçalı da Kılıçdaroğlunun hücuma məruz qalması ilə bağlı açıqlama verib:

“Bu hadisədən məmnuniyyət duymaq mümkün deyil. İqtidar partiyasından sonra Məclisdə çoxluq təşkil edən siyasi partiyanın liderinə bunu etmək qəbuledilməzdir”.

Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb