Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır - İSLAHATLARIN 1 İLİ
Siyaset / Video
Oxunub: 862
12 apr 2019 | 17:47
Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır - İSLAHATLARIN 1 İLİ














İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə son bir ildə Azərbaycanda 1 009 sahibkara 132,6 mln. manat, o cümlədən 907 kiçik və orta biznes sahibinə 19,2 mln. manat güzəşli kredit verilib. Bu isə müvafiq olaraq 4 101 və 2 258 yeni iş yerinin açılmasına imkan yaradıb. Amma dövlətin kiçik və orta sahibkarlığa dəstəyi təkcə iş adamlarının güzəştli şəkildə maliyyələşdirilməsindən ibarət deyil. Ölkədə bu istiqamətdə sistemli və ardıcıl islahatlar aparılır. Bu işlər Prezident İlham Əliyevin Azərbaycana növbəti dəfə rəhbərliyinin ilk ilində daha geniş vüsət alıb.

İlk növbədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başlayıb. Agentlik ölkədə kiçik və orta sahibkarların rolunun və rəqabət qabiliyyətinin artırılmasını, onların maraqlarının qorunmasını və problemlərinin həll edilməsini, iş adamlarına vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsini, dövlət və özəl qurumların bu sahədəki fəaliyyətinin əlaqələndirilməsini qarşısına məqsəd qoyub. Qurumun bu məqsədlə ötən ilin sentyabr ayından yaratmağa başladığı “Kiçik və Orta Biznesin (KOB) Dostu” şəbəkəsi sözün əsl mənasında sahibkarların dostuna çevrilib.

Son 1 ildə Azərbaycanda qanunvericilik bazası da kiçik və orta sahibkarların inkişafı naminə kifayət qədər təkmilləşdirilib. Məsələn, Vergi Məcəlləsinə edilmiş və bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklərə əsasən, KOB-lara mənfəət vergisinin ödənilməsində 75% güzəşt edilib, onlar həmçinin əmlak vergisinin ödənilməsindən azad edilib. Bundan başqa, KOBİA-nın təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb. Həmçinin KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib.

İqtisadçı-ekspertlər hökumətin KOB-un inkişafı ilə bağlı səylərini müsbət qiymətləndirir. Bununla belə, onların fikrincə, bu gün Azərbaycanda sahibkarların əsas problemləri vergini necə ödəmək və yaxud kommunal xidmətlərə necə qoşulmaqla bağlı deyil. İş adamlarının maliyyə resurslarına çıxış imkanları artırılmalıdır. Ölkədəki banklar və bank olmayan kredit təşkilatları regionlardakı KOB fəaliyyətini yüksək riskli hesab etdiyindən ya onlara öz vəsaitləri hesabına kredit verməməyə (torpaq sahəsi və digər daşınmaz əmlaklar girov qoyulsa belə), ya da qısamüddətli və yüksək faizlərlə kredit verməyə çalışırlar. Bu isə KOB-un inkişafına mane olur. Bu problemlərin aradan qaldırılmasına, kredit təşkilatlarını iş adamları ilə əməkdaşlığa həvəsləndirmək üçün risklərin sığortalanmasına dair işlək mexanizmin yaradılmasına ehtiyac var.

KOB-un inkişafına mane olan digər amillər kimi isə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxiləsi, dövlət satınalmalarında haqsız rəqabətə yol verilməsi, iş adamlarının rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün müasir texnologiyalardan az istifadə etməsi, xarici bazarlara çıxış imkanlarının məhdud olması göstərilir. Əgər bu problemlər həll edilərsə, Azərbaycanda kiçik və orta sahibkarlar ordusunun formalaşması sürətlənər.
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib