İzləyicisi müğənnidən az olan Yasamalın biznesmen deputatı kimdir?
Siyaset
Oxunub: 269
1 noy 2018 | 08:34
İzləyicisi müğənnidən az olan Yasamalın biznesmen deputatı kimdir?













Deputat Ülvi Quliyevi tanıyırsınızmı? Qəribə sualdır...Bakının Yasamal kimi böyük rayonunun millət vəkili olasan, səni nə seçicilərin, nə ictimaiyyət, nə günümüzün əhəmiyyətli hissəsinə çevrilən sosial şəbəkələr düz-əməlli tanısınlar.

Oxuculara adi bir faktı çatdıraq: minlərlə seçicisi olan Yasamalın deputatının feysbukda rəsmi səhifəsini cəmi 202 nəfər bəyənib. Cahan.info xəbər verir ki, Ü.Quliyev Yardımlının yaxud Qusarın millət vəkili deyil.

Əgər olsaydı ucqar dağ kəndlərində internet şəbəkəsinin mövcudsuzluğunu nəzərə alaraq, deputatı 202 nəfərin bəyəndiyini anlamaq olardı.

Yasamal isə Bakının mərkəzi rayonlarından biridir, hər yer internetlə təchiz olunub, minlərlə seçicisi var.

Amma Ü.Quliyev feysbukda cəmi 202 adam tanıyır. Onun həmkarları arasında Zahid Oruc, Qənirə Paşayeva, Fazil Mustafa və digərlərinin təkcə bir statusunu 500-dən çox istifadəçi bəyənir, onlarla şərh yazanlar olur.

Hətta ölkədə ortabab tanınan müğənni belə daha çox izləyiciyə malikdir. Bunun səbəbi Ü.Quliyevin Yasamalda görüşlər keçirməməsidir, seçicilərin qapısını açmamasıdır, vətəndaşların problemlərini dilə gətirməməsidir.

Yada salmaq yerinə düşər ki, Quliyev havalimanında 12 kq kürü ilə yaxalanmışdı. Əlaqəli şəxslər ondan üzr istəyərək, məhsulu müsadirə etmişdilər.

Bundan əlavə, həmin ilin ortalarında internet qəzetlərindən birinə müsahibə verən Ülvi Quliyev şəxsi “obyektlərini” doğmalarının adına rəsmiləşdirdiyi gerçəyini, Bakının bir çox yerlərində fəaliyyət göstərən “Loğman” Farm-a aid apteklərin rəhəbər kreslosunun ona məxsus olduğunu çəkinmədən bildirmişdi. O, vaxtaşırı olaraq bu “obyektlərə” baş çəkir və hesabatlarla maraqlanır.

Demək yerinə düşərdi ki, Ülvi Quliyev Milli Məclisin “lal” kateqoriyasına aid olan biznesmen deputatlarındandır. Aydın məsələdir ki, bir çox məmurlar kimi o da özünəməxsus biznesini yaxınlarının adına rəsmiləşdirmişdir.

Belə ehtimal olunur ki, Ülvi Quliyevin hər zaman deputat olmaq istəyi xalqın mənafeyini qorumaq deyil, böyük biznesinə “qalxan” olmaq məqsədi daşımışdır.

Ülvi Quliyev böyük biznes şəbəkəsinə aid, üzdə olan Metronun Nərimanov stansiyası yaxınlığındakı “Qala” restoranı, səhiyyə sahəsində isə Bakının bir çox ərazisində yerləşən 1992-ci ildə təsis etdiyi “Loğman” Farma aid olan apteklər və s. aiddir.

Unutmayaq ki, qanunvericilikdə deputatın hər hansı bizneslə məşğul olması qadağandır. Ü.Quliyevin siyasi arenada “ikibaşlı” siyasəti diqqət mövzusudur.

Beləki özünü dövlətçiliyimizə “üzdə” yaxın hiss etdirən Ü.Quliyevin MTN-nin sabiq naziri E.Mahmudovun sağ əli olan E.Quliyevlə qohumluq əlaqəsi olduğu bildirilir. Onun son illərdə daha da passivləşməsi məhz MTN hadisələri ilə bağlıdır.

Bu olaylarda Çingiz Əsədullayev mandatını itirdi, partiya sədrlərindən biri deputat seçilmədi. Odur ki, Ü.Quliyev sakit olmağa üstünlük verdi.

Onun Elçin Quliyevlə əlaqələri barədə araşdırmalar aparırıq.

Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI