"Paşinyan ikili oyun oynamaqla məşğuldur" — Millət vəkili
Siyaset
Oxunub: 481
27 mar 2019 | 20:51
"Paşinyan ikili oyun oynamaqla məşğuldur" — Millət vəkili















Dünya tarixində bütün müharibələrin, hətta yüz illik müharibələrin sonu sülh danışıqları ilə bitdiyindən Azərbaycanın da Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanla danışıqlar aparması zəruridir.
Bunu açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, istənilən müharibə və münaqişənin sonunda sülh sənədi imzalanır və sonrakı mərhələnin bütün aspektləri orada əksini tapır.

“Burada digər məqam da ondan ibarətdir ki, əgər Azərbaycan danışıqlardan imtina edərsə, bunun mənfi tərəfləri də ola bilər. Odur ki, danışıqlar davam etdirilməlidir. Ermənistanın danışıqlarda konstruktiv mövqe tutumasına gəldikdə isə bu başqa bir məsələdir. Ancaq buna rəğmən belə danışıqlar aparılmalıdır”, - deyə millət vəkili vurğulayıb.

Danışıqlar prosesində Paşinyanın tutduğu qeyri-stabil mövqeyə aydınlıq gətirən F. İbrahimli deyib ki, ümumiyyətlə Nikol Paşinyan Ermənistanda baş nazir seçilsə də, xalqın etimadını doğrulda bilməz.

“Təkcə Paşinyan yox, yüzlərlə onun kimi rəhbər gəlib köhnə işğalçılıq siyasi kursunu davam etdirsə belə, həmin siyasi kurs uğurla nəticələnə bilməz. Artıq niyə bu kursun uğur qazana bilmədiyinin səbəbləri var. Baxın, Paşinyan hakimiyyətə necə gəldi? Paşinyandan əvvəl erməni cəmiyyətində belə bir fikir formalaşmışdı ki, artıq Qarabağ alınıb və məsələ bitib. Ona görə də Paşinyandan əvvəl hakimiyyətdə olanlar özlərini xalqa qalib kimi sırıyırdılar. Ancaq 2016-cı ilin aprelində yürüdülən ideologiyanın yalan olduğunun üstü açıldı. Xalq gördü ki, Azərbaycan güclüdür və torpaqlarından vaz keçmək niyyəti yoxdur. İstənilən zaman torpaqlarını azad etməyə qadirdir və buna gücü yetər. Erməni xalqı “Qarabağ klanı”nın zülmünə ona görə dözürdü ki, qalibik və müvəqqəti olaraq çətinliklərə dözməliyik. Ancaq bu yalanın üstü açılandan sonra xalq qan üstündə hakimiyyətə gələn cinayətkar hərbi xunta olan “Qarabağ klanı”na qarşı ayağa qalxdı. Sadə erməni xalqı “neynəyirəm o qızıl teşti, onun içinə qan qusacam”
şüarını əsas tutaraq “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırdı. Axı o vaxta kimi Paşinyanı kim tanıyırdı. Birdən-birə lider oldu? O, jurnalist idi. Adı heç it dəftərində yox idi. Belə bir vəziyyətdə kim ortaya çıxsaydı, xalq canını cinayətkar hərbi xuntadan qurtarmaq onun arxasınca gedəcəkdi. Paşinyan da belə bir vəziyyətdə hakimiyyətə gəldi. Hakimiyyətə gəlmək nə qədər çətindirsə, onu qoruyub-saxlamaq ondan qat-qat çətindir. Çünki verdiyin vədlərə əməl etməlisən. “Qarabağ klanı” xalqı ac-yalavac, susuz qoyub, bəs, sən nə edəcəksən? Xalq nə verəcəksən? Bəlli oldu ki, Paşinyan onlardan da xalqı ac-yalavac gündə qoyan bir şəxsdir” , - deyə deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, Ermənistandakı əvvəlki hakimiyyət heç olmasa Rusiya və bəzi erməni lobbisi tərəfindən dəstəklənirdi:

“Səni isə heç kim dəstəkləmir. Əli aşından da olub, Vəli aşından da. Qalıb girinc-giriftar. Ermənistan rəhbəri o zaman xalq arasında reytinq qazanacaq ki, işğalçılıq siyasətindən vaz keçib, bölgədə reallaşan iri layihələrə qoşulacaq, qonşuları ilə mehriban və səmimi münasibətlər quracaq. Əks təqdirdə hakimiyyətdə kimin olmasından asılı olmayaraq heç bir siyasi qüvvə uğur əldə edib, xalqın etimadını qazana bilməyəcək”.

F. İbrahimli onu da bildirib ki, bu gün Paşinyan odla oynayır.

“O, ikili oyun oynamaqla məşğuldur və bunun da nəticəsi yaxşı olmayacaq. Bir əlini Avropanın cibinə salıb, digər tərəfdən də Rusiya ilə oynamağa çalışır. Avropa Paşinyandan verdiyi vədlərə əməl edərək Rusiyadan uzaqlaşmağı tələb edir, digər tərəfdən isə o Rusiyadan qorxduğundan bunu edə bilmir. Əksinə erməni hiyləgərliyi ilə ikibaşlı oyun oynayıb vaxt qazanmaq istəyir. Paşinyan istəsə belə, bu gün Rusiyadan uzaqlaşa bilməz. Çünki Ermənistan Rusiyanın forpostudur və bu ölkədə Rusiyanın hərbi bazası var. Rusiyanın Ermənistana yetərincə təsiri var və Paşinyan da ondan qorxur. Digər tərəfdən Rusiyanın da bu ölkədən əl çəkmək niyyəti yoxdur. Bax, Paşinyan belə problemlər məngənəsində çabalamqdadır. Bilmir ki, sabahı necə olacaq. Paşinyanın hakimiyyəti bildirçinin bəyliyinə bənzəyir. Nə qədər olacaq bəlli deyil. Bu yolla Paşinyan uzağa gedə bilməz. Barəsində qeyri-ciddi siyasətçi obrazı formalaşdırmaqdadır. Son olaraq onu deyim ki, Ermənistan bu gün işğalçılıq siyasətinin girovuna və qurbanına çevrilib. Nə qədər ki, bu girovçuluqdan xilas olmayıb. Odur ki, Paşinyan Ermənistanda həyatın normal məcraya dönüb, normal həyat şəraitinin təmin olunmasını istəyirsə, bu işğalçılıq siyasətindən çəkməlidir”, - deyə millət vəkili deyib.
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir