"Heydər Əliyevin verdiyi çörək burnundan gəlsin!" - İcra başçısı Əli İnsanovdan danışdı
Siyaset
Oxunub: 711
26 mar 2019 | 23:39
"Heydər Əliyevin verdiyi çörək burnundan gəlsin!" - İcra başçısı Əli İnsanovdan danışdı















Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev sabiq səhiyyə naziri Əli İnsanovla yaxınlıq münasibətlərinin olması barədə yayılan xəbərlərə münasibət bildirib.

İcra başçısı bu cür məlumatların tamamilə yalan və uydurma olduğunu söyləyib:

"Mən həyatım boyu Əli İnsanovla görüşməmişəm. Görünür ki, haqqımda bu cür yazıları kimsə qəsdən hazırlayıb. Heç Əli İnsanov vəzifədə olan zaman belə mən onu tanımamışam. Mən dövlət adamıyam. Digər tərəfdən isə mən birmənalı şəkildə Heydər Əliyevçiyəm. Hər zaman ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləmişəm. Bundan sonra da belə davam edəcəm. Allah cənab Prezidentimizi qorusun. Mən yayılan bu xəbərləri uydurma hesab edirəm".

Vidadi İsayev Əli İnsanova nifrət etdiyini deyib:

"Mən bu cür xəyanətkar və yaramaz adamlara həyatım boyu nifrət etmişəm. Çünki Əli İnsanov dövlətin və ulu öndər Heydər Əliyevin çörəyini yeyib, sonra ona qarşı çıxıb. Həmin çörək onun burnundan gəlsin!".

Xatırladaq ki, "cumhuriyyet.az" saytı Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bayram günlərində keçirilən bir məclisdə "Əli müəllim ağsaqqalımızdır, böyük şəxsiyyətdir. Biz (qərbi azərbaycanlılar nəzərdə tutulub - sayt) hər zaman dövlətçiliyə sadiq olmuşuq, xırda incikliklər də aradan qalxacaq. Biz birliyimizi qorumalıyıq” kimi fikirlər bildirdiyini yazıb.

Onu da bildirək ki, Vidadi İsayev Qərbi Azərbaycanın (indiki Ermənistanın) Dərələyəz mahalında anadan olub. Tarix elmlər doktoru, yazıçı-publisist kimi tanınan Vidadi İsayev elmi yaradıcılığında bu bölgəyə xüsusi diqqət ayırıb.

Vidadi İsayev rayon camaatı tərəfindən az şikayət edilən icra başçısı kimi tanınır.

Demokrat.az
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı