Təhsil Nazirliyi rəsmisinin “Alov”la şübhəli sövdəsi – “İldə 1.8 milyon vəsait ayrılır, amma…”
Siyaset
Oxunub: 543
15 mar 2019 | 20:18
Təhsil Nazirliyi rəsmisinin “Alov”la şübhəli sövdəsi – “İldə 1.8 milyon vəsait ayrılır, amma…”















Azərbaycanda bir çox dövlət qurumlarında yüksək vəzifələr tutan şəxslərin öz mövqelərindən istifadə etməklə, onlara yaxın şirkət və firmalarla əlbir olub, büdcə vəsaitini mənimsəmələri faktları adi hal alıb. Bu proses əsas etibarilə şübhəli tenderlərin “qalibləri” vasitəsilə həyata keçirilir.

Ölkə prezidenti və hüquq-mühafizə orqanları ilə yanaşı “AzPolitika.info”-ya müraciət edən Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlunun şikayət məktubunda göstərilənlər də bu qəbildəndir. Həmin məktubda büdcədən ayrılan külli miqdarda vəsaitin “Alov” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən talandığı bildirilir.

Z.Hüseynov iddia edir ki, 2017-ci ilə qədər “Riyad” Mühafizə Xidməti kimi fəaliyyət göstərən, sonradan isə adı dəyişdirilərək “Alov” Mühafizə Xidməti kimi qeydiyyata alınan şirkətin rəhbərliyi o qədər də mürəkkəb olmayan mexanizm vasitəsilə il ərzində 100 minlərlə manat büdcə vəsaitini mənimsəyir.
Şikayətçinin yazdığına görə, “Alov”-un rəhbərliyi, daha dəqiq desək, baş direktoru İlqar Rzayev əlaqələrindən istifadə etməklə, Təhsil Nazirliyinin tenderini qazanıb və nazirliyin tabeliyində olan internat məktəblərinin mühafizəsi üçün ildə 1 milyon 800 min (bir milyon səkkiz yüz min) manat vəsaitin ayrılmasına nail olub: “İlqar Rzayev Təhsil Nazirliyində işləyən dostu Rauf Orucovla (Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri-red.) əlbir olaraq, saxta yolla tender keçirməklə, nazirliyin tabeliyində olan internat məktəblərin mühafizəsi adı altında “Alov” Mühafizə Xidməti vasitəsilə ildə büdcəyə 1 milyon 800 min manat zərər vurur və talayır. Hər ay bu məqsədlə Təhsil Nazirliyi tərəfindən “Nikoil“ Bankın Nərimanov filialına 150 min manat köçürülür və bu vəsait İ.Rzayev tərəfindən götürülür”.

Z.Hüseynov iddia edir ki, həmin 150 min manatın cəmi 40 min manatı maaş kimi mühafizəçilərə ödənilsə də, yerdə qalanı mənimsənilir: “Bakıda çalışan hər mühafizəçiyə nəzərdə tutulan 700-800 manat maaşın cəmi 200 manatı ödənilir. Rayonlarda yerləşən internat məktəblərində isə ümumiyyətlə, “Alov” Mühafizə Xidmətinin mühafizəçiləri yoxdur. Həmin məktəblərin mühafizəsi üçün nəzərdə tutulan puldan 400 manat məktəb direktorlarına ödənilir…”

Göründüyü kimi, məktubdan belə nəticə çıxır ki, rayon və kənd internat məktəblərinin sözügedən şirkət tərəfindən mühafizəsi ümumiyyətlə təşkil olunmur və vəsaitin bir qismi məktəb direktorlarına çatır.

Şikayətçi bildirir ki, bu proses artıq 8 ildir davam edir və bunun sayəsində İ.Rzayev böyük var-dövlətə, obyektlərə, evlərə və avtomobillərə sahiblənib.

Z.Hüseynov məktubunda hətta “Alov”-un ayrı-ayrı filiallarının adına rəsmiləşdirilmiş həmin avtomobillərin nömrələrini və markalarını da göstərir: “10-MA-700” Mercedes Gelendwagen, “90-OC-200” Porshe Cayenne, “90-AA-275” Toyota Corolla, “90-AA-075” Toyota Camry, “90-AA-032” S Class Mercedes”.

Z.Hüseynov “Alov” Mühafizə Xidmətinin əməkdaşlıq etdiyi internat məktəblərin siyahısını da məktubuna əlavə edib. Siyahıya ucqar Xınalıq kənd internat məktəbindən tutmuş, Lerikdəki internat məktəbinə qədər, 60 təhsil müəssisəsinin adı daxildir.

Sonda ölkə başçısına müraciət edən şikayətçi bu işin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və külli miqdarda büdcə vəsaitinin bu yolla talanmasının qarşısının alınmasına dair göstəriş verilməsini xahiş edir.

Müraciətdəki ittihamlara aydınlıq gətirməsi üçün “Alov” Mühafizə Xidmətinə sorgu göndərdik. Xidmətdən sorgumuza rəsmi cavab yazmasalar da, zəng edərək bildirdilər ki, müraciətdə göstərilənlərin heç biri həqiqətə uyğun deyil. Əlavə məsələlər barədə isə açıqlama vermək istəmədilər.

Bununla belə müraciətdə göstərilənlərlə bağlı “Alov” Mühafizə Xidmətinin baş direktoru İlqar Rzayevin, eləcə də Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər