KOMMUNİSTLƏR RƏŞİD BEHBUDOVUN YUBİLEYİNİ QEYD ETDİLƏR
Siyaset
Oxunub: 1 515
30 apr 2015 | 21:16
KOMMUNİSTLƏR RƏŞİD BEHBUDOVUN YUBİLEYİNİ QEYD ETDİLƏRKOMMUNİSTLƏR RƏŞİD BEHBUDOVUN YUBİLEYİNİ QEYD ETDİLƏR

Bu ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli musiqimizin incisi, böyük sənətkarımız Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi çoxəsrlik mədəniyyət tariximizin yetirdiyi böyük simalardan biri olan Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirmişdir. Tədbiri açıq elan edən Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov bildirmişdir ki, Rəşid Behbudov sovet məktəbinin ustad sənətkarlarından biri idi. O, 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda, nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. Əsər İ.V.Stalinin də böyük marağına səbəb olur. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. Bundan başqa Rəşid Behbudov 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. SSRİ-nin Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuşdur.
Rəşid Behbudovla uzun müddət dostluq əlaqəsində olmuş, Rəşid Behbudov yaradıcılığının tədqiqatçısı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi tanınmış yazıçı - jurnast Fazil Rəhmənzadə öz çıxışında qeyd etmişdir ki, xalqın sevimlisi olan Rəşid Behbudov özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar idi. Əvəzsiz müğənnimiz təkrarolunmaz yaradıcılığı ilə sənət aləminə yeniliklər gətirmiş və Azərbaycanın milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Zəngin və səmərəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətimizdə xüsisi yer tutur.
KOMMUNİSTLƏR RƏŞİD BEHBUDOVUN YUBİLEYİNİ QEYD ETDİLƏRFazil Rəhmənzadə daha sonra qeyd etdi ki, Rəşid Behbudov kino aktyoru kimi unudulmaz obrazlar yaratmış və bu ölməz sənət nümunələri ölkə kinematoqrafiyasının maraqlı səhifələridir. Rəşid Behbudovun adı çəkiləndə həmişə fəxr etmişik ki, vətənə və xalqa son dərəcə bağlı olan bu dahi sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.
Azərbaycan KP MK-nın katibi Əmrulla Şirvanov ötən əsrin 80-cı illərin əvvəllərində Kəlbəcər rayon prokurorluğnda işləyrkən həmin rayonda qastrol səfərində olmuş Rəşid Behbudovla şəxsi görüşləri barədə maraqlı epizodlar danışdı. Və dövlət başçısımız cənab İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərarını alqışladı.
Tədbiri yekunlaşdıran Azərbaycan KP MK-nın katibi Ədalət Abdinov bildirdi ki, sovet musiqi məktəbinin layiqli yetirməsi olan Rəşid Behbudovun yubileyi rayon partiya təşkilatlarında da təntənəli qeyd olunacaqdır.

Azərbaycan KP MK-nın mətbuat xidməti
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi