Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – FOTO
Siyaset
Oxunub: 635
5 mar 2019 | 19:21
Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – FOTO
















2016-ci ilin aprel döyüşləri xalqımızın milli vətənpərvərlik dastanına qızıl hərflərlə yazılan tarixi günlərdür. Aprel döyüşləri düşmənin yüzlərlə zabit, əsgəri və onlarla texnikasının məhv edilməsilə yanaşı, bir sıra strateji postların geri qaytarılması ilə nəticələndi.

Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. Soydaşlarımız Ermənistan səfirlikləri qarşısında öz etirazlarını bildirirdilər. Belə soydaşlarımızdan biri də İspaniyada yaşayan Vahid İmanovdur.

Publika.az xəbər verir ki, Vahid İmanov 15 ilə yaxındır ki, İspaniyada yaşayır. 10 ilə yaxındır ki, Tikinti Sığorta Firmasinda baş mühəndis vəzifəsində çalışır. Bir zamanlar əlinə silah alıb düşmənə qarşı döyüşən könüllülərdən olub.

1976-ci ilin 17 yanvar tarixində Ağsu rayonu Nuran kəndində anadan olub. Qarabağ döyüşlərinin alovlandığı bir vaxtda orta məktəbdə təhsilini yarımçıq qoyaraq, 1992-ci ilin dekabr ayında Füzuli bölgəsinə yollanıb.

“Vətənimiz üçün döyüşmək hər birimizin borcudur. Füzuli, Horadizdə döyüşlərdə iştirak edirdik. Yaşım az olduğu üçün məni “malış” ləqəb ilə çağırırdılar. Hərbi hissə komandirimiz polkovnik Şair Ramaldanov, tabor komandiri Tariyel Qəhrəmanov idi. Ağır döyüşlərdə iştirak edirdik. Amalımız torpaqlarımızın azad olunması idi. Atəşkəsdən sonra da 1997-ci ilə qədər orduda xidmət etdim. Tərxis olunandan sonra başqa sahələrdə çalışdım.Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – FOTO2002-ci ildən Avropada yaşayıram. Aprel döyüşləri başlayanda bütün işlərimi bir kənara qoyub vətənə qayıtdım. Könüllü olaraq döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etdim. Aprel döyüşlərindən sonra da iki ay vətəndə qaldım ki, hər an müharibə başlasa yenidən müraciət edim.Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – FOTO










Bu gün İspaniyada erməni lobbisinə qarşı fəaliyyətimi davam etdirirəm. İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində məni tanıyanlar bilirlər ki,fəaliyyətim vətənimlə bağlıdır.

Eyni zamanda Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoruyam. Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsiyəm. Sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminiyəm. İspaniyada sosial-ictimai fəaliyyətlə ölkəmə xidmət edirəm. Qarabağda döyüşlər başlasa yenidən vətənimə qayıdacam”, – deyə Vahid İmanov vurğulayıb.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər