Mehman Hüseynov onun ərafında gedən müzakirələr barədə açıqlamalar verdi – FOTO
Siyaset
Oxunub: 478
5 mar 2019 | 15:17
Mehman Hüseynov onun ərafında gedən müzakirələr barədə açıqlamalar verdi – FOTO















Martın 2-də azadlığa çıxan bloqer Mehman Hüseynov mətbuat konfransı keçirib.

Hüseynov mətbuat konfransında azadlığa çıxması üçün ona dəstək olanlara təşəkkürünü bildirib:
“Azadlıqda olmağımın səbəbkarlarına təşəkkür edirəm. Bu, ilk növbədə Azərbaycan xalqıdır. Mən aclıq aksiyası keçirəndə onlar mənim yanımda olublar. Avropa Şurası, Amerika senatları, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Milli Şuraya mitinq təşkil etdiyi üçün minnətdaram. Həmin mitinqdə siyasətdən uzaq adamlar da var idi”.

“Həbsxanada aclıq aksiyası keçirən zaman nə su, nə də qida qəbul edirdim”. Bu fikri evində keçirdiyi mətbuat konfransında bloger Mehman Hüseynov deyib: “Aclıq aksiyası keçirənlər, aclığın nə olduğunu yaxşı bilirlər. Bu, çox çətin proses idi. Qərar vermişdim ki, haqsızlıq aradan götürülən qədər davam edəcəm. Aclıq aksiyasına dekabrın 26-da başlamışdım. Mətbuatda araşdırdım ki, kimlər haqqımda nə fikirlər səsləndiriblər. Peşəsindən asılı olmayaraq hər kəs mövqeyini bildirməli idi. Sosial şəbəkələrdən də bilirəm ki, hamı deyirdi ki, xalq yatıb, siyasi proseslərə qarışmır. Ancaq biz gördük ki, xalq yenə də mübarizədədir və bütün proseslərdə var. Dekabrın 30-da vəziyyətim pisləşib, huşumu itirmək üzrəydim . Həkimləri cəlb edib və bildiriblər ki, aclıq aksiyasını dayandırmasam, sistem vasitəsilə yemək yedirdib, çəkib, ictimaiyyətdə göstərəcəyik. Özümü bu vəziyyətdə göstərməmək üçün qərara gəldim ki, 2 marta qədər ayaq üstə durmalıyam. Çünki bilirdim ki, çöldə xalq nə düşünür və prosesdən artıq xəbərdardır. Bundan sonra başladım yalnız su içməyə ki, martın 2-nə qədər ayaq üstə qalıb, prosesin sonunu gözləyim. Mətbuatda gedib ki, Mehman 1 gün aclıq edib. Bunların hamısı yalandır”.

Mehman Hüseynov bildirib ki, Ədliyyə məmuru Əli Abdalovla aralarında heç bir hadisə baş verməyib: “İki il müddətində həbsdə baş verənlər barədə danışmaq istəmirəm. Bu müddət ərzində anamı itirmişəm. Anamı itirəndən sonra çökəcəyimi düşünürdüm. Amma gördüm ki, çox güclüyəm. Mübarizə apardım. Həbs müddətimin bitməsinə 2 ay qalmış mənə yeni sürpriz hazırlandı. Ümumiyyətlə, həmin hadisə baş verməyib. Ona görə də bu barədə sizə heç nə deyə bilmərəm. Məni cərimə təcridxanasına apardılar. Bildirdilər ki, ədliyyə işçisi xəstəxanadadır, ölür. Heç olmasa hadisəni süni şəkildə yaradıb, nəsə edərdilər. Amma belə hadisə olmayıb deyə, mənə çox pis təsir etdi. Mən də qərara aldım ki, sərt mübarizə aparım. Bildirdim ki, ölümcül aclıq aksiyasına başlayacam. Sudan belə imtina etmişdim. İk ay ərzində böyük proseslər getdi. Bu mübarizənin nəticəsidir ki, saxta cinayət işinə xitam verildi və bu gün azadlıqdayam”.

Mehman Hüseynov bildirib ki, o, yanvarın 7-nə qədər yalnız su içib: “Proseslərdə irəliləyiş olduğu üçün sonradan mən yoqurt, süd də qəbul etdim. Bəziləri deyirlər ki, Mehman yemək də yeyib. Bu, doğru deyil. Prezidentə müraciətimə gəlincə isə hamı indi düşünür ki, Mehman bunu boynundan atacaq. Xeyr, açıq şəkildə deyirəm ki, müraciəti mən imzalamışam. Əlbəttə ki, hansısa şərtləri irəli sürərək… Müraciətdə bildirmişəm ki, mən Əli Abdalovu vurmamışam bu, mənə qarşı haqsızlıqdır və aradan götürülməlidir”.

Qeyd edək ki, mətbuat konfransı hazırda davam edir.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər