Danışıqları pozmaq cəhdi və Tehran selfisi... - TƏHLİL
Siyaset
Oxunub: 517
1 mar 2019 | 15:52
Danışıqları pozmaq cəhdi və Tehran selfisi... - TƏHLİL















İşğalçı ölkə növbəti dəfə sülh danışıqlarından imtina siyasəti yürütdüyünü nümayiş etdirdi. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib. Amma Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”.

Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.

“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, amma onun əsas istiqaməti danışıqlar formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılığa gəlməmişik, indiyə qədərki təmasları rəsmi danışıqlar adlandırmaq olmaz”-o bildirib. (Virtualaz.org) N.Paşinyan bir daha təkrarlayıb ki, o, Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var. Bundan əvvəl Paşinyan açıqlamışdı ki, Davosda Əliyevlə görüşündə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırıb. Amma Azərbaycan prezidenti buna etiraz edib, bildirib ki, belə olsa, o zaman gərək regionun azərbaycanlı icması da danışıqlara qatılsın.

Ermənistanın baş nazirinin dedikləri əslində danışıqların davamına deyil, dayandırılmasına yönəlib. Çünki rəsmi Bakı qəti şəkildə bəyan edib ki, danışıqların qəbul olunmuş formatı var və formatın dəyişdirilməsini, Dağlıq Qarabağın tərəf kimi sırınmasını qəbul etməyəcək. Həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri də formatın dəyişməsini mümkün saymırlar. Belə olan təqdirdə N.Paşinyanın iddiaları qəbulolunmazdır.

Qeyd edək ki, Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşüb. Görüşdə Paşinyan tribunadan icma üzvləri ilə birgə çəkdirdiyi selfidə əksini tapan plakatda ermənicə “Qarabağ Ermənistanındır və Son” yazılıb.

“İranda rəsmi səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün baş tutduğu məkan erməni klubudur”. Bu sözləri axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əli Musəvi deyib. Ə.Musəvi bildirib ki, Nikol Paşinyanın səfəri ilə bağlı onlarda hələlik heç bir məlumat yoxdur: “Bu görüş və səfərlə bağlı bizə hələ heç bir məlumat gəlməyib. Orada hansı plakatın açılmasından da məlumatsızıq”. Səfirlik əməkdaşı qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı İranın rəsmi mövqeyi bəllidir:"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. “Ararat” klubunda açılan plakatda ermənicə nəyin yazılmasından isə yəqin ki, orada iştirak edən İran rəsmilərinin xəbəri olmayıb, çünki onlar erməni əlifbasını və dilini bilmirlər".

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Paşinyanın İrana səfəri də bir neçə aspektdən dəyərləndirilə bilər: “Ermənistana ABŞ tərəfindən ”qulaqburması" veriləndən sonra Vaşinqtonla gərginlik yaşayan İrandan öz xeyrinə yararlanmaq cəhdləri edilir. İkincisi, əvvəlki hakimiyyətlər dövründə İranla imzalanmış müqavilələrə yenidən baxılır və onlar ehtimal ki, davam etdiriləcək. Bu enerji layihələri, dəmir yol layihələridir ki, onları İran təxirə salmışdı. Paşinyan bu mərhələdə Rusiya-İran münasibətlərindəki müttəfiqlik faktorundan da yararlanacaq. İran Dağlıq Qarabağ məsələsində loyallığını qoruyub saxlasa da, bu məsələdə dolayısı ilə Ermənistanın yanında olduğunu son görüşdə nümayiş etdirdi. Bundan öncə isə dövlət başçısı səviyyəsində Azərbaycana ərazi iddiaları irəli sürüldü. Bizsə susuruq. Paşinyanın təxribatına da nədənsə Azərbaycandan heç bir təpki gəlmədi. Paşinyanın selfisi və təxribatçı plakatın qaldırılması həm də İranın mövqeyi sayılmalı, buna ciddi etiraz edilməlidir".

Q.Çaxmaqlı onu da dedi ki, Ermənistan rəhbərinin Azərbaycan prezidenti ilə görüşmək istəməsi heç şübhəsiz son zamanlar danışıqlar masasında olan Dağlıq Qarabağ münaqişəsinin formatı ilə bağlıdır: “Paşinyanın daha öncələr də ifadə etdiyi ideya yer alacaq: Dağlıq Qarabağ separatçılarının danışıqlara cəlb edilməsi. O, əvvəlki danışıqlar prosesinə bu yeni formatı diktə etmək istəyir və ”Dağlıq Qarabağ Respublikası"nı tərəf kimi qəbul etdirmək niyyətindədir. Həmsədrlər buna necə baxırlar? Bu məsələ açıqlanandan bəri həmin ölkələrdən heç bir reaksiya olmayıb. Demək, son səfərləri zamanı həmsədr ölkə nümayəndələri Paşinyanla bu məsələni müzakirə ediblər və ehtimal edirəm ki, onlar Paşinyana İlham Əliyevlə danışmağı məsləhət görüblər. Format məsələsi bu ola bilər. Əlbəttə, Paşinyanın təklifi o halda qəbul edilə bilər ki, həmin danışıqlarda Dağlıq Qarabağın Azərbaycan icması da tərəf kimi çıxış etsin. İndiki halda bizim gündəmizdə belə bir əks - təklif yoxdur və o da son nəticədə Azərbaycanın xeyrinə ola bilməz. Çünki Azərbaycan öz ərazisində separatçılıqla üz-üzədir və onu başqa tərəfə yönəlmək gələcəkdə daha qərarlı addımlar atmağımıza mane ola bilər. Danışıqlar formatının dəyişdirilməsi cəhdləri də erməni tərəfinin manevrləridir, prosesi uzatmaq cəhdləridir və hesab edirəm ki, bunda da Rusiyanın əli var".

“İranda baş verən hadisələr ermənilərin Azərbaycana qarşı növbəti məkrli təxribatıdır”. Bunu isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir ilk növbədə məsələyə ciddi yanaşmağı və bir qədər diqqətli olmağı lazım bilib: “Tehranın mərkəzində yerləşən ”Ararat" klubu bəzi imtiyazlara malikdir, ona görə də ermənilərə bu cür işlərdə icazə verirlər. Bu baxımdan İranda baş verən hadisələr ermənilərin Azərbaycana qarşı növbəti məkrli təxribatıdır. Təbii ki, düşmənin məqsədi mümkün qədər Azərbaycan-İran əlaqələrinə ziyan gətirməkdir. O üzdən də hesab edirəm ki, Azərbaycan buna ciddi diqqət yetirməli və bu faktı İran tərəfinin nəzərinə çatdırmalıdır". (Axar.az) T.Zülfüqarov ermənilərin Azərbaycana qarşı törətdiyi təxribatın İranın dövlət orqanları ilə razılaşdırıldığını düşünmür: “Təbii ki, İranın dövlət orqanları belə bir hadisənin baş verəcəyindən məlumatlı idi. Ancaq Paşinyanın erməni icması ilə görüşündə təxribat xarakterli şüarın qaldırılması birbaşa Azərbaycana qarşı yönəlib. Birincisi, Azərbaycan bu məsələyə ciddi diqqət yetirməli, səfirlik vasitəsilə ya diplomatik nota verilməli, ya da İranın Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və hadisə barədə müzakirələr başladılmalıdır. Bu işin bəlli və ənənəvi yoludur. İkincisi, aydın məsələdir ki, Ermənistan Azərbaycanın qonşuları ilə əlaqələrini bu və ya digər şəkildə təxribatlar vasitəsilə pozmağı hədəfə alıb. Ona görə də məsələyə məhz bu kontekstdən yanaşıb, qərar verməliyik. Son zamanlar baş verən bir sıra silsilə hadisələr birbaşa İran-Azərbaycan əlaqələrinin pozulmasına hesablanıb. Bu xoşagəlməz və Bakı-Tehran əlaqələrini hədəfə alan oyunlara gözlənilməz reaksiya verilməsinin tərəfdarı deyiləm və bu yöndə səsləndirilən fikirlərlə razılaşmıram. Azərbaycan təmkinli və diplomatik cavab addımları atmalıdır”. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz”.

Bunu “Report”a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyildir. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür" deyə, o bildirib.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi