Onların oğurladıqları pulları qaytarmaq mümkünsüz görünür... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 503
27 fev 2019 | 20:51
Onların oğurladıqları pulları qaytarmaq mümkünsüz görünür... - GƏLİŞMƏ















ABŞ Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevin ailəsinin mənimsədiyi 4,6 milyon dolları geri qaytaracaq. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə iş üzrə köməkçisinin birinci müavini Alisa Uellsin fevralın 25-28-də Bişkekə səfəri zamanı həmin məbləğin Qırğızıstana qaytarılması üçün razılığa gəlinib. Bakiyevlər ailəsi ölkədən qanunsuz olaraq 200-300 milyon dollar çıxarıblar.

Kurmanbek Bakiyevin öz ölkəsindən oğurladığı məbləğ Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin, onun həyat yoldaşı Zamirə Hacıyevanın ölkədən çıxardığı iddia edilən vəsaitin yanında çox kiçik görünə bilər. Hacıyevlər son 10 ildə Azərbaycandan bir neçə milyardın çıxarılmasında ittiham edilirlər. Cahangir Hacıyev 2015-ci ildə saxlanılaraq məhkəmə hökmü ilə barəsində 15 illik həbs cəzası çıxarılıb. Hazırda barəsində yeni ittihamlarla daha bir məhkəmə prosesi keçirilir.

Onun həyat yoldaşı Zamirə Hacıyeva illərdir ki, Londonda yaşayır. 2018-ci il noyabrın 6-da London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanı saxlayıb. Bundan əvvəl isə onun aktivlərinə həbs qoyub. Həbs qoyulan əmlaklara Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan “Gulfstream” təyyarəsi daxildir.

Üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə, həmin aktivlər müsadirə olunacaq.

ABŞ-ın eks-prezidenti Kurmanbek Bakiyevin ailəsinin mənimsədiyi 4,6 milyon dolları Qırğız dövlətinə geri qaytarması Zamirə Hacıyevanın işində də təkrar oluna bilərmi? London məhkəməsi üzərinə həbs qoyduğu həmin aktivlərin Azərbaycana qaytarılması haqda qərar çıxaracaqmı?

Bu sualları “Yeni Müsavat” əməkdaşı tanınmış hüquqşünas Əkrəm Həsənova ünvanlayıb.

Hüquqşünas deyib ki, Zamirə Hacıyevanın Londonda sağa-sola səpələdiyi həmin pullar bizneslə qazanılmayıb: “Bunda heç kimin şübhəsi yoxdur. Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbəri olaraq əmək haqqı o sayaq yaşamağa imkan verməyib. Həmin pulların geri qaytarılmasına gəldikdə, İngiltərə məhkəməsi Azərbaycan dövlətindən dəlillər tələb edəcək”.

Əkrəm Həsənov deyib ki, bu zaman Azərbaycan dövləti 2 əsas problemlə üz-üzə qalacaq: “Birincisi, bank sahəsi üzrə elementar hüquqi bilik və savadı olan kadrlar problemi var. Azərbaycandan hüquqşünasları göndərməyib xarici hüquqşünaslarla bu məsələni çözmək istəsələr, vəziyyət dəyişməyəcək. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla, filankəslər ədalətli məhkəmə qarşısında dayanıb cəzalarını alıblar”.

Qeyd edək ki, Cahangir Hacıyev və keçmiş deputat Dünyamin Xəlilova qarşı yeni ittihamlar üzrə ibtidai istintaq 2018-ci ilin dekabrında yekunlaşıb, iş baxılması üçün məhkəməyə göndərilib. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında vurğulanıb ki, bundan əvvəl C.Hacıyev iqtisadi cinayətlərdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, bəzi məsələlər üzrə iş ayrıca icraata götürülüb, Cahangir Hacıyevə və daha bir çox şəxsə əlavə ittihamlar irəli sürülüb. Birgə məlumata görə, araşdırma zamanı Hacıyevin göstərişi ilə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyi ilə bağlı əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3,4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlanıb. Hazırda Cahangir Hacıyev və daha 20-dən çox şəxs 4,7 milyard manatı mənimsəməkdə ittiham edilirlər.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"