İrəvan Qərbə qarşı: 5 min İran şirkəti Ermənistanda - GƏLİŞMƏ
Siyaset
Oxunub: 559
26 fev 2019 | 22:47
İrəvan Qərbə qarşı: 5 min İran şirkəti Ermənistanda - GƏLİŞMƏ














Ermənistan İqtisadi İnkişaf Nazirliyi 1 yanvar 2019-cu il statistikasına əsasən, Ermənistanda 5310 İran şirkətin olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Armenpress” yayıb. Məlumata görə, bu göstərici Ermənistanda qeydə alınan xarici şirkətlərin ümumi sayının 36,6%-ni təşkil edib. Bununla bərabər, Ermənistandakı böyük İran şirkətləri özəlliklə informasiya texnologiyaları, emal sənayesi, tikinti, daşınmaz əmlak, ticarət, kənd təsərrüfatı, turizm və nəqliyyat sahəsində özlərinə yer ediblər.

2018-ci ildə Ermənistanla İran arasında ticarət həcmi 363,2 milyon dollar təşkil edib. 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci ildən 40,5% çox olub. Belə ki, 2017-ci ildə bu göstərici 258,8 milyon dollar təşkil edib.

2018-ci ildə Ermənistandan İrana ixracat 12% artaraq 94,2 milyon, İrandan Ermənistana idxalat isə 54,2% artaraq 269,42 milyon dollar təşkil edib.

Maraqlı məqam odur ki, İranla Ermənistan arasında ticarət dövriyyəsi ABŞ sanksiyalarının Tehrana qarşı gücləndiyi zamanda artır. Belə ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan hökumətindən İrana qarşı sanksiyaları artırmasını və Tehranla müəyyən sahələrdə ticarət əlaqəsini dayandırmasını istəyib. Buna rəğmən Paşinyan İranla əlaqələri dayandırmayacağını bildirib. Üstəlik, İranla Avrasiya İttifaqı arasında azad ticarət zonasının yaradılması barədə razılaşma imzalanıb ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsinə şərait yaradıb.

Qərb mətbuatında isə İran bankları üçün SWIFT sisteminin söndürülməsindən sonra Tehranın erməni banklarıyla bərabər, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisindəki banklardan müxtəlif transferlərin həyata keçirilməsi üçün istifadə etməsiylə bağlı informasiyalar yayılıb.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"